Icma.az
close
up
RU
SÖZÜMÜZ İMZAMIZDIR! İLHAM ƏLİYEV

SÖZÜMÜZ İMZAMIZDIR! İLHAM ƏLİYEV

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Hər bir Azərbaycan vətəndaşına məlumdur ki, 23 aprel 2023-cü il tarixi ermənilərin Qarabağla bağlı planlarının puça çıxdığı təqvimdir. Bildiyimiz kimi 44 günlük Vətən müharibəsində əldə edilən parlaq qələbə qazansaq da suveren ərazilərimizdə seperatçılar hələ də qalmaqda idi. Aprelin 23-də ermənilərin bütün oyunları pozuldu, “Laçın dəhlizi” məsələsi sıradan çıxarıldı. Bu, Prezident İlham Əliyevin milli məfkurəyə əsaslanan prinsipial siyasətinin nəticəsidir. Uğurlu və düşünülmüş siyasətin nəticəsidir ki, 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı Ermənistan silahlı qüvvələri birləşmələrinin ön xətdə və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliklə çalışan silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular.

Dövlət başçısı lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi. Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi.

Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki, əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlər olub: Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır".Dövlət başçısı çıxışında Azərbaycana xor baxanlara və torpağımıza göz dikənlərə də növbəti dəfə xəbərdarlıq etdi: "Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!"

Antiterror tədbirlərindən dərhal sonra isə dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşlərdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı. 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.

Bununla da 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.

Beləliklə, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.

Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırdı. Həmin il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi.

2024-cü il sentyabrın 18-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycanda sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olundu.

Hazırda işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin irəli sürdüyü strateji yol xəritəsinə əsasən bərpa və quruculuq işləri geniş vüsət alıb. Məcburi köçkünlər mərhələ-mərhələ doğma yurdlarına qaytarılır. 

Qeyd edək ki, Vətən müharibəsində qazanılmış qələbənin əbədiləşdirilməsi istiqamətində də Prezident İlham Əliyevin sislsilə qərarları olmuşdur. Beləliklə Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və  “Qarabağ” ordenləri, “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” medalları təsis edilib, eyni zamanda azad edlmiş şəhər və rayonlara görə - “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Ağdərənin azad edilməsinə görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətə görə” medalları təsis edilmiş, müharibədə iştirak edən və qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz bu orden və müdallarla mukafatlandırılmışlar. Şəhid ailələrinə, qazilərə və Vətən müharibəsinin digər iştirakçılarına dövlətin qayğısı daim Ali baş Komandan İlham Əliyevin himayəsindədir.  

Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb.

Son iyirmi ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bir çox sahələrdə olduğu kimi, elm sahəsində də böyük uğurlara imza atılıb Ölkəmizdə elm, istehsal və sahibkarlığın birgə inkişafına dəstək verilir, Azərbaycanın yüksək texnologiyalar sahəsində inkişafı və beynəlxalq aləmə inteqrasiyasının sürətləndirilməsi, eləcə də qeyri-neft sektorları üzrə ideya və biliklərin dəstəklənməsi məqsədilə əhəmiyyətli layihələr həyata keçirilir, müxtəlif dövlət əhəmiyyətli sənədlər qəbul olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil siyasəti ölkənin inkişaf strategiyasının əsas sütunlarından biri kimi həyata keçirilir. İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan təhsilində bir sıra islahatlar həyata keçirilmişdir ki, bunlar həm daxili ehtiyaclara cavab verir, həm də beynəlxalq standartlara uyğunlaşmağa yönəlmişdir. 

2025-ci il aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı tədbirdə məzmunlu çıxışında Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumatlar verilir. Prezidentimiz münaqişənin tarixi və İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsindən məlumat verdi və  Azərbaycanın bugünkü reallığı tədbirdə iştirak edən  beynəlxalq ekspertlərin nəzərinə bir daha çatdırdı. Eyni zamanda  vurğuladı ki, siz dünən əfsuslar olsun ki, bir çox illər ərzində - otuz ildən artıq müddətdə erməni separatizminin mərkəzi olan Xankəndi şəhərini ziyarət etdiniz. Əslində, Ermənistanın dəstəklədiyi və maliyyələşdirdiyi separatçı hərəkat bu şəhərdə, Azərbaycanın əzəli torpağında başlamışdır. Xankəndi adının özü onun Azərbaycan mənşəyini və kökünü, Xanın kəndi olduğunu nümayiş etdirir. Lakin Azərbaycanın Qarabağ bölgəsində sovet hökumətinin siyasi, tarixi, iqtisadi və mədəni nöqteyi-nəzərdən qeyri-qanuni və tamamilə əsassız olan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması qərarından sonra təəssüf ki, təcavüzkar separatizmə aparan bu prosesə start verildi. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, əslində, zaman bombası idi və bu bomba separatçılara, onların sponsorlarına və münaqişəni öz siyasi məqsədləri üçün istifadə edən müxtəlif tərəflərə lazım olan anda partladı.


Prezidentimiz vurğuladı ki, müharibəni beynəlxalq qaydalara və dəyərlərə uyğun apardıq və nəticədə parlaq qələbə qazandıq. Bu onun nəticəsində mümkün oldu ki, müdafiə qabiliyyyətimiz güclüdür. 

Prezident İlham Əliyev beynəlxalq ekspertlərin suallarına cavab olaraq vurğuladı ki, biz hələ də Azərbaycanın Ermənistana qarşı yeni təcavüz planlaşdırdığına dair tamamilə əsassız olan mülahizə və ittihamlarla üzləşirik. Beləliklə, artıq beş il ötüb, lakin hələ də əsasən Fransa hökuməti və Avropa İttifaqında onların siyasətinə əməl edənlər və Blinken vəzifədə olarkən Dövlət Departamenti tərəfindən yaradılmış qara propaqanda davam edir.

Prezidentimiz ölkəmizin qaz sənayesinin gələcək inkişafı və bu inkişafın Avropanın qaz ilə təchizatındakı roluna dair suala da mükəmməl və əsaslandırılmış cavab verdi. Qeyd etdi ki, hazırda qaz təchizatımız 12 ölkəni əhatə edir, onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvüdür. 

Prezidentimiz Türk Dövlətləri Təşkilatı ilə əlaqəli suala da dəyərli cavab verdi. Qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının unikallığı onun etnik mənşəyə, ümumi köklərə, ənənələrə, ümumi dəyərlərə əsaslanmasıdır və biz bu dəyərlərlə bölüşürük.

Daha sonra ölkə başçımız vurğuladı ki, Prezident Pezeşkianın bu ay ölkəmizə səfər edəcəyini gözləyirik. Bu, ikitərəfli əlaqələrimizin inkişafı və regional proseslər baxımından çox vacib səfər olacaqdır. Son aylar ərzində yüksəksəviyyəli nümayəndələrin qarşılıqlı səfərləri baş tutub. İrandakı seçki prosesi bizi ruhlandırdı. Biz bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istəyirik, o cümlədən İranla.

Prezidentimiz Çinlə əlqəli ünvanlanmış sualı mükəmməl cavablandıraraq qeyd etdi ki, siyasət və nəqliyyat baxımından deyə bilərəm ki, biz çoxsaylı müsbət hadisələrin şahidi oluruq. Bunlar arasında Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə qeyd edildi. Çindən gələn yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan istiqamətindən keçə bilər. Odur ki, biz oturub gözləyə bilmərik. Biz Ermənistandan yan keçəcək marşrutu inşa etməyə dair razılığa gəldik. Yəni söyləmək istəyirəm ki, biz İran tərəfi ilə bu ölkənin ərazisindən keçərək Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək və Ermənistandan yan keçən marşrut üzərində çalışırıq.

Prezidentimiz Avropa Məhkəməsinin qəraraları ilə bağı suala cavab verərək qeyd etdi ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, biz bu məhkəmənin qərarlarını tanımırıq. Bu, bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur. Çünki biz səsvermə hüququmuzdan məhrum edilmişik.

Beləliklə, İlham Əliyev bu tədbirdə müəllifi olduğu “Sözümüz imzamızdır” ifadəsini bütün dünyaya bir daha təsdiq etmiş oldu.  

Əliyar Allahverdiyev


Abşeron Ceyranbatan peşə liseyinin direktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 Aprel 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Konfrans Liqası: Çelsi səfərdən darmadağınla qayıdır günün nəticələri

11 Aprel 2025 00:57see207

UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi

11 Aprel 2025 01:20see135

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see130

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see123

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see123

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see119

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see118

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see114

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see113

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see113

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see112

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see111

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see110

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see109

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see109

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see108

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see108

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq ŞƏRH

11 Aprel 2025 09:47see107

Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək?

11 Aprel 2025 01:24see107

Hər gün bir alma yeməyin 10 FAYDASI

11 Aprel 2025 09:44see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri