Icma.az
close
up
RU
Sözün sədasını dünyaya daşıyanlar...

Sözün sədasını dünyaya daşıyanlar...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Bu gün tərcüməçilərin bayramıdır

Dünyanın müxtəlif dillərində danışan insanları bir-birinə yaxınlaşdıran ən mühüm peşələrdən biri tərcüməçilikdir. Bəzən bir insanın dediyini başqa bir insanın başa düşməsi düşündüyümüzdə də mürəkkəb proses kimi görünür. Xüsusilə də, danışılan dillər, mədəniyyətlər və dünyagörüşləri bir-birindən fərqlidirsə. Tərcüməçilərin işi yalnız sözləri çevirmək yox, konteksti anlamaq və ən əsası, qarşı tərəfə doğru şəkildə ötürməkdir.

Qloballaşan dünyada tərcümənin əhəmiyyəti gün keçdikcə artır. Diplomatiya danışıqlarında bir sözün düzgün tərcüməsi savaşın qarşısını ala, səhv tərcümə isə gərginlik yarada bilər. Elm dünyasında bir tədqiqatın tərcüməsi minlərlə alimə yeni fikirlər aça bilər. Ədəbiyyatda bir əsərin uğurlu tərcüməsi başqa bir xalqın ürəyinə toxunar.

35 yaşlı bayram...

Bu gün Beynəlxalq Tərcüməçilər Günüdür. Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) qərarı ilə bu bayram 1991-ci ildən etibarən hər il sentyabrın 30-da qeyd edilir. Bibliyanı (Vulqatı) latın dilinə tərcümə etmiş və ənənəyə görə, tərcüməçilərin hamisi hesab olunan İeronim Stridonski 420-ci il sentyabrın 30-da dünyasını dəyişdiyinə görə, bu tarix tərcüməçilər günü kimi təyin edilib.

386-cı ildə İeronim Vifleyemdə məskunlaşıb və burada uzun illər boyu Bibliyanı (Əhdi-Ətiqi və Əhdi-Cədidi) latın dilinə tərcümə edib. 11 əsrdən sonra Trident kilsəsi məhz bu tərcüməni Müqəddəs yazının (Vulqatın) rəsmi latın mətni elan edib. Bundan əlavə, İeronim “qlaqolitsa” deyilən qədim slavyan əlifbasının banisi hesab edilir.

Azərbaycanda tərcüməçilik tarixi

Azərbaycanda da tərcümə sahəsi mühüm yer tutur. Azərbaycanda tərcümə işinin kökləri orta əsrlərə, xüsusilə IX-XII əsrlərə gedib çıxır. Bu dövrdə Şərqin elm mərkəzlərindən olan Gəncə, Şamaxı, Naxçıvan və Təbriz kimi şəhərlərdə tərcümə fəaliyyəti geniş vüsət almışdı. O dövrdə ərəb dili elm və mədəniyyət dili olduğuna görə, ərəb dilindən fars və türk dillərinə, o cümlədən Azərbaycan türkcəsinə tərcümələr edilirdi. Ən vacib simalardan biri Nizami Gəncəvi idi. O, yalnız böyük şair deyil, həm də bir çox qədim mənbələri - yunan, hind və ərəb qaynaqlarını öyrənmiş, onların ideyalarını öz yaradıcılığına gətirmişdi. Bu da tərcümə fəaliyyətinin nümunəsi idi.

XIX əsr - maarifçilik dövründə tərcümə

XIX əsrdə maarifçi ziyalıların fəaliyyəti ilə Azərbaycanda tərcümə tamamilə yeni mərhələyə qədəm qoydu. Bu dövrün görkəmli şəxsiyyətləri - Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Sədi bəy Əfəndizadə və başqaları Avropa ədəbiyyatını, elmi əsərləri və maarifçi ideyaları Azərbaycan dilinə tərcümə etməklə xalqa çatdırmağa çalışırdılar.

M.F. Axundzadə yazırdı ki, xalqların tərəqqisi üçün maarif lazımdır və bu maarifi ancaq dillər arasında körpülər - tərcümələr təmin edə bilər.

Tərcüməçilər daim axtarışdadırlar. Onlar yalnız dili bilməklə kifayətlənmir, tarix, ədəbiyyat, din, psixologiya, siyasət və digər sahələri öyrənməli olurlar. Bəzən bir şeiri tərcümə etmək üçün günlərlə düşünür, bir elmi məqalənin tərcüməsi üçün isə yüzlərlə termin axtarırlar. Onların işi çox vaxt pərdə arxasında qalır, amma hər dəfə xarici bir filmi ana dilimizdə izləyəndə, başqa bir xalqın kitabını oxuyanda unutmamalıyıq ki, orada tərcüməçilərin əməyi var.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Sentyabr 2026 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri