Icma.az
close
up
RU
SSRİ dövründə fəxri ad alanlara ŞAD XƏBƏR Təqaüd verilir?

SSRİ dövründə fəxri ad alanlara ŞAD XƏBƏR Təqaüd verilir?

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

SSRİ dövründə mədəniyyət, incəsənət, elm, əmək və digər sahələrdə fərqlənən şəxslərə SSRİ miqyaslı “Xalq artisti”, “Xalq rəssamı”, “Əməkdar müəllim”, “Sosialist Əməyi Qəhrəmanı”, “Sovet İttifaqı Qəhrəmanı” kimi fəxri adlar verilirdi. Bu adlar uzun illər yüksək peşəkarlığın və ictimai nüfuzun göstəricisi olmaqla yanaşı, maddi təminat baxımından da müəyyən üstünlüklər yaradırdı.

Bəs sovet dövründə ümumittifaq miqyaslı fəxri adlara sahib olan şəxslərə hazırda Azərbaycanda təqaüd ödənilirmi?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən “Yeni Sabah”ın sorğusuna verilən cavabda bildirilib ki, SSRİ artıq mövcud olmadığı üçün həmin adlara görə ayrıca təqaüd mexanizmi tətbiq edilmir. Lakin bu kateqoriyadan olan şəxslər müstəqil Azərbaycanın fəxri adlarının təsnifatına müvafiq olaraq sosial təminatla əhatə olunublar.

Qurumdan qeyd olunub ki, ödənişlər “Azərbaycan Respublikasının fəxri adları haqqında” 1998-ci il 22 may tarixli Prezident Fərmanına əsasən həyata keçirilir:

“Azərbaycan Respublikasının fəxri adları haqqında” Prezidentin 1998-ci il 22 may tarixli müvafiq Fərmanına əsasən həmin Fərman imzalandığı günə qədər verilən fəxri adlar onları alan şəxslər üçün öz qüvvəsini saxlayır və müstəqil Azərbaycan Respublikasının fəxri adları hesab olunur. Qeyd olunanlara əsasən, Fərmanda nəzərdə tutulan fəxri adlar verilən şəxslərə Prezident təqaüdü təyin edilir”.

Qeyd edək ki, 11 iyun 2002-ci il tarixli, 715 nömrəli Fərmana əsasən təsis edilən Prezidentin fərdi təqaüdü Azərbaycan qarşısında xüsusi xidmətləri olan şəxslərə şamil olunur. Bu kateqoriyaya SSRİ dövründə yüksək fəxri adlar almış sənət və elm xadimləri də daxildir.

Məlumata görə, həmin siyahıda SSRİ Xalq rəssamları Mikayıl Abdullayev və Tahir Salahov, SSRİ Xalq artistləri Lütfiyar İmanov, Tamara Sinyavskaya, Fidan Qasımova, eləcə də Sosialist Əməyi Qəhrəmanları Şamama Həsənova, Əlisəfa Yaqubov, Qızqayıt Həsənova kimi tanınmış şəxslərin adları yer alıb.

SSRİ-nin 35 il əvvəl süquta uğradığı və fəxri adlara layiq görülən şəxslərin təltif olunduqları zaman orta yaş həddinin 50 və daha yuxarı olması nəzərə alınsa, bu kateqoriyadan olan insanların böyük əksəriyyətinin artıq vəfat etdiyi, sağ qalanların sayının isə ildən-ilə təbii şəkildə azaldığı da müşahidə olunur.

Xatırladaq ki, Prezidentin fərdi təqaüdünün hazırda məbləği 1700 manatdır.

İlhamə Qasımlı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 Aprel 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri