Icma.az
close
up
RU
SSRİnin əfsanəsi MAVİ LAMPA İLƏ MÜALİCƏ

SSRİnin əfsanəsi MAVİ LAMPA İLƏ MÜALİCƏ

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Ötən əsrdə Sovet hakimiyyətinin ən güclü olduğu illərdə az qala hər ailədə, evdə göy lampa var idi.

Bu "möcüzəvi lampa" payız-qış aylarında soyuqdəymə zamanı köməyə çatırdı. Əsr dəyişib, sovet illərdinə yaşamış şəxslər bu lampanı unudur, müasir nəsillər isə göy lampadan xəbərsizdir. Amma Moskvada bu lampalar hələ də satışda var.

Bu lampanın əfsanəvi gücü, faydası nə idi?

Qısa tarixi:

İşıq və rənglə terapiya - fototerapiya tibbə XIX əsrdən məlumdur.

Medicina.az bildirir ki, onu hərbi cərrah Anatoli Minin icad edib. Minin göy lampadan nevrologiyada, əzələ oynaq ağrılarında, cərrahi xəstəliklərdə, vərəmdə istifadə edirdi. "Minin lampası" adlandırılan bu lampalar 9-10 rubla satılırdı. Bu günə kimi göy lampaların istehsalı ilə Kalaşnikov zavodu məşğul olur. Hazırda göy lampanın Rusiyada qiyməti 1500 rubldur. "Ebay"da isə "blue lamp" adı ilə 30 avroya satılır.

Nədə istifadə olunur:

Əsas hədəfi dermanın qatlarını yarıb, toxumaları 1-2 dərəcə isidir. Bununla da periferik qan dövranı aktivləşir, maddələr mübadiləsi yaxşılaşır, dəri hüceyrələri və leykositlərin miqrasiyası aktivləşir, iltihaba səbəb olan bioaktiv maddələr toxumalardan atılır. Kollagen və elastinin təbii sintezi artır. Hətta göy lampa angiogenezə - yəni yeni qan damarlarının yaranmasına da səbəb olur ki, bu da zədəli qan damarlarını əvəz edir. Göy lampanı - nevrolgiya, soyuqdəymə, irinli olmayan dəri xəstəlikləri, yanıqlarda, əl-ayaq soyumalarında, əzilmələrdə, miozitdə, kosmetoloji problemlərdə təyin edirdilər. Göy işıq həm də ağrıkəsici təsir edir.

Göy lampanın işığını gözlərə yönləndirmək olmaz. Uzun müddət istifadə etdikdə, dəridə piqmentasiya və səpkilər yarada bilər.

Göy lampanı dəridən 30-50 sm məsafədə tutulmalıdır. Gözlər bağlı olmalıdır. Kontakt linza taxan adam linzanı çıxarmalıdır. Bir seans 20 dəqiqə çəkir. Bir kurs 15-20 prosedurdur. 5 yaşından sonra uşaqlara da tətbiq oluna bilər. Bu zaman lampa 60 sm dəridən aralı tutulmalıdır.

Kimlərə qadağandır:

- 39-40 dərəcə qızdırması olanlara
- Onkoloji xəstələrə
- Haymorit, irinli anginası olanlara
- Trombozda
- Böyrək və öd daşlarında. Həmin nahiyəni isitmək olmaz
- Ağır formalı diabetlərə
- Hamilə qadınlara.

QEYD: Evdə istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri