Icma.az
close
up
RU
Spirtli içkidən zəhərlənmə niyə baş verir? Ekspert rəyi

Spirtli içkidən zəhərlənmə niyə baş verir? Ekspert rəyi

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda 15 nəfərin spirtdən öldüyü müəyyən olunub. Onların etil spirtindən zəhərləndiyi ehtimal olunur. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95% spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.

Bəs görəsən, spirtli içkilərdə etil spirti necə yoxlanılmalıdır? Ümumiyyətlə, spirtli içkidən zəhərlənmə hansı hallarda baş verə bilər?

Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, etil spirtin əldə edilməsi elə də asan deyil. Bu spirtdən daha çox sənayə sahələrində texniki məqsədlər üçün, eyni zamanda boya və həlledici maddələrin hazırlanmasında, təmizləyici vasitə kimi istifadə olunur:

"Texniki, yəni etil spirt insan istifadəsi, xüsusən də içmək üçün nəzərdə tutulmayıb. Etil spirti insan sağlamlığı üçün zərərlidir və zəhərlənməyə səbəb ola bilir. Bu spirti içdikdə qaraciyərə və böyrəklərə ciddi ziyan vurur və ölümlə nəticələnir. İçmək üçün nəzərdə tutulan spirtdən fərqli olaraq, etil spirtin tərkibindəki bəzi kimyəvi maddələr orqanizm üçün təhlükəlidir". 

Spirtli içkilərdən zəhərlənməyə gəlincə, mütəxəssis öncəliklə saxta şəkildə hazırlanan spirtli içkilərin zəhərlənmə verdiyini açıqlayıb. Əgər spirt düzgün texnologiya ilə hazırlanmayıbsa və mənşəyi bəlli deyilsə, zəhərlənmə baş verir.

"Mənşəyi bəlli olan spirtli içkilər isə acqarına içildikdə, normadan artıq qəbul edildikdə və orqanizm spirtə öyrəşməyibsə və həssaslıq varsa, bu halda zəhərlənmə hadisəsi yaşana bilər. Xüsusən də azyaşlılar spirtli içki qəbul etdikdə zəhərlənirlər. Çünki spirtli içki qana sürətlə qarışır və qan dövranı həddindən artıq yüklənir. Nəticədə orqanizm öz funksiyalarını düzgün şəkildə yerinə yetirə bilmir və qısa müddətdə ölüm hadisəsi də yaşana bilər. Bu baxımdan spirtli içkilərdən istifadə olunmaması arzuolunandır", - deyə M.Hüseynova qeyd edib.

Məhsəti Hüseynova, sağlam qidalanma mütəxəssisi

Müsahibimiz tövsiyə edir ki, spirtli içki qəbul olunan gün hansısa dərman preparatının içilməməsi vacibdir. Çünki əksər dərmanlar insan orqanizmindən 24 və ya 48 saat ərzində xaric olmadığına görə spirtlə reaksiyaya girərək zəhərlənməyə səbəb ola bilər:

"İlkin zəhərlənmə hallarına qusma, ürəkbulanma, nəfəs almaqda çətinlik yaşanması kimi əlamətlər daxildir. Bu halda ilkin olaraq, həkimə müraciət olunmalı və bol maye qəbul edilməlidir. Əgər müdaxilə gec olarsa, orqanizm qusma nəticəsində həddindən artıq su itirir. Nəzərə almaq lazımdır ki, spirtli içkilərin sidikqovucu xüsusiyyəti var. Ona görə də orqanizm susuz qalırsa, qan təzyiqi aşağı düşür və aşağı və yuxarı nahiyyələrdə keyləşmə baş verir. Bu isə qan dövranı və temperaturun pozulmasına səbəb olur. Gec müdaxilə isə ölüm hadisəsinin reallaşmasına səbəb ola bilir".

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Fevral 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri