Icma.az
close
up
RU
“Sputnik Azərbaycan”da FTX əməkdaşları: “Ciddi suallar doğurur” DEPUTAT

“Sputnik Azərbaycan”da FTX əməkdaşları: “Ciddi suallar doğurur” DEPUTAT

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Daxili İşlər Nazirliyi Rusiyanın “Rossiya Seqodnya” agentliyinin Bakıdakı filialı olan “Sputnik Azərbaycan”ın ofisində əməliyyat keçirib. 

Əməliyyat nəticəsində agentlikdə çalışan və Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) bağlı iki əməkdaşın saxlanıldığı bildirilir. 

Qeyd edək ki, hələ bu ilin fevralında “Sputnik Azərbaycan”-ın fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilmişdi. Məsələ ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib ki, bir müddətdir agentliyin bağlanması ilə bağlı qərar verilib: 

"Bir müddət əvvəl belə bir qərar qəbul edilmişdi. “Sputnik Azərbaycan”-ın ölkəmizdəki filialı bağlanmalı və fəaliyyəti dayandırılmalı idi. Bu qərarın qəbul edilməsinə baxmayaraq, bu gün baş verənlər göstərdi ki, Azərbaycan dövlətinin qərarına əməl olunmayıb. Agentlik bu günə qədər əvvəlki qaydada fəaliyyətini davam etdirib. Bu isə birmənalı şəkildə qanun pozuntusudur". 

Millət vəkili vurğulayıb ki, əlaqədar dövlət strukturlarının bu istiqamətdə atdığı addım tamamilə qanunlara uyğundur: 

"Burada söhbət dövlət mediasının xaricdə və xarici media nümayəndələrinin Azərbaycandakı fəaliyyətində paritetin təmin olunmasından gedir. Lakin bu paritet təmin edilməyib və “Sputnik Azərbaycan” əvvəlki formada fəaliyyətini sürdürüb. 

Bu prosesin ikitərəfli münasibətlərə necə təsir edəcəyi məsələsinə gəlincə, burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan qanunlara uyğun şəkildə addım atır. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə bağlı əməkdaşların bu media qurumunda çalışması da ciddi suallar doğurur və Azərbaycan tərəfinin bu fonda atdığı addım tamamilə hüquqi çərçivədədir.

Hesab edirəm ki, kimliyindən asılı olmayaraq, hər kəs Azərbaycan qanunlarına əməl etməlidir. Qanunları pozan şəxslər isə birmənalı olaraq məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalıdır. Heç kimə Azərbaycan qanunlarını pozmaq və yaxud pozulmasına şərait yaratmaq səlahiyyəti verilməyib". 

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: “Sputnik Azərbaycan” əməliyyat Ceyhun Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 İyun 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri