Icma.az
close
up
RU
Spirtli içki satan Rinat Abdaşov: “500 600 manat maaşa məşqçi işləməzdim” MÜSAHİBƏ

Spirtli içki satan Rinat Abdaşov: “500 600 manat maaşa məşqçi işləməzdim” MÜSAHİBƏ

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan yığmasının və “Qarabağ”ın sabiq müdafiəçisi Rinat Abdaşovun futbolinfo.az saytına müsahibəsi

– Çoxdandır mətbuatda görünmürsünüz. Hazırda hansı işlə məşğul olursunuz?

– Çoxdandır görünmürəm, çünki futbol sahəsində deyiləm. 15 ildir xaricdən spirtli içki gətirib burada onun satışı ilə məşğul oluruq.

– Futbol sferasından uzaq düşməyiniz nə ilə bağlıdır? Nə əcəb karyeranızı bitirdikdən sonra məşqçilik sahəsinə yönəlmədiniz?

– Məşqçilik kurslarına ona görə getmədim ki, uşaq futbolunda maaşlar azdır. 500-600 manat maaşa mən məşqçi işləməzdim. Hələ bunun üçün oxumaq, kateqoriya almaq lazımdır. Ondan sonra Premyer Liqada işləyə biləcəkdim, ya yox, bilinmirdi. 500-600 manat məvacibə uşaq futbolunda çalışmaq isə mənə sərf etməzdi. Buna görə də futbolçu karyeramı bitirdikdən sonra məşqçilik etmək istəmədim və başqa sahəyə yönəldim.

– “Qarabağ”, “Şəfa”, “MKT-Araz” və “Simurq” klublarında futbol oynamısınız. Sizcə, ən yaxşı dövrünüzü hansı klubda keçirmisiniz?

– Bu klubların hamısı ilə bağlı xoş xatirələrim var. Hər 4 komandada özümü yaxşı hiss edirdim. “Qarabağ”dakı çıxışım daha gənc vaxtlarıma təsadüf edib, 17-18 yaşım olardı. Həmin vaxt yanımda korifeylər – Elşad Əhmədov, Təbriz Həsənov, Zaur Qarayev, Müşfiq Hüseynov, Mirbağır İsayev və Bəxtiyar Musayev oynayırdı. Onlar mənə çox şey öyrətdilər. “Şəfa” ilə də bağlı çoxlu xatirələrim var. Hazırda futbol sahəsində çalışan Aftandil Hacıyev, Ayxan Abbasov və Sənan Qurbanovla birlikdə həmin komandada yer almışdıq. “Şəfa”da da güclü kollektiv formalaşmışdı və yaddaqalan mövsüm keçirmişdik. “MKT-Araz”da isə 2 il oynadım. Həmin komandanı da özümə doğma sayırdım. Rayon təmsilçisi olsa da, yaxşı çıxış edirdik. İmişliyə gələn bütün rəqiblər çətinliklə üzləşirdilər, demək olar ki, hamısına qalib gəlirdik. Premyer Liqada sonuncu klubum isə “Simurq” olub. Ondan sonra I Liqaya getdim və gördüm ki, dizim daha oynamağa imkan vermir. Buna görə də futbolu buraxdım.

– Yəqin ki, Vadim Vasilyevlə mübarizə zamanı zədə aldığınız epizodu da xatırlayırsınız. Ondan sonra Vasilyevlə danışmışdınız? Sabiq hücumçunun hazırkı vəziyyəti haqda məlumatınız varmı?

– Bəli, xatırlayıram. Həmin epizodda xaçabənzər bağlarım qırılmışdı. İki il futbol oynamadım. Ovaxtkı “Şəfa” rəhbərliyi məni əməliyyat edilməyim üçün Moskvaya göndərdi. Klubla 2 illik müqaviləyə qol çəkdikdən sonra məni oraya yola saldılar. Əməliyyatdan qayıtdıqdan sonra 1 il reabilitasiya keçdim. Daha sonra MOİK-ə çağırıldım. 1 il orada oynadıqdan sonra “Şəfa”ya qayıtdım. Həmin zədədən sonra 6-7 il futbol oynadım. Ancaq çəkim artmışdı, tam olaraq köhnə formamı bərpa edə bilmədim. Vadimə gəlincə, onunla münasibətim olmayıb, danışmamışam. İndiki vəziyyətindən xəbərim var, internetdən oxumuşam. Allah ona şəfa versin.

– Sabiq komandanız olan “MKT-Araz”ın davamçısı “İmişli” növbəti mövsümdə Premyer Liqada çıxış etməyə çox yaxındır. Yəqin ki, böyük futbolun İmişliyə qayıdacağı sizi sevindirir…

– Əlbəttə ki, bu, mənim üçün çox sevindirici hal olar. Premyer Liqaya yüksəlmələrini çox istəyirəm. I Liqada çıxış edən “Zaqatala”ya da uğurlar arzulayıram. Hər iki komandanı yüksək dəstədə görmək mənim üçün xoş olardı.

– Sabiq komandanız “Qarabağ”ın hazırkı vəziyyətini necə dəyərləndirirsiz?

– Hazırkı “Qarabağ”ı çox yüksək qiymətləndirirəm. Artıq Avropada hamı “Qarabağ”ı sayır, ona hörmətlə yanaşır, rəqib kimi üz-üzə gəlməkdən qorxur. Çox yaxşı komandadır. Haqqında ancaq müsbət fikirlər səsləndirə bilərəm.

– Bəs hazırkı milli komanda barədə fikriniz necədir? İndiki yığma ilə sizin dövrünüzdəki milli arasında nə kimi fərqlər var?

– Millinin oyunlarına baxmıram. Ancaq “Qarabağ”ın matçlarını seyr edirəm. Çünki o komanda futbol göstərir. Millinin ifasında isə bunu görmək olmur. Ovaxtkı yığmada indiki şərait olsaydı, qat-qat güclü komanda olardıq. Maşallah, indi hər bir şərait var. Formalar, butslar, toplar, təlim-məşq toplanışları, bir sözlə, hər şey yüksək səviyyədədir. O vaxt bir formadan həm əsas, həm U-21, həm də U-18 üçün istifadə edilirdi. Hazırkı yığma üzvlərindən Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev və Toral Bayramov seçilir, onların oyunu xoşuma gəlir. Bir də Nəriman Axundzadənin potensialı var. Amma onun oyunu hərdən alınır, hərdən yox. Qeyri-stabil çıxış edir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Aprel 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri