SpaceX 25 milyard dollarlıq istiqraz buraxacaq
Icma.az, Banco.az saytına istinadən bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
Kosmik, aerokosmik və süni intellekt şirkəti olan "SpaceX" ümumi dəyəri 25 milyard dollar olan ilk istiqraz buraxılışının təfərrüatlarını açıqlayıb.
Banco.az xəbər verir ki, "SpaceX" şirkəti məsələ ilə bağlı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) bildiriş göndərib.
Açıqlamada bildirilirdi ki, ümumilikdə 25 milyard dollarlıq istiqraz buraxılışı beş fərqli ödəmə müddəti və faiz dərəcələrindən ibarətdir.
Elanda bildirilirdi ki, istiqraz satışından əldə edilən gəlir SpaceX-in bütün mövcud kredit borcunu ödəmək və əməliyyat xərclərini ödəmək üçün istifadə olunacaq, qalan məbləğ isə ümumi korporativ məqsədlər üçün şirkətin xəzinəsinə köçürüləcək.
Elanda bildirilirdi ki, girovsuz buraxılacaq bu istiqrazlar ödəniş hüquqları baxımından şirkətin cari və gələcək borc öhdəlikləri ilə bərabər statusa malik olacaq və buraxılışın 26 iyunda başa çatması gözlənilir.
Baxış sayı:95
Bu xəbər 24 İyun 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















