Icma.az
close
up
RU
Sözlə əməlin vəhdəti

Sözlə əməlin vəhdəti

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

2003-cü ildə Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni inkişaf mərhələsi başladı, bu sahəyə konseptual yanaşma ortaya qoyuldu. Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə ona qalan miras bir tərəfdən ictimai-siyasi sabitliyi təmin edilmiş dövlət strukturları bərpa olunmuş Azərbaycan idisə, digər tərəfdən həm də məğlub edilmiş və torpaqlarının 20 faizi erməni işğalı altında olan, iqtisadiyyatının və ordu quruculuğunun həyata keçirilməsi tələbi olan, bir milyondan çox qaçqın və məcburi köçkünlərin problemlərinin həll edilməsi zərurəti olan Azərbaycan idi. Bütün bu və digər çoxsaylı məsələlərlə bərabər həm də sürətlə dəyişən və daima rəqabət halında olan dünya nizamında Azərbaycanın yerinin və rolunun, nüfuzunun artırılması zərurəti var idi. Yəni istər daxili siyasətdə, istərsə də xarici siyasətdə elə strateji həmlələr etmək lazım idi ki, onlar nəticə etibarilə milli inkişafımıza və ərazi bütövlüyümüzün bərpa olunmasına gətirib çıxarsın. Bütün bunların hamısını edə bilmək isə mövcud qlobal və milli çağırışlar kontekstində, ikili standartların mövcud olduğu dünya nizamı, rəngli inqilablar erasında əslində bir möcüzə idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu möcüzəni yarada bildi.Bütün dünyaya və dünya siyasətini müəyyən edən imperialist güc mərəkəzlərinə, onların təzyiqlərinə rəğmən Qarabağı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Cənab İlham Əliyev Azərbaycan xalqı və dövləti üçün həyati əhəmiyyət kəsb edən bir dönəmdə öz parlaq zəkası, siyasi liderlik keyfiyyətləri, idarəetmə bacarığı, cəsarətli, qətiyyətli və milli maraqlar müstəvisində güzəştsiz mövqeyi ilə tarixdə çox azsaylı dövlət başçılarına nəsib olan və yaşadığımız zaman çərçivəsində dünyanın daha davamlı dövlətçilik ənənələrinə sahib olan xalqlarının həsəd apara biləcəyi milli birliyə nail olmağı bacardı. Azərbaycan xalqı, Azərbaycan dövləti 2020-ci ilin son 4 ayında dünya mediasının, dünya siyasətinin gündəmində ən çox adıçəkilən xalq və dövlət oldu. Azərbaycan Ordusunun 44 günlük savaşda nümayiş etdirdiyi müasir müharibə dünya ölkələrinin hərbi dairələri tərəfindən nümunə olaraq öyrənilir. Azərbaycan dövləti dünyada qüdrətli dövlət olaraq qəbul edilir. Bütün bunların memarı Ali Baş Komandan, Prezident İlham Əliyevdir.Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusunu son dövrlərdə daha da möhkəmləndirir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq strategiyasının bu sahədə də uğurla reallaşması respublikamızı regionun lider dövlətinə, qlobal miqyaslı nüfuz sahibinə çevirmişdir.Azərbaycanın son 20 ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır.Bu gün tariximizin yeni şanlı səhifələri yazılır. Zəfər indi genişmiqyaslı quruculuq, nəhəng dirçəliş və yeniləşmə proseslərilə uğurla davam edir. Bu tarixi mərhələdə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərdiyi dəstək, həyata keçirdiyi təşəbbüslər xüsusi önəm daşıyır. Mehriban xanım Əliyevanın müəllifi olduğu layihələr, yeni tikilən, bərpa edilən mədəni-mənəvi incilərimiz, məktəblər, xəstəxanalar, sosial-humanitar infrastrukturlar bölgənin həyatında canlanma yaradır. Qarabağın və Şərqi Zəngəzurun baş memarları olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın böyük fədakarlıqları ilə bölgə yenidən cənnətə çevrilir. Onun daşıdığı missiyanın qlobal miqyası, ümumiyyətlə, hansısa vəzifəylə əlaqələndirilmir. Prezidentin dövlətimizə və xalqımıza, eləcə də dünyada sülhün təmin olunmasına verdiyi töhfələr, bəxş etdiyi tarixi nailiyyətlər, zəfərlər əsrlər boyu yaşayacaq və Azərbaycanın əbədi intibahının mükəmməl təməli olacaqdır.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see535

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see451

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see358

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see341

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see300

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see291

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see291

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see243

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see237

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see224

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see219

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see218

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see217

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see216

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see215

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see211

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see205

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see187

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see187

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri