Icma.az
close
up
RU
“SpaceX” şirkəti IPO üçün məxfi ərizə təqdim edib

“SpaceX” şirkəti IPO üçün məxfi ərizə təqdim edib

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“SpaceX” şirkəti IPO üçün məxfi ərizə təqdim edib.

Banco.az xəbər verir ki, “Bloomberg”ə danışan mənbələrin sözlərinə görə, İlon Maskın şirkəti “SpaceX” ilkin kütləvi təklif (IPO) üçün müraciət edib və bu addım “SpaceX”i tarixdə ən böyük IPO-lardan birinə bir qədər də yaxınlaşdırıb.

Mənbələr bildiriblər ki, şirkət IPO üzrə ilkin qeydiyyat sənədini ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası-na təqdim edib. Qeyd olunur ki, bu müraciət “SpaceX”i iyun ayında IPO prosesinə çıxara bilər və şirkəti “OpenAI” və “Anthropic PBC”dən önə keçirərək, üç böyük IPO arasında ilk sıraya yerləşdirə bilər.

Məsələyə yaxın mənbələrə görə, “SpaceX” IPO zamanı 1,75 trilyon ABŞ dollarından artıq qiymətləndirməni hədəfləyə bilər. Şirkət daha əvvəl xAI adlı süni intellekt təşəbbüsünü, genişləndirilmiş strukturun dəyərini 1,25 trilyon ABŞ dolları olaraq müəyyən edən razılaşma çərçivəsində satın almışdı.

Gizli müraciətlərdə şirkətlər tənzimləyici qurumdan rəy ala və məlumatlar ictimaiyyətə açıqlanmadan əvvəl dəyişikliklər edə bilirlər. Satılacaq səhmlərin həcmi və qiymət aralığı da daxil olmaqla IPO-nun detalları növbəti müraciətlərdə açıqlanacaq.

“Bloomberg”in məlumatına görə, “SpaceX”in IPO-su 75 milyard ABŞ dollarına qədər vəsait cəlb edə bilər. Bu ölçüdə IPO mövcud rekord sahibi “Saudi Aramco”nun 2019-cu ildə həyata keçirdiyi 29 milyard dollarlıq IPO-nu geridə qoya bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:395
embedMənbə:https://banco.az
archiveBu xəbər 01 Aprel 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see598

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see537

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see381

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see286

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see285

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see262

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see259

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see251

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see250

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see249

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see222

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see222

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see219

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see217

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see216

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see216

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see214

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see213

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri