Spiker Aİ nin Gürcüstandakı nümayəndəliyini nifrət və zorakılığı təbliğ edən təşkilatları həvəsləndirməkdə ittiham edib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Aİ-nin Gürcüstandakı nümayəndəliyini nifrət və zorakılığı təbliğ edən təşkilatları həvəsləndirməkdə ittiham edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, spiker nümayəndəliyin təşkil etdiyi müsabiqədə müxalifyönümlü “Formula” telekanalını mükafatlandırmasına münasibət bildirərkən qeyd edib ki, zorakılığı təbliğ edən təşkilatları həvəsləndirmək bu kampaniyalarda iştirakla eynidir.
“Dünən Avropa İttifaqının Gürcüstan nümayəndəliyi özünün təsis etdiyi jurnalistika müsabiqəsində gürcü ordusundan oğurlayan Kezeraşvilinin “Formula” televiziyasının jurnalistinin finalçı olması xəbəri ilə bizi “sevindirdi”. Bu televiziya kanalı bu gün də öz terrorunu davam etdirir. Nifrət və zorakılığı təbliğ edən təşkilatları təşviq etmək nifrət və zorakılıq kampaniyasında iştirak etməklə eynidir” – deyə Şalva Papuaşvili sosial şəbəkədə yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 21 Yanvar 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















