Icma.az
close
up
RU
Sözün, hörmətin, kişi ləyaqətinin sınandığı sərt meydan... Elçi daşında oturmaq hər kişinin işi deyildi Video

Sözün, hörmətin, kişi ləyaqətinin sınandığı sərt meydan... Elçi daşında oturmaq hər kişinin işi deyildi Video

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olduğum zaman qədim Azərbaycan evinin qarşısına qoyulmuş bir daş diqqətimi çəkdi: elçi daşı…

Bu adı eşidəndə yada evlilik, elçilik düşə bilər, amma elçi daşı — Azərbaycan tarixində adi bir daş olmayıb. Bu daş bir dövrün susmayan şahidi, sözün, hörmətin, kişi ləyaqətinin sınandığı sərt meydan idi. Bu daşa ayaq basan adam ya öz adına söz qatırdı, ya da bütün kəndin gözündə uduzur, hörmətdən düşürdü. Ona görə də elçi daşına çıxmaq hər kişinin cürəti çatacağı məsələ deyildi.

Bu daş qədim Azərbaycan ərazilərində yaşayan tayfaların elçilik, sülh və danışıqlar zamanı istifadə etdiyi simvolik mərkəz idi. Boşuna deməmişdilər: “Elçiyə zaval yoxdur”. Bu söz sadəcə bir atalar sözü deyildi — qanun idi. Heç bir tayfa elçiyə zərər vurmazdı; bu, ən ağır günah sayılırdı. Çünki elçi savaş gətirməzdi — söz gətirərdi. Elçi sadəcə vasitəçi idi, elçi daşı isə toxunulmaz və müqəddəs.

Əslində, elçi daşı sülhün başlanğıcı idi. Bu gün necə ki, danışıqlar masası var, qədim dövrlər üçün həmin funksiyanı elçi daşı daşıyırdı. Hətta bəzən elçilər səfərə çıxmazdan əvvəl bu daşın yanında and içərdilər.

Elçi daşının tarixi eramızdan əvvəl III əsrə qədər gedib çıxır. Hunlar, saklar, göytürklər dövründə elçinin toxunulmazlığı qanun idi və bu adət daşlarla simvolizə olunurdu. Orta əsrlərdə də elçi daşı böyük nüfuza malik idi. Azərbaycanda feodal tayfalar, bəyliklər və xanlıqlar dövründə bu adət ən geniş yayılmış qaydalardan biri kimi yaşayırdı.

Elçi daşının izləri Azərbaycanın bir çox bölgəsində olub — Qazaxda, Tovuzda, Şəkidə, Qarabağda. Adətlər bölgədən bölgəyə bir qədər fərqlənsə də, mahiyyət dəyişməyib: elçi daşı iki ailənin, iki nəslin bir-birini sınadığı yerdir.

İndi bəziləri bu ənənəni “köhnə ənənə” adlandırır. Halbuki, köhnə olan ənənə deyil — köhnə olan insanların məsuliyyətdən qaçmasıdır.

Bəs siz necə düşünürsünüz, bu gün elçi zaval varmı? Və yaxud bu gün elçilərin də öz marağı yoxdurmu?

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Yanvar 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri