Icma.az
close
up
RU
SÖZÜMÜZ İMZAMIZDIR! Azərbaycanın sülh çağırışları

SÖZÜMÜZ İMZAMIZDIR! Azərbaycanın sülh çağırışları

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əli Cabbarov,

Naxçıvan Dövlət Universitetinin dosenti

***

Hazırda qlobal sülhün bu qədər kövrək olduğu və heç zaman bir-birləri ilə səmimi dost olmamış Avropa ilə Rusyia arasındakı münasibətlərin gərgin olduğu bir zamanda qalib Azərbaycanın regionumuzda müəllifi olduğu möhkəm sülhə doğru atdığı addımlar hər kəsdə rəğbət və gələcəyə ümid doğurur.

Rus ballistikasının Odessada uşaqları öldürdüyü, Ukrayna dronlarının isə Xəzərdə rus gəmilərini vurduğu bir vaxtda Azərbaycanın sülh masasına oturtduğu Ermanistana əvvəlcə tranzit yüklərin keçidinə icazə verməsi, daha sonra isə öz yerli neft məhsullarını Gürcüstandan keçməklə bu ölkəyə göndərməsi, bu mənada qlobal sülhdən bu qədər uzaq dünyaya və eləcə də daxilində dən və din davasına yamanca qızışmış erməni cəmiyyətinə də tutarlı sülh çağırışıdır. “Sözümüz imzamızdır!” - şüarı ilə hər platformada öz qətiyyətini göstərən Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev beş il əvvəl Vətən müharibəsində müzəffər Ordumuzun qazandığı parlaq qələbədən dərhal sonra davamlı sülh körpüləri inşa edilməsi üçün tutduğu sözün də arxasında olduğunu bir daha sübut etdi.

Sülh hər kəsin həyatı üçün ən dəyərli nemət, beynəlxalq aləmdə ən dəyərli sərvətdir. Bu mənada, Cənubi Qafqazın da nəhayət ki çoxdan arzuladığı davamlı sülhə qovuşması təkcə Azərbaycanın deyil, digər region ölkələrinin də mədəni inkişafına, sahib olduqları resursları silahlanmaya deyil, insanlarının rifahına yönəltməyə imkan yaradacaq. Belə ki, Qarabağda erməni işğaldına son qoymuş 44 günlük müharibədən sonrakı dövrdə Azərbaycan real sülh təklifləri ilə çıxış etməklə təkcə Ermənistanla deyil, bizim yaşadığımız regiona maraqlı olan digər dövlətlərlə də aparılan konstruktiv dialoqun əsas müəllifi kimi müvafiq addımın növbəsinin artıq qarşı tərəfdə olduğunu dünyaya bəyan edir. Tarixi təcrübə göstərir ki, qarşılıqlı etimad, suverenlik və inteqrasiya prinspləri üzərində qurulmuş belə sülh addımları zaman ərzində düzgün qiymətləndirildikcə bu, münaqişələrdən yorulmuş xalqların və onların dövlətlərinin gələcəyi üçün çox həyati vacib etimada da çevrilə bilir.

Azərbaycının torpaqlarının işğaldan azad olunması ilə sona çatmış Qarabağ münaqişəsi bitsə də təəssüf ki, hələ də ətrafımızdakı münaqişələr daha da alovlanmaqdadır. Bu mənada, Azərbaycan öndərliyində Cənubi Qafqazın davamlı sülhə qovuşması üçün atılan addımlar böyük güclərin buradan hərbi və geostrateji maraqları ilə birdəfəlik yox olub getmələrini, bölgə məsələlərinin bölgə ölkələri tərəfindən diplomatik masalarda həll olunması yolunu təklif edir. Ermənistanın başının altına yastıq, qoltuğuna qaz verən Fransa və Hindistan kimi dövlətlərin sonda bu revanşist ölkənin sonunu üçuruma aparacağını dəfələrlə bəyan edən Prezident İlham Əliyev real sülh üçün Azərbaycanın irəli sürdüyü təkliflərin ən ədalətli və ən düzgün olduğunu da sübut edir. Bu mənada, Ermənistandan fərqli olaraq Azərbaycanın “problem yaradan” deyil, “həll təklif edən” dövlət olaraq tanındığı, üstəlik işğala məruz qaldığı halda torpaqlarını azad edəndən sonra da ilk olaraq sülh əlini uzadan tərəf olması da dünyanın diqqətindədir. Odur ki, Azərbaycanın digər qonşuları ilə münasibətdə ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlıq perspektiləri baxımından olduqca açıq və praqmatik mövqe sərgiləməsi və onların ölkəmizin mühüm enerji, tranzit və infrastruktur potensialından faydalanma istəyini Azərbaycanın sözdə deyil, əməldə də dinc əməkdaşlıq nümunəsi kimi olduğunu xüsusilə qeyd etmək lazımdır. Belə ki, Avropanın hazırki qarışıq dönəmində Balkan yarımadasına qədər 14 dövlətə heç bir siyasi şərt qoymadan təbii qaz tədarük edən ölkəmiz tərəfdaş xalqların gözündə etibarlı partnyor imici ilə də sevilir. Dövlət başçımızın bütün platformalarda bəyan etdiyi kimi ölkəmiz regional və qolbal sülhə aparan bütün səyləri dəstəkləyən bir siyasət yürüdərək mehriban qonşuluq neytrallıq prinsiplərinə həmişə sadiqdir.

Qalib ölkənin Prezidenti kimi dövlət başçımızın apardığı sülh siyasəti bir çox dövlətlər arasında mövcud olan soyuqluq, potensial münaqişə və hətta faktiki müharibə hallarında dialoq zəmini yaratması ilə də dünyanın diqqətindədir. Bu il Hindistanın əsassız silahlı müdaxiləsinə qarşı qardaş Pakistanın haqlı mövqeyini qəti şəkildə dəstəkləyən Azərbaycan bununla qardaşlıq sədaqətini bir daha dünyaya nümayiş etdirməklə burada əldə olunan atəşkəsə beynəlxalq aləmdə öz töhfəsini vermiş oldu. İmperialist maraqların kəsişməsinin nəticəsi olaraq iki slayan xalqın bir-birinin qanını tökdüyü Rusyia-Ukrayna müharibəsində Ukraynanın ərazi bütövlüyünü və suverenliyni birmənalı şəkildə dəstəkləməklə hər iki tərəflə simmetrik məsafədə qalmağı bacaran Azərbaycan bu mənada qızışdırıcı Qərbdən fərql olaraq bu iki ölkə arasında üfüqdə çətin görünən sülhü yaxınlaşdıra biləcək ümidləri özündə yaşatmaqdadır. Eyni ilə bu yay Yaxın Şərqdəki və cənub sərhədlərimizə qədər gəlib çatmış münaqişələrə hamıdan çox narahatlığını bildirərək neytral qalan Azərbaycan Resbublikası bütün tərəflərin, o cümlədən İslam dünyasının rəğbətini qazanmaqdadır. 44 günlük müharibədən sonra quru sərhədlərimizi bağlı saxlayaraq ölkəmizə qarşı yarana biləcək hər cür potensial təhlükələri 5 il əvvəldən də proqnoz edə bilmiş dövlət başçımızın mürəkkəb coğrafiyada apardığı siyasət münaqişə və müharibələr dövründə neytral qala bilməyənlərə də ciddi siyasi məsaj oldu. Eləcə də uzun sürən vətəndaş müharibəsindən qurtulmuş yeni Suriya rəhbərliyinə verilən siyasi dəstək də Yaxın Şərqin bu zəngin və gözəl ölkəsinin çox qısa müddətdə dayanıqlı sülhə qovuşmasına, burada kök salmış erməni terrorçuları tipindəki hər cür ünsürdən bu ölkənin xilas olmasına böyük mənəvi dayaq olmuşdur.

Hazırda dünyanın super gücü ABŞ ilə münasibətləri qaydasında olan ölkəmiz Ağ Evlə sıx siyasi əməkdaşlıq edərək bu ilin avqustun 8-də Ermənistanı bir daha masaya oturtdu. Və bu tarixi görüşdə əldə olunan nəticələr iki ölkə arasında davamlı sülhün bərqərar olmasına və Naxçıvanın blokadasına son qoyacaq Zəngəzur dəhlizi layhəsinin açılmasına da qarantiya verməklə bir daha Azərbaycanın SÜLH gündəliyinə sadiq qaldığını sübut etdi. Türk dövlətləri birliynin mənəvi ürəyi, coğrafi koordinat mərkəzi olaraq Azərbaycan başlatmış olduğu XXI əsrin bu böyük layihəsi ilə XXI əsrdə yolumuzun Türk dünyası olacağını elan etmiş dövlət başçımızın “Sözümüz imzamızdır!” şüarının nə qədər güclü olduğunu bir daha bəyan etdi.

Hazırda dünyadan gələn faciəli müharibə xəbərləri gündəmdə dərin türbulanslar yaratsa da Azərbaycan vətəndaşları artıq qovuşduğu sülhlə günə başlayır. Prezident cənab İlham Əliyevin sözünün ilk mübtədası olan “Ədalətli sülh” kəlməsi otuz il ərzində erməni işğalından əziyyət çəkmiş, 30 minə yaxın hərbçi və mülki vətəndaşını itirmiş, on minlərlə yaralı və bir milyon qaçqın və məcburi köçkün taleyi yaşamış insanların əzab-əziyyətlərinə şahid olmuş Azərbaycanın bundan sonra yaşamaq haqqı və dünyaya etdiyi cağırışlarının da son nidası olacaq. 

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://mia.az
archiveBu xəbər 20 Dekabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri