Icma.az
close
up
RU
“Sputnik Azərbaycan”ın Bakıda kəşfiyyat xidməti

“Sputnik Azərbaycan”ın Bakıda kəşfiyyat xidməti

Hurriyyet-dan alınan məlumatlara görə, Icma.az xəbər verir “Sputnik Azərbaycan”ın Bakıda kəşfiyyat xidməti.

“Hürriyyət” illər öncə Rusiya xüsusi xidmətinə çalışan bu medianın “iç üzünü” ortaya qoyanda bütün rəsmi qurumlar susurdu...
"Azərbaycan mövcud uyğunsuzluğun aradan qaldırılması üçün xarici KİV-in ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlib". Bu barədə Caliber.az məlumat yayıb. 
İddia olunur ki, bu düzəlişlər əsasən "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin ölkədə filialı kimi fəaliyyət göstərən "Sputnik-Azərbaycan" nəşrini təsir altına alacaq.
"Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq olaraq, AZƏRTAC-ın Rusiyada nə qədər müxbiri işləyirsə, eyni sayda da "Rossiya seqodnya"nın ölkəmizdə müxbiri fəaliyyət göstərəcək. Hazırda söhbət bir tam ştatlı vəzifədən gedir", - deyə yazıda bildirilib.
Məlumata görə, "Rossiya seqodnya"nın Bakı bölməsinin işinə 40-a yaxın adam cəlb olunub. Filialın özünün isə ləğv edilməsi gözlənilir. Sayt yazır ki, "Rossiya seqodnya" Azərbaycanda işini bir müxbirlə davam etdirəcək və onun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyası və Azərbaycan Respublikası hökumətləri arasında KİV müxbirlərinin statusu haqqında 9 yanvar 2001-ci il tarixli sazişə uyğun olaraq tənzimlənəcək.
Media fəaliyyəti adı altında kəşfiyyat xidməti
Əlbəttə, “Sputnik Azərbaycan”ın Bakıdakı 40 nəfər əməkdaşının bir çoxunun kəşfiyyat xidməti ilə məşğul olduğu kimsəyə sirr deyil. Hansı ki, biz “Hürriyyət” olaraq hələ bu barədə 2016-17-ci illərdən silsilə məqalələr dərc etsək də, indiyədək bu medianın qanunsuz fəaliyyətinə “dur” deyən olmayıb. Məsələn, qəzetimizdə dərc olunan “RUS KƏŞFİYYATI BAKIDA “AT OYNADIR” - “Sputnik Azərbaycan” ölkəmizdə kəşfiyyat məlumatları toplamaqla məşğuldur” yazımızda illər öncədən qeyd etmişdik ki, erməni kökənli media maqnatı Aram Qabrielyanovun təsis etdiyi “Sputnik” İnformasiya Agentliyinin Azərbaycanda fəaliyyət göstərməsi milli strateji hədəflərimiz üçün böyük təhlükə mənbəyidir. Həm də ona görə ki, bu informasiya agentliyinin Bakı bürosunun rəhbəri anası erməni olan Əziz Əliyev adlı birisidir. Bu səbəbdən də qeyd etmişdik ki, belə KİV orqanının Azərbaycanda fəaliyyətinə qətiyyən imkan vermək olmaz. ““Sputnik Azərbaycan”ın baş redaktoru Əziz Əliyevi Bakıya Rusiyadakı erməni lobbisi göndərib. Sputnik.az saytı birbaşa Rusiyanın dövlət büdcəsi ilə maliyyələşir və həmin şəbəkənin üzərində də dayanan Marqarita Simonyandır. Bu Simonyan haqqında da yetərincə məlumat var, kim istəsə onunla maraqlana bilər”, – deyə məlumat vermişdik.

Marqarita Simonyan
Onu da qeyd etmişdik ki, Mərkəzi ofisi Moskva şəhərində yerləşən “Sputnik” İnfromasiya Agentliyini “Rossiya seqodnya”nın baş direktoru Dmitri Kiselyov idarə edir. Onun müavini ermənilər arasında populyar jurnalist kimi tanınan Marqarita Simonyandır:
“Marqarita Simonyan Ermənistanda güclü təbliğat ruporu kimi ad çıxarıb. O, qondarma “erməni soyqırımı”nı təbliğ etməklə yanaşı, Rusiyadakı erməni diasporunun fəal üzvlərindən sayılır. Marqarita Simonyan mütəmadi olaraq, “Vestnikkafkaz.ru”, Ermənistanın “Verelq.am”, “Tert.am” xəbər portallarında Dağlıq Qarabağ münaqişəsinə dair analitik məqalələrlə çıxış edir. O, həmin məqalələrdə öz erməni mənafeyindən çıxış edərək Dağlıq Qarabağdakı separatizmə dəstək verir, işğal faktına bəraət qazandırır, münaqişənin həllini tapmamasına görə, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir. Təbii ki, Ermənistan rəhbərliyi də onun bu xidmətlərini unutmur. Təsadüfi deyil ki, 2010-cu il noyabrın 18-də prezident Serj Sarkisyan Marqarita Simonyanı “Movses Xorenasi” medalı ilə təltif edib”.
Məxfi məlumatların ermənilərə ötürülməsi cəhdi
Xatırladaq ki, 2016-cı ilin aprelində baş verən 4 günlük müharibə zamanı Moskvadan “Life news” telekanalının müxbirləri müvafiq akkreditasiyadan keçmədən cəbhə bölgəsinə gəlmişdilər. Onlar Rusiyada tanınmış media maqnatı Aram Qabrelyanın da üzvü olduğu erməni lobbisinin tapşırığı əsasında Azərbaycanda qərəzli reportaj hazırlamaq niyyətində olublar. Lakin yerli mətbuat nümayəndələrinin çevikliyi nəticəsində onların bu çirkin niyyəti baş tutmayıb. Nəticədə heç bir reportaj hazırlamağa imkan verilmədən, respublika hüdudlarından kənarlaşdırılıblar.
Əlbəttə, “Life news” telekanalının müxbirləri Azərbaycana heç də dəvətsiz gəlməyib. Bu işdə ölkəmizin daxilində də maraqlı qüvvələr olub və məhz onların köməkliyi ilə həmin jurnalistlər cəbhə bölgəsinə problemsiz yola salınıblar.
Hətta belə bir informasiya da vardı ki, 2016-cı ildə saytın bölgə müxbirləri Göygöl rayonunda erməni qəbiristanlıqları haqda milli maraqlarımıza zidd olan reportaj hazırlamaq istəyiblər. Lakin bu zaman onların fəaliyyətinin qarşısı alınıb...
Putin mediasının Azərbaycanda kəşfiyyat-pozuculuq fəaliyyəti…
Hələ 2016-cı ilin sentyabrında etibarlı mənbədən “Hürriyyət”in redaksiyasına daxil olan məlumata əsəsən vurğulamışdıq ki, Bərdə-Tərtər dəmiryol xəttinin yaxınlığında - məcburi köçkünlərin məskunlaşdığı ərazidə 2 nəfər naməlum şəxs çəkiliş aparmaq niyyətində olub. Nəzərə alsaq ki, dəmiryol xətti strateji əhəmiyyət daşıyır, üstəlik, həmin ərazi cəbhə bölgəsinə yaxın olduğundan və bu xətt üzrə hərbi təyinatlı yüklər daşındığından, çəkiliş aparan şəxslər xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət olunublar. Bu zaman məlum olub ki, hər iki şəxs Sputnik.az saytının regional əməkdaşlarıdır. İmişli sakinləri olan bu şəxslər ərazidə çəkiliş aparmaları üçün ezamiyyə vərəqələri olmadığından, fəaliyyətlərinin qanunsuz olduğunu etiraf ediblər. Onu da deyiblər ki, strateji əhəmiyyətli ərazidə çəkiliş aparılması haqda göstərişi onlara “Sputnik Azərbaycan” İA-nın rəhbərliyi verib.
“Sputnik Azərbaycan”ın arxasındakı qaranlıq güc…
Məlumat üçün bildirək ki, vaxtilə redaksiyası Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binasında yerləşən Sputnik.az saytı maddi cəhətdən kifayət qədər təmin olunub. Bu saytın əməkdaşları Azərbaycan standartlarına görə çox yüksək maaş alır, üstəlik ölkəmizdəki əksər media orqanlarından fərqli olaraq Sputnik.az-ın regional müxbirləri də fəaliyyət göstərir.
Bir sözlə, bu agentlik Azərbaycanda bütün sahələrdə öz işini qura bilib və çoxsaylı rəsmi və qeyri-rəsmi mənbələrdən məlumat əldə etmək imkanına malikdir. Ermənilərin isə Azərbaycandan istədikləri nədir: ölkəmizin müdafiə qabiliyyəti ilə bağlı informasiyalar toplamaq və “4-cü hakimiyyət” hesab olunan mətbuat vasitəsilə Azərbaycan haqqında lazımi məlumatlar və təhlil materialları əldə etmək.
Ən acınacaqlısı isə odur ki, “Sputnik Azərbaycan” Rusiyanın dövlət büdcəsindən maliyyələşdirildiyindən, ölkəmizdə istər bu agentliyin qanunsuz fəaliyyəti, istər də anası erməni olan baş redaktor barəsində şok faktlar açıqlanmasına, ciddi ittihamlar irəli sürülməsinə rəğmən, heç bir rəsmi qurum bu məsələyə müdaxilə edib, “başını ağrıtmaq istəmir”. Bütün bubnların fonunda isə Əziz Əliyev Azərbaycanda sanki “toxunulmazlıq” statusuna sahibdir.

Əziz Əliyev
“Bizə atılan daşlardan bina tikəcəyik” 
İllər öncə “Sputnik Azərbaycan”ın qanunsuz fəaliyyəti ilə bağlı dərc etdiyimiz silsilə yazılardan sonra Sputnik.az-ın yazarı “Bizə atılan daşlardan bina tikəcəyik” sərlövhəli məqalə qələmə almışdı. O, yazısında qeyd edirdi ki, “Azərbaycanın tarixi yerləri, memarlıq abidələri, təbiəti, məişəti, mətbəxi, musiqisi, mədəniyyəti 300 milyon insan arasında məhz “Sputnik Azərbaycan”-ın vasitəsilə yayılır”. Bəlkə də saytın xanım əməkdaşı haqlıdır. Bəs, bu fəaliyyət çərçivəsində Sputnik.az daha hansı əməllərlə məşğuldur? Əslində, bu suala ötən yazımızda qismən cavab vermişdik: “2016-cı ildə saytın bölgə müxbirləri Göygöl rayonunda erməni qəbiristanlıqları haqda milli maraqlarımıza zidd olan reportaj hazırlamaq istəyiblər. Lakin bu zaman onların fəaliyyətinin qarşısı alınıb...”.
Yeri gəlmişkən onu da deyək ki, son vaxtlaradək Azərbaycanda Rusiyanı “mələk”, Qərbi “div” (oxu: şeytan) cildində təqdim edən yeganə mətbu orqan “Sputinik Azərbaycan” deyil. Əslində, bu xəbər portalı Rusiya büdcəsindən maliyyələşdiyindən, onun bu cür mövqe sərgiləməsi anlaşılandır. Maraqlısı odur ki, bir sıra “milli” KİV-lərimiz də son vaxtlar Putin mediasının “qüdrətindən”, Qərbin bu şəbəkənin qarşısında aciz qalmasından yazır. İddia edirlər ki, Fransa prezidentinin “RT televiziyası və “Sputnik” agentliyi haqda dediyi fikirlər də məhz bu acizlikdən, yəni bu KİV-lərin Qərbdə böyük gücə çevrilməsindən qaynaqlanır. Amma, nədənsə, kimsə bu media şəbəkəsinin öz missiyasını aşaraq kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olmasından, məhz bu səbəbdən də Avropa və Amerikada dışlandığından danışmaq istəmir...
“Əli Həsənov “Sputnik Azərbaycan”la bağlı açıqlama verməlidir" 
Yeri gəlmişkən, Rusiyanın “Sputnik” informasiya agentliyinin Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılması ictimaiyyət arasında, həmçinin Milli Məclisdə müzakirələrə səbəb oldu. İddiaya görə, baş redaktorun işdən çıxarılmasına səbəb onun ermənilər əleyhinə mövqeyi olub. Üstəlik, Mətin Yaşaroğluna irad tutublar ki, Qarabağla bağlı yazılarını dayandır. Amma o, erməni bürosunun Qarabağı “Artsax” kimi yazdığını əsas gətirib və nə üçün qarşı tərəfə irad bildirilmədiyinin səbəbini sual edib. Bu, ona baha başa gəlib.
Milli Məclisin plenar iclasında Mətbuat Şurasının sabiq sədri, deputat Əflatun Amaşov “Sputnik Azərbaycan” saytında baş verən son hadisələrə münasibət bildirib. MŞ sədrinin fikrincə, Ombudsman aparatının “Sputnik Azərbaycan”da baş verənləri araşdırmasına ehtiyac var.
Mərhum deputat Qənirə Paşayeva da keçmiş Ombudsman E.Süleymanovadan Mətin Yaşaroğlunun məsələsini Rusiyanın Ombudsmanı ilə danışmağı və bu məsələni xüsusi diqqətdə saxlamağı xahiş etmişdi.
“Sputnik” informasiya agentliyinin Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılması ilə bağlı “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə “Hürriyyət”ə açıqlamasında maraqlı bir məsələni önə çəkmişdi: ““Sputnik Azərbaycan” ölkəmizdə xarici kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərir və Əli Həsənovun Beynəlxalq Mətbuat Mərkəzinin binasında yerləşir. Hesab edirəm ki, ilk növbədə, “Sputinik Azərbayacan”la bağlı Əli Həsənov açıqlama verməlidir... Amma ilk növbədə, burada dövlətin mövqeyi olmalıdır. Dövlət onların monitorinqini aparmalıdır, izləməlidir ki, burada nə işlə məşğuldurlar. Ümumiyyətlə, mənim üçün maraqlıdır, onun burada pulunu verən kimdir? Kimin hesabına burada oturublar? Bu, Azərbaycan-Rusiya ərazisində olan müştərək müəssisədirmi, ya başqa bir şeydir? Və nəyə görə Rusiya kütləvi informasiya vasitələrinin ofisləri Əli Həsənovun binasında yerləşir, ümumiyyətlə, o nə deməkdir? O, prezidentin köməkçisidir”.
“Azərbaycanda “5-ci kolon” zəifələməyib, sadəcə geri çəkilib”
Beləliklə, illər öncədən “Hürriyyət” qəzeti “Sputnik”in Azərbaycan dövlətçiliyinə təhdid yaradan fəaliyyətini ifşa edəndə, əksər rəsmi qurumlar susurdu. Əksinə, istər 2013-2014-cü illərdə, istər də sonrakı dönəmdə prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov ya birbaşa, ya da müxtəlif şəxslər vasitəsilə redaksiya rəhbərliyinə təzyiq göstərərək, bu yazıların qarşısını almağa çalışırdı. Lakin biz həmin vaxt da redaksiyamıza zəng açan hər bir rəsmi, yaxud qeyri-rəsmi şəxsə Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən sözdə “media” şəbəkəsinin əməllərinə göz yummayacağımızı və bütün hallarda bu məsələdə geriyə addım atmayacağımızı bildirmişik.
Təbii ki, Əli Həsənovun bu məsələdə belə canfəşanlıq etməsi təəccüblü deyildi. Onun vəzifədə olduğu müddətdə hansı məzhəbə qulluq etdiyi hər kəsə məlumdur. Üstəlik, onu da unutmayaq ki, “Sputnik Azərbaycan” birbaşa Əli Həsənovun şəxsi obyektində fəaliyyət göstərdiyindən, aylıq icarə haqqı da onun cibinə girirdi...
Təvazökarlıqdan uzaq olsa da qeyd etməliyik ki, Azərbaycanda Əli Həsənov və Ramiz Mehdiyev “cütlüyü”nün qılıncının dalı da, qabağı da kəsən dönəmlərdə “Hürriyyət” bu mövzuya müraciət edən azsaylı, bəlkə də yeganə media qurumu idi. Azərbaycan mətbuatında Ramiz Mehdiyevin, Əli Həsənovun adını çəkmək, onların havadarlıq etdiyi “Sputnik Azərbaycan”ın fəaliyyəti haqda tənqidi fikir söyləmək yasaqlandığı dönəmlərdə qəzetimizin səhifələrində sözügedən agentliyin destruktiv fəaliyyətinə dair onlarla məqalə dərc olunub. Amma nədənsə o zaman anası erməni olan Əziz Əliyevin “Sputnik Azərbaycan”a rəhbərlik etməsi nə Milli Məclisdə oturanları, nə də hansısa bir ziyalını narahat etmirdi.
Ən təəssüf doğuran məqam isə, qeyd etdiyimiz kimi, hər dəfə “Sputnik Azərbaycan” haqda yazanda Prezident Administrasiyasından bizə qarşı basqıların artması idi. “O yazıları çıxarın. Nə istəyirsiz axı?” - bu cür iradlarla tez-tez qarşılaşırdıq.


Ramiz Mehdiyev

Əli Həsənov

Bu gün isə proseslər tamamilə fərqli məcrada inkişaf edir. Prezident Administrasiyasında artıq nə Ramiz Mehdiyev, nə də Əli Həsənov var. O üzdən düşünmək olar ki, PA-dakı casus şəbəkəsi artıq zərərsizləşdirilib, yəni “5-ci kolon”un əsas simaları oradan uzaqlaşdırılıb, olsa da, xırda fiqurlar qalıb. Elə isə hazırkı vəziyyətdə “Sputnik”in Azərbaycandakı fəaliyyətinə nə kimi ehtiyac var? Niyə bu casus şəbəkəsinin fəaliyyətinə son qoyulmur?

“Hürriyyət”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://hurriyyet.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qərbi Azərbaycan Xronikası: Alçalı Təpə, Amağu, Amasiya Türk tarixinin izi

19 Fevral 2025 01:48see114

“Biz onlardan qorxmuruq” Zelenski

19 Fevral 2025 03:17see113

Zelenski Ərdoğana sığındı: Türkiyə meydana girir

19 Fevral 2025 07:01see112

Avropanın ən güclü iki ordusu var: biri Türkiyə… Zelenski

20 Fevral 2025 01:38see112

Alsu Anastasiya Reşetovanın “tikanlarına” cavab verdi

20 Fevral 2025 01:09see112

Pakistanla strateji tərəfdaşlığın hədəfləri

19 Fevral 2025 08:08see110

Ana dili milli kimliyimizin rəmzidir Deputat yazır

20 Fevral 2025 10:27see110

Rubio: Qərb Rusiyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirməli olacaq

19 Fevral 2025 01:08see110

Azərbaycanda bəzi saytlar hekləndi ARALARINDA MƏŞHUR İNFORMASİYA AGENTLİYİ DƏ VAR FOTO

20 Fevral 2025 12:25see110

Naxçıvan Teatrının təbrizli aktyor rejissoru

20 Fevral 2025 10:52see109

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırladı

19 Fevral 2025 10:50see109

Axtarışda olan 122 nəfər TUTULDU

20 Fevral 2025 10:46see109

Kiyevdə ardıcıl partlayışlar baş verdi

19 Fevral 2025 01:31see109

Xanım sürücünün maşınını təpiklədi

19 Fevral 2025 12:06see108

Makron Putinlə dialoq istəyir

19 Fevral 2025 01:00see108

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see108

Sensasiyalı proqnoz: Yerin daxili nüvəsi yaxın 15 ildə DAYANACAQ

19 Fevral 2025 05:33see108

Ər Riyad danışıqları Avropanı qorxuya salıb “Le Parisien”

19 Fevral 2025 00:08see107

Dünyanın ən səs küylü şəhərinin adı açıqlandı

20 Fevral 2025 12:31see107

Niyə avtobuslarda tərs oturacaqlar var?

19 Fevral 2025 00:18see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri