Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesi sürətlə davam edir

Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesi sürətlə davam edir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 15 aprel, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidən qurulması prosesi uğurla və sürətlə davam edir. Bu prosesi düzgün təhlil etdikdə görürük ki, həyata keçirilən işlər bir-biri ilə sıx bağlı olan üç əsas istiqamət üzrə aparılır və bu yanaşma tam zəruridir. Birinci istiqamət həmin ərazilərdə minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsidir. Bu mərhələ bütün digər fəaliyyətlərin başlanması üçün əsas şərt hesab olunur. İkinci istiqamət infrastrukturun qurulması, əhali üçün yaşayış məntəqələrinin, sosial obyektlərin, yolların və digər mühüm kommunikasiya xətlərinin tikilməsi və bərpasıdır. Üçüncü istiqamət isə keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışının təmin olunması və onların məşğulluq imkanlarının yaradılmasıdır. Əslində, bu prosesləri üç əsas qrupa bölmək mümkün olsa da, hər bir istiqamət çərçivəsində çoxsaylı əlavə fəaliyyətlər paralel şəkildə həyata keçirilir. Bu isə genişmiqyaslı dövlət proqramının tərkib hissəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, siyasi şərhçi Cəsarət Hüseynzadə deyib.

O xüsusilə diqqətə çatdırıb ki, bu proseslər ölkə ərazisinin təxminən 20 faizini təşkil edən və uzun illər ərzində tamamilə dağıdılmış ərazilərdə faktiki olaraq yeni bir həyatın, yaşayış mühitinin və müasir infrastrukturun qurulması deməkdir. Ən mühüm məqamlardan biri də odur ki, bütün bu bərpa və yenidənqurma işləri əsasən ölkənin daxili imkanları hesabına, xarici və beynəlxalq maliyyə dəstəyi olmadan həyata keçirilir. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin “Böyük Qayıdış” proqramının birinci mərhələsi üzrə - 2026–2029-cu illərdə 13,5 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır və bunun əsaslı xərclərdə xüsusi çəkisi 23,5 faizdir. Bu rəqəm Qarabağ və Şərqi Zəngəzurla bağlı həyata keçirilən proseslərin dövlət üçün strateji əhəmiyyətini aydın şəkildə göstərir. Eyni zamanda, Azərbaycan bu prosesi daha sürətli və səmərəli şəkildə davam etdirməkdə maraqlıdır.

Cəsarət Hüseynzadə bildirib ki, həm yenidənqurma və bərpa işləri, həm də keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı prosesi birbaşa dövlətimizin başçısının nəzarəti altında həyata keçirilir. “Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev bu prosesi yalnız nəzarətdə saxlamır, eyni zamanda, onun fəal iştirakçısı kimi birbaşa rəhbərlik edir. O, yeni ictimai-sosial obyektlərin və infrastruktur layihələrinin təməlqoyma mərasimlərində iştirak etməklə yanaşı, hər bir kəndin, qəsəbənin və ya sosial obyektin açılışında şəxsən iştirak edir, öz tövsiyələrini verir və prosesə mənəvi dəstəyini nümayiş etdirir. Bu, olduqca vacibdir. Çünki insanların dövlətə inamı və etibarı məhz bu cür diqqət və liderlik nümunəsi ilə daha da möhkəmlənir. Birlik və həmrəylik isə hər zaman ən güclü amillərdən biri olub və biz bunun ən bariz nümunəsini 44 günlük Vətən müharibəsi dövründə gördük”, - deyə C.Hüseynzadə əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Aprel 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri