Icma.az
close
up
RU
Spiral taxdıran qadın hamilə qala bilər? HƏKİM RƏYİ

Spiral taxdıran qadın hamilə qala bilər? HƏKİM RƏYİ

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hamiləlikdən qorunma vasitələri arasında ən geniş yayılanı spiraldır. Rahat və təhlükəsiz cinsi münasibət üçün qadınların çoxu məhz spirala müraciət edir. Lakin bu vasitə digərləri kimi, hər zaman uğurlu nəticələr vermir.

Zaman-zaman qadınlar spiral haqqında müxtəlif şikayətlər edirlər və ya hər hansı problemi məhz bununla əlaqələndirirlər. “Spiraldan sonra kökəldim”, “spiraldan sonra arıqladım”, “üzüm səpdi”, “bədənim allergiya verdi”, “menstruasiyam pozuldu” və s. kimi şikayətlərlə yəqin ki, siz də qarşılaşmısınız. Bu zaman belə bir sual ortaya çıxır: ümumiyyətlə, spiralın hansı zərərləri var? Bununla bağlı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri, ginekoloq Turab Canbaxışovun fikirlərini öyrənib.

Həkim ilk növbədə spiralların hormonlu və hormonsuz olmaqla iki yerə bölündüyünü qeyd edir. Hər iki növ spiralın özünə görə göstərişləri var. Hər bir pasientə görə fərqli spirallar taxıla bilər: “Hormonlu spiralın özündə hormon var və həmin hormon hər gün uşaqlığın içinə müəyyən dozada hormon ifraz edir. Bu da uşaqlığı qorumaq məqsədi daşıyır. Qanaxması çox olan xanımlara hormonlu spiral taxılması məsləhətdir. Hormonsuz spirallar isə gümüş iplərlə dolanmış və adətən “T” şəklində olurlar”.

Hormonlu və hormonsuz spiralların iki böyük fəsadı ola bilər. Həkim spiralların qanaxmalara səbəb ola biləcəyini istisna etmir. Hətta menstruasiya qanaxmasını artıra və ya menstruasiyadan kənar qanaxmalar yarada bilərlər: “Bu da xanımların komfortunu pozan, həyat tərzinə, sosial əlaqələrinə mane olan məqamlardır. Spiralın orqanizmə zidd daha bir xüsusiyyəti yad cisim olmasıdır. Spiral orqanizmin içində yad bir cisim olduğu üçün infeksiya ehtimalını artıra bilər. Ona görə də heç vaxt uşağı olmayan xanımlara spiral taxdırmaq doğru sayılmır”.

Əks təsirləri

Spiralın əks təsirlərinə dair müxtəlif misallar çəkirlər. Onlar arasında üzdə və bədəndə səpkilərin yaranması da var. T. Canbaxışov spiralın səpki verməsinin düzgün məlumat olmadığını deyir: “Spirallar səpkiyə səbəb olmur. Sadəcə olaraq “T” şəkilli gümüşü saplarla dolanmış spirallar gümüşə allergiyası olan xanımlar üçün əks göstərişdir. Çünki bədənində gümüş yığılır və o da metabolik proseslərə təsir edir. Lakin ümumiyyətlə, səpkilər tamamilə xanımın dərisi ilə əlaqədar olan problemdir. Səpkilərlə spiral arasında heç bir əlaqə yoxdur”.

Spiralın bəzi qadınların çəkisinə təsir etməsi də sadəcə yanlış yozulmadır. Ginekoloq hormonsuz spiralın xanımın çəkisinə təsir etmədiyini vurğulayır. Hormonlu spiralın isə taxıldıqdan ilk 2-3 ay müddətində göbək nahiyəsində ödəm və ya şişkinlik yaratma ehtimalı ola bilər. Üç aydan sonra isə şişkinlik çəkilir.

Hansı xəstəliyi olan qadınlara spiral məsləhət görülmür?

T. Canbaxışov aşırı dərəcədə qanaxması olan xanımlara spiral məsləhət görülmədiyini bildirir. Bu cür problemi olan qadınlara spiral qoyulmazdan əvvəl mütləq araşdırma aparılmalıdır:

- Uşaqlığın içində fibromalar

- Uşaqlıq yolu və uşaqlığın içində çox ciddi infeksiya

- Uşaqlığın ölçülərinin spiralın ölçülərinə uyğun gəlməməsi

- Uşaqlıq boynunun çox geniş olması

- Uşaqlığın 5 sm-dən daha kiçik olması

- Uşaqlığın içində yapışıqlıqların olması

- Uşaqlıq qüsurlarının olması

- İki uşaqlığın olması

- Uşaqlığın içində çəpərin olması

Spiral hamiləlikdən qorunmaq üçün ən etibarlı vasitə kimi geniş yayılıb. Lakin ona alternativ vasitə hormonal dərmanlardır. Hər ikisini ən uğurlu vasitə hesab edən həkim  99.5 faiz civarında qoruyuculuğunu saxladığını əlavə edir. Lakin heç bir işdə olmadığı kimi spiral və ya hormonal həblər də heç zaman 100 faiz zəmanət vermir: “Spiralla hamilə qalmaq ehtimalı var. 100 nəfərdən bir nəfərdə spiral müddətində hamiləlik yaşana bilər. Bu halda qadın hamiləliyini davam etdirmək istəyirsə və spiralın yerləşməsi uşaqlıq boynuna yaxındırsa, spiral zərərsiz şəkildə çəkilə bilir. Təxminən 10-cu həftəyə qədər spiral çəkilməlidir. Ancaq çəkilə bilmirsə, spiralla bərabər hamiləlik davam etdirilməlidir. Əlbəttə ki, əgər xanım hamiləliyi istəyirsə. Amma bu zaman erkən doğuş təhlükəsi var”.

T.Canbaxışov bildirir ki, ümumiyyətlə, hamiləlikdən qorunmağın hormonal və qeyri-hormonal üsulu var. Qeyri-hormonal üsullar baryer üsuludur, yəni mexaniki olaraq qoruyan üsullardır: “Bunlar spirallar və ya vaginal kondomlardır. Kişilərdə isə kişi kondomları üsuludur. Bunlar qeyri-hormonallardır. Əlbəttə ki, spirala görə bunların effektivliyi daha azdır. Hormonal üsullar isə hormonal spiral və həblərdir. Bunlar həm də müalicəvidir. Hormonal oral həblərdən başqa hormonal iynələr də var. İnyeksiya şəklində 3 aylıq və ya daha artıq müddət üçün etibarlıdır. Bunlar arasında ən effektlisi spiral və oral həblərdir”.

Spiralların istifadəsi

Spirallar menstruasiya sırasında taxılır. Səbəbi isə budur ki, menstruasiya müddətində uşaqlıq boynu genişlənir və spiralı taxmaq manipulyasiyası daha ağrısız olur. Bununla proses yekunlaşmır. Spiralın yerləşməsini nəzarət altında saxlamaq vacibdir: “Spiralı taxdıqdan 1 ay sonra mütləq spiralın yerinə baxmaq lazımdır ki, necə oturub. Əlbəttə, mütəmadi olaraq ildə ən azı 1 dəfə spiralın yerinə mütləq baxılmalıdır. Bəzi hallarda spiral sürüşə, uşaqlıq əzələsinə bata və ya çölə çıxa bilər. Cinsi əlaqə zamanı spirallar travma aldığı üçün yerdəyişməsi daha çox bu zaman baş verir. Uşaqlığı deşib qarın boşluğuna düşmüş spirallar da olur”.

Hormonlu spirallar 5 illik taxılır. Digər spiral isə üzərindəki gümüş tellərin sayı ilə əlaqədar olaraq 2-3-5 və hətta 10 illik olur. Spiraldan uzun müddət istifadənin bədxassəli şişlərə səbəb olması haqqında da müxtəlif fikirlər dolaşır. Həkim bunun sadəcə şayiə olduğunu deyir: “Spiralın müddəti bitdikdə çıxarılır və digəri taxılır. Məsələn, 5 illik spiraldırsa, 5 ildən sonra həkimin təyin etdiyi vaxtda çıxarılır və yenisi ilə əvəz edilir. Və ya 5 illik spiral taxılıbsa və 2 ildən sonra xanım hamilə qalmaq istəyirsə, bu spiral çıxarıla bilər. “Uşaqlığın dincəlməsi, ara verilməsi” kimi müxtəlif fikirlər də var. Lakin bunların heç bir elmi əsası yoxdur. Qadın istəyinə görə, 2-3-5-10 illik spiral qoydura bilər. Müddətinə görə hansının məsləhət görülməsi ailənin öz seçiminə bağlıdır. Xanımın 2 uşağı varsa və ondan sonra uşaq istəmirsə, əlbəttə ki, maddi olaraq 10 illik taxdırması daha uyğundur. Amma uşaqlar arasında fasilə vermək istəyənlər ailə planlaması etməlidirlər ki, 2, yoxsa 5 il sonra uşaq istəyir. Ona da uyğun spiral taxılır”.

Aile.lent.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri