Icma.az
close
up
RU
Stabil “Kəpəz”, miskin “Turan Tovuz”…

Stabil “Kəpəz”, miskin “Turan Tovuz”…

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən ölkə futbol tarixinin ən yadda qalan “Qərb derbi”lərində biri baş tutdu.

Tovuz şəhərində keçirilən görüşdə nominal meydan sahibi olan “Kəpəz” eyni şəhərin komandası “Turan Tovuz”u 5:2 hesabıyla məğlub etdi.

Çempionatın başlanğıcından bu yana Kurban Berdıyevin rəhbərliyi altındakı “bozqurd”lar daim ilk sıralarda yer almış və stabil çıxışı ilə yadda qalmışdı.

Gəncə təmsilçisi isə Adil Şükürovla başladığı yolu I dövrənin ortasında Azər Bağırovla davam etdirmək qərarına gəldi. Onun gəlişindən sonra “sarı-göylər” artıq Premyer Liqada 4-cü qələbəsini qazanaraq, elitada qalmaq uğrunda əsas rəqibi “Səbail”i qabaqladı.

Doğrusu, tovuzlu azarkeşlərin yaratdığı atmosfer və faktiki olaraq öz evində meydana çıxan “Turan Tovuz”un bu matçda belə böyük hesabla məğlub olacağı ağıla gəlməzdi. Çünki, ilk dəqiqələrdən etibarən erkən qola sevinən Berdıyevin yetirmələri görüşün 2-ci hissəsində darmadağın olacaq təsiri bağışlamırdı. Oyuna baxdıqda Tovuz təmsilçisinin ənənəsinə sadiq qalaraq topla daha az oynayıb, rəqibini əks-hücumlarda yaxalamaq planı görünürdü. Lakin bir neçə şey diqqətdən qaçmışdı. Məsələn, tovuzluların yeni transferi Orxan Əliyevin hücumda yetərsiz olacağı, müdafiə xəttində Şəhriyar Əliyev – Rodreik Miller ikilisinin yerini, Emmanuel Hakmanla Araş Qadirinin doldura bilməyəcəyi, üstəlik İvan Konovalovun qapıdakı inamsız çıxışı hesabın bu nöqtəyə gəlib çıxmasına səbəb oldu.

“Kəpəz”ə gəlincə, ötən mövsüm formalaşan “genetika”ya uyğun topla daha çox oynamaq və rəqibin cərimə meydançası yaxınlığında dominantlığı əldən saxlamağa çalışırdı. Gəncəlilər üçün isə ekstra üstünlük Turan Manafovun iki cərimə zərbəsindən topu birbaşa qapıya daxil etməsi idi. Bundan əlavə kollektivin bir-birini daha yaxşı anlaması, xüsusən də müdafiədə riskə yol verməyərək, mərkəzdə xətlərarası əlaqənin daha balanslı formada icra edilməsi qarşılaşmanın taleyini həll edən nəsnələr oldu.

Yekun duruma gəldikdə, “Turan Tovuz”un mövsümün ikinci yarısına darmadağınla başlaması, həmçinin qonaq komanda kimi Premyer Liqa tarixində ilk dəfə 4-dən çox qol buraxması, Berdıyevin işinin daha çətin olduğunu göstərir. Təcrübəli mütəxəssis rəhbərlik tərəfindən qarşıya qoyulmuş məqsəd – avrokuboklara vəsiqə qazanmaq, habelə buna görə də ilk “4-lük”dəki yerini qorumaq üçün bir sıra rotasiyalar etməklə, uzun marafona hazır olmalıdır.
“Kəpəz”in ikinci yarıya böyükhesablı qələbə ilə başlaması komandanın motivasiyasını artıracaq. Növbəti turda rəqib autsayder “Səbail”dir və bu qələbə komandanın oyuna “dənizçilər”dən daha rahat çıxmasına səbəb olacaq.

Mirkamal Kazım

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Yanvar 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri