Icma.az
close
up
RU
Spirtli içki kök insanlar üçün təhlükəlidir XƏBƏRDARLIQ

Spirtli içki kök insanlar üçün təhlükəlidir XƏBƏRDARLIQ

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mütəxəssislər bildirirlər ki, alkoqol qəbulu piylənmədən əziyyət çəkən insanlar üçün xüsusi risk daşıyır. Səbəb isə sadədir: artıq çəki özü-özlüyündə qaraciyərin fəaliyyətinə mənfi təsir göstərir və alkoqolla birlikdə bu təsir daha da güclənərək təhlükəli xroniki xəstəliklərin daha tez inkişaf etməsinə yol aça bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmaçılar təxminən 1,2 milyon yetkin britaniyalı qadının tibbi kart məlumatlarını təhlil etdikdən sonra onları müəyyən müddət ərzində müşahidə ediblər.

Nəticədə məlum olub ki, artıq çəkisi olan və həftədə orta hesabla 150 qram təmiz spirt qəbul edən qadınlar arasında hər 1000 nəfərdən 5-i qaraciyər sirrozundan həyatını itirib. Artıq çəkisi olan, lakin həftədə 70 qramdan az təmiz spirt qəbul edən qadınlarda isə ölüm göstəricisi iki dəfə aşağı olub.

Kişilərdə risk daha yüksək ola bilər

Tədqiqat zamanı artıq çəkisi olan və alkoqol qəbul edən kişilər üçün də sirrozdan ölüm riski yüksək qiymətləndirilib.

Alimlərin hesablamalarına görə, artıq çəkisi olan və həftədə 150 qram və daha çox təmiz spirt qəbul edən kişilərdə qaraciyər sirrozu inkişaf etmə ehtimalı 19 dəfə artır.

Qeyd olunur ki, artıq çəkisi olmayan insanlarda bu risklər xeyli aşağı olub.

Alimlər nə tövsiyə edir?

Mütəxəssislər belə nəticəyə gəliblər: artıq çəki və piylənmə alkoqol qəbulu ilə birləşdikdə, qaraciyərlə bağlı problemlər daha sürətlə yaranır və ağırlaşır.

Riskləri azaltmaq üçün aşağıdakı addımlar tövsiyə olunur: alkoqol qəbulunu ciddi şəkildə azaltmaq, fiziki aktivliyi artırmaq, artıq çəkidən qurtulmaq üçün gündəlik qida rasionunun kaloriliyini ən azı 15–20 faiz azaltmaq (insanın əvvəlki qidalanma vərdişlərinə uyğun olaraq).

Bununla yanaşı, mütəxəssislər məsləhət görür: yağlı, qızardılmış və hisə verilmiş qidalardan, fast-food və yarımfabrikatlardan uzaq durmaq.

Sağlam rasionun əsasını isə tərəvəzlər, taxıllar, göyərti, meyvələr və giləmeyvələr təşkil etməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Yanvar 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri