Icma.az
close
up
RU
Spirtli içkidən zəhərlənmə mümkünsüzdür bu faktlar gizlədilir

Spirtli içkidən zəhərlənmə mümkünsüzdür bu faktlar gizlədilir

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycanda son vaxtlar kim zəhərlənirsə, kimə nə olursa, birbaşa deyirlər ki, spirtli içkilərdən zəhərlənmişdi. Həqiqətdə isə bu belə deyil. Spirtli içkilərdən zəhərlənmə ehtimalı çox çətindir. Yəni bir insanın normal spirtli içkidən zəhərlənməsi üçün insan gərək bir litrdən çox araq içsin ki, onda zəhərlənmə halı baş verə bilsin".

Bu fikirləri şərabçı, professor Vüqar Mikayılov Redaktor.az-a spirtdən zəhərlənmələrdən danışarkən şərh edib. Onun sözlərinə görə, insanlar içkiylə bərabər başqa zərərli maddələrdən də qəbul etməlidir ki, zəhərlənsin:

"Əgər bir masada üç-beş-on nəfər oturubsa, hamısı spirtli içkidən zəhərlənirsə, deməli, bu spirtli içkidən zəhərlənməyib. Bu insanlar içkiylə bərabər başqa təhlükəli, narkoloji maddələr də qəbul ediblər. Bu, hətta ölümə səbəb ola bilər. Azərbaycanda bu məsələlərin hamısını spirtli içkilərə bağlamaq, burada hansısa maraqların olduğunu göstərir. Bu, alkoqollu içkilərin istehsalına maneçilik törətmək, insanları narkotikə cəlb etmək üçün hansısa ölkələrin kəşfiyyatı ola bilər. Niyə Ukraynada, Belarusda və digər ölkələrdə spirtli içkilərdən zəhərlənib, ölən yoxdur? Ancaq bizim ölkədə kim ölürsə, deyirlər spirtli içkidən öldü. Heç bir əsası olmayan bir işdir. Ümumiyyətlə əgər bir məhsul haqqında bu iddia varsa, bunu təsdiq edən bir orqan olmalıdır".

Professor bildirdi ki, zəhərlənməni spirtlə əlaqələndirməyə səbəb, nəyisə ört-basdır etməkdir.

"Saxta araq bağlayanlar bunu bütün Azərbaycana paylaya bilmir. Bir neçə dost olur, onlar vasitəsilə paylayırlar. Saxta, yəni kustar üsulla hazırlanan araq keyfiyyətli olmalıdır. Onlar paylayıcı ilə daim işləmək üçün bunu etməlidirilər. Çünki bir dəfə xarab araq buraxsa, ikinci dəfə heç kim onu almayacaq. Məhz ona görə də saxta araq buraxanlar keyfiyyət göstəricilərinə imkan daxilində əməl edirlər. Odur ki, bu hadisənin spirtli içkidən olması biz qidaçılar tərəfindən də müzakirə edildi. Bunlar şərdir, böhtandır, spirtdən zəhərlənmə yoxdur. Desələr ki, insan narkotikdən zəhərlənib, o saat kimlərinsə üstünə kölgə, nöqsanlar gələcək. Çünki narkotikin satışı qadağandır. Ancaq spirti demək olur ki, hər yerdən tapmaq olar. Ancaq narkotiki araşdırmaq lazımdır. Əgər bunlar qida zəhərlənməsi olarsa, buna görə həmin insanların ailəsinə kompensasiya verilməlidir. Kompensasiya verilməməsi üçün ən sadə variant da, spirtdən zəhərlənmədir", - deyə Vüqar Mikayılov vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Fevral 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see280

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see217

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see216

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see212

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see190

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see190

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see169

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see169

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see165

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see165

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see160

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see158

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see158

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see158

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see157

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see151

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see148

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri