Icma.az
close
up
RU
SSRİdən sonra ilk dəfə: Həyəcanlı Ay səyahəti başlayır

SSRİdən sonra ilk dəfə: Həyəcanlı Ay səyahəti başlayır

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

15 yanvarda buraxılması planlaşdırılan "Blue Ghost" Ay eniş aparatı yarım əsrlik fasilədən sonra Ayın Mare Krisium adlı kraterli bölgəsinə yenidən eniş edəcək. 

Qaynarinfo xəbər verir ki, aparat toplayacağı məlumatlarla həm Ay, həm də Yer haqqında daha çox məlumat əldə etməyi hədəfləyir.

Sonuncu dəfə Sovet İttifaqının "Luna 24" kosmik aparatı 1976-cı ilin avqustunda nümunə toplamaq üçün Ayın Mare Krisium bölgəsinə eniş etmişdi. O vaxtdan bəri bu bölgəyə heç bir eniş aparatı uğurla çatmayıb. Lakin "Firefly Aerospace" şirkətinin açıqlamasına görə, "SpaceX" 15 yanvarda bu bölgəyə iki eniş aparatını göndərmək üçün hazırlıqlarını tamamlayacaq.

İki eniş aparatı bir missiyada

"SpaceX"in "Falcon 9" raketi "Firefly Aerospace"in "Blue Ghost 1" eniş aparatı ilə yanaşı, Yaponiyanın "iSpace" şirkətinə məxsus "Resilience" adlı robotik eniş aparatını da Ayın səthinə çatdıracaq. Ay səfərinin 45 gün çəkəcəyi və bundan sonra səthdə 14 günlük tədqiqat işlərinin aparılacağı bildirilib.

"Blue Ghost 1" eniş aparatında 10 NASA yükü yerləşdirilib. Bu elmi avadanlıqlar Ay və Yerin müxtəlif hissəcik tərkibini, termal xüsusiyyətlərini və elektromaqnit aktivliyini ölçmək üçün nəzərdə tutulub. Toplanan məlumatlar Ayın resursları və tarixi haqqında daha çox məlumat əldə etməyə və eniş-kalkış prosedurlarını təkmilləşdirməyə xidmət edəcək.

Xüsusi diqqət çəkən yük

"LEXI" adlı elmi cihaz xüsusilə diqqət çəkir. Bu cihaz Yerin maqnit sahəsini oxuya bilən rentgen cihazıdır. NASA bu cihazdan əldə edilən məlumatlardan istifadə edərək Günəş küləklərinin maqnetosferimizlə necə qarşılıqlı əlaqədə olduğunu müşahidə edəcək. 

Bu məlumatlar, Yerdə elektrik kəsintilərinə, peyk və GPS sistemlərinə təsir edən Günəş fırtınalarının daha dəqiq proqnozlaşdırılmasına kömək edəcək.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Yanvar 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see288

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see285

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see281

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see265

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see255

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see251

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see240

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see236

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see235

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see234

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see222

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see221

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see220

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see220

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see216

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see211

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see209

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see206

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see201

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri