Icma.az
close
up
RU
SSRİ Xalq artisti Leyla Bədirbəylinin doğum günüdür

SSRİ Xalq artisti Leyla Bədirbəylinin doğum günüdür

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 8-də milli kino sənətimizin bənzərsiz simalarından biri, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəylinin doğum günüdür.

Oxu.Az xatırladır ki, 1920-ci ildə dünyaya göz açan Leyla Ağalar qızı Bədirbəylinin doğum yeri haqqında fərqli məlumatlar var. Bəzi mənbələrdə onun Bakıda, bəzilərində isə Şəmkirdə dünyaya göz açdığı qeyd olunur.

Onun anası Bikə xanım Şəmkirin Dəllər kəndindən Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.

Aktrisanın uşaqlıq illəri isə Bakıda, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin incəsənətə yönəlməsində birbaşa anasının təsiri olub. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedərkən Leylanı da həmişə özü ilə apararmış. Leyla Bədirbəyli burada rəqs bacarığı ilə diqqət çəkir və Dövlət Filarmoniyasından təklif alır. 1936-cı ildə 16 yaşında o, buradakı həmkarı Fərəc Cavanşirovla ailə həyatı qurur.

1937-ci ildə onların Cavanşir adlı oğulları dünyaya gəlir. Qeyd edək ki, Cavanşir Cavanşirov uzun illər AzTV-də operator kimi çalışıb. Həyat yoldaşı Elmira Cavanşirova isə dövlət televiziyasında rejissor kimi fəaliyyət göstərib. Cütlük 2017-ci ildə vəfat edənədək Leyla Bədirbəylinin uşaqlıqda yaşadığı Fəvvarələr meydanında yerləşən evdə yaşayıb.

Leyla Bədirbəylinin Cavanşirin atası ilə ailə həyatı elə də uzun çəkməyib.

O, 1941-ci ildə boşanıb və 1942-ci ildə diş həkimi Kamil Aslanova ərə gedib.

1945-ci ildə "Arşın mal alan" filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Üzeyir Hacıbəyovun tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənib. Bu film SSRİ-də, həmçinin 50-dən artıq xarici ölkədə şöhrət tapıb. Deyilənə görə, o zaman Sovet İttifaqına rəhbərlik edən İosif Stalin Leyla Bədirbəylinin gözəlliyinə heyran olub və onu "Azərbaycan gözəli" adlandırıb.

Aktrisanın K.Aslanovdan Lalə adlı qızı dünyaya gəlib. Bikə adlı ikinci qız övladı isə 1964-cü ildə doğulub. Bundan bir müddət sonra Kamil Aslanov Ukraynada avtoqəzada həyatını itirib. Leyla Bədirbəyli həyat yoldaşının ölümündən bir il sonra qızı Laləni itirib.

Bu hadisədən sonra aktrisa əsəb xəstəliyinə tutulub. Gözəlliyi ilə ad çıxaran Bədirbəyli tanınmaz hala düşüb və bu halda onu heç kimin görməsini istəmədiyi üçün evə qapanıb. 1999-cu il yanvarın 1-də ümummilli lider Heydər Əliyev ona "İstiqlal" ordeni verənə kimi evdən çıxmayıb.

İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən, "Səbuhi", "Fətəli xan", "Dəli Kür", "Sevil", "Onun böyük ürəyi", "Dərviş Parisi partladır" filmlərində unudulmaz, yaddaqalan obrazlar yaradıb. Leyla Bədirbəyli sağlığında xalqın diqqət və sevgisini qazanmış, dövlət tərəfindən yetərli qayğı ilə əhatə olunmuş sənətkarlardan olub.

Aktrisa 1999-cu il noyabrın 23-də 79 yaşında vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Yanvar 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see728

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see210

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see160

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see145

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see145

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri