Icma.az
close
up
RU
Spiker deputatların Özbəkistan səfərindən danışdı

Spiker deputatların Özbəkistan səfərindən danışdı

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti iyunun 30-da və iyulun 1-də Özbəkistan Respublikasında işgüzar səfərdə olub. 

Səfərdə məqsəd Birinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək idi. Səfərdə 28 deputatımız, o cümlədən Milli Məclisin sədr müavini, 7 komitə sədri, 6 komitə sədrinin müavini və müxtəlif komitələrin 13 üzvü iştirak edib. Deputatlardan 9 nəfəri qadınlar idi". 

"Cebheinfo.az" xəbər verir ki, bunu parlamentin bugünkü iclasında spiker Sahibə Qafarova deyib. Spiker qeyd edib ki, bu tədbir Milli Məclisin hər hansı digər ölkənin qanunvericilik orqanı ilə keçirdiyi ilk forum idi: 

"Bu gün toplantının yekunlarını da nəzərə alaraq inamla söyləmək olar ki, forum parlamentlərimiz arasında əməkdaşlığın səmərəli bir mexanizminə çevriləcək. İyulun 1-də Xivə şəhərində işə başlayan forumda “Yeni üfüqlərə doğru: Dialoqdan birgə fəaliyyətə” mövzusunda müzakirələr aparıldı. Hər iki ölkənin parlament sədrləri çıxış etdilər. 

Öz çıxışımda mən dost və qardaş ölkələr olan Azərbaycanla Özbəkistan arasında münasibətlərin dərinləşməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərini qeyd etdim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkələrimizin hər cəhətdən müstəqil və güclü dövlətlər kimi inkişaf etdiyini vurğuladım. 2024-cü ildə Azərbaycanla Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandıqdan sonra ölkələrimizin ikitərəfli münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini bildirdim". 

S.Qafarova əlavə edib ki, qanunvericilik orqanları arasında əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərini bölüşüb: 

"Qeyd etdim ki, “Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında əməkdaşlıq haqqında Saziş”in imzalanması, “Yol xəritələri”nin həyata keçirilməsi, habelə beynəlxalq parlament strukturlarında bir-birimizə davamlı qarşılıqlı dəstək göstərilməsi əlaqələrimizin yüksək səviyyəsini nümayiş etdirir. 

Onu da deyim ki, hörmətli həmkarlar, forum çərçivəsində keçirilən 6 panel sessiyasında bir çox mühüm məsələlər ilə bağlı ətraflı müzakirələr aparıldı. Sessiyalarda 22 deputatımız fəal iştirak etdi. Müzakirələrdə 6 deputatımız moderatorluq etdi, 16 deputatımız isə fərqli mövzular üzrə çıxış etdilər. Forumun yekununda Xivə Bəyannaməsi qəbul olundu. Hörmətli həmkarlar! Forum çərçivəsində Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tənzilə Narbayeva ilə mənim görüşüm oldu. 

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi qeyd olundu. Qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparıldı. Forum çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı” imzalandı. 

Forumun mühüm nəticələrindən biri də Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın Nizamnaməsinin imzalanması oldu. 

Daimi fəaliyyət göstərən bu orqan ikitərəfli əməkdaşlıq gündəliyini daha səmərəli şəkildə həyata keçirməyə kömək göstərəcək. Hər iki sənədi parlament sədrləri imzaladılar.  Azərbaycan və Özbəkistan parlamentlərinin sədrləri Parlamentlərarası Forumla bağlı yerli mətbuata bəyanatla çıxış etdilər. 

Aparılan müzakirələrin ikitərəfli əməkdaşlıq əlaqələrinə müsbət təsir göstərəcəyinə inam ifadə olundu. Hesab edirəm ki, Özbəkistan Respublikasına işgüzar səfər uğurlu oldu. Bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm". 

Vilayət Muxtar 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 İyul 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri