Icma.az
close
up
RU
Stallone ilə Riçard Girin 50 illik davası

Stallone ilə Riçard Girin 50 illik davası

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Silvestr Stallone 80 yaşında yayımladığı “The Steps” adlı yeni memuarında aktyor Riçard Gir ilə uzun illər davam edən qarşıdurmasının təfərrüatlarını açıqlayıb.

Aktyor daha əvvəl kitabında xarici görünüşünə həddindən artıq aludə olması səbəbindən onda yaranan ağır bulimiyadan da bəhs edib. İndi isə Stallone digər Hollivud aktyoru ilə münasibətlərinin necə gərginləşdiyini xatırlayıb.

Münaqişə 1974-cü ildə başladı

Stallonenin sözlərinə görə, Gir ilə qarşıdurmanın başlanğıcı hələ 1974-cü ildə “The Lords of Flatbush” filmi üçün keçirilən kastinqə gedib çıxır. Həmin vaxt Robert De Niro və Riçard Gir də filmdə rol almaq üçün namizədlər arasında olub. Stallone bildirib ki, əvvəlcə Robert De Niro ilə çəkiliş sınaqları yaxşı keçib. Aktyor improvizasiyaları və kastinq prosesini bəyəndiyini qeyd edib.

Lakin Gir ilə səhnələr qısa müddətdə gərginləşib. “Əvvəlcə mənimlə De Niro arasında hər şey kifayət qədər yaxşı gedirdi. İmprovizasiyanı və prosesi bəyənirdim. Lakin Riçard Gir ilə improvizasiyalar yaxşı getməməyə başladı”, – deyə Stallone yazıb. Onun sözlərinə görə, səhnələrdən birində Gir köynəyindən onu möhkəm tutub və dırnaqları dərisinə batıb. Stallone ondan aralanmasını istəyib. Lakin ikinci dublda Gir eyni hərəkəti təkrarlayıb.

Stallone bildirib ki, Girin bu davranışı onda əvvəldən yığılıb qalan qəzəb və emosiyaları üzə çıxarıb.

“Ona dişlərini tökərdim”

Bundan sonra Stallone rejissor Stiven Veronadan Girin hərəkətinə real həyatda olduğu kimi reaksiya verməsinə icazə olub-olmadığını soruşub. Rejissor ondan “Nə edərdin?” deyə soruşanda Stallone “Ona dişlərini tökərdim” cavabını verib.

Verona isə aktyordan bunu etməməsini istəyib. Həmin vaxt fiziki dava baş verməsə də, iki aktyor arasındakı gərginlik davam edib. Stallonenin sözlərinə görə, növbəti insident nahar fasiləsində baş verib. Aktyorlar park edilmiş avtomobildə oturaraq yemək yeyiblər. Stallone Girə problem yaratmaması barədə xəbərdarlıq edib.

Lakin onun iddiasına görə, Girin yediyi toyuğun yağı ayağına tökülüb. “Buna cavab olaraq dirsəyimlə onun sinəsinə vurdum, avtomobildən çıxdım, onun tərəfinə keçdim və arxa oturacaqdan dartıb çıxardım”, – deyə Stallone xatırlayıb.

Onun sözlərinə görə, Gir isə “Ey, kişi, bunun fiziki qarşıdurmaya çevrilməsini istəmirəm” deyə reaksiya verib.

Bu zaman rejissor Verona iki aktyorun arasına keçib. Nəticədə məlum olub ki, vəziyyəti əvvəlki kimi davam etdirmək mümkün deyil və aktyorlardan biri layihəni tərk etməlidir. Rejissor Stalloneni filmdə saxlamaq, Giri isə layihədən çıxarmaq qərarına gəlib. Bundan qısa müddət sonra Robert De Niro da başqa layihəni seçərək filmdən ayrılıb. Onların yerinə aktyor heyətinə Perri Kinq və Henri Vinkler daxil olublar.

Qarşıdurma illər sonra da davam edib

Lakin Stallone ilə Gir arasındakı gərginliyin bununla bitmədiyi bildirilir. 2019-cu ildə Elton Con öz memuarında aktyorlar arasında daha bir qarşıdurmadan yazıb. Bu dəfə hadisənin mərkəzində Britaniya şahzadəsi Diana olub. Elton Conun sözlərinə görə, o, bir dəfə Stallone, Gir və Diana ilə birlikdə nahar edib və iki aktyor arasındakı gərginliyi hiss edib.

Daha sonra Stallonenin Gir və Diana arasındakı yaxınlaşmadan narazı olduğu təəssüratı yaranıb. Elton Con yazıb ki, aktyorların bir-birinə baxışlarından onların Diana məsələsinə görə münasibətlərini yumruq davası ilə aydınlaşdırmağa hazırlaşdıqları hiss olunurdu. Conun təsvirinə görə, Diana ilə Riçard Gir arasında yaranan yeni dostluq Stalloneni qane etməyib. O, hətta Stallonenin həmin məclisə xüsusi olaraq Diana ilə yaxınlaşmaq niyyəti ilə gəlmiş ola biləcəyini, lakin axşam üçün planlarının gözlədiyi kimi alınmadığını ehtimal edib.

Beləliklə, 1974-cü ildə film kastinqi zamanı başlayan Stallone–Gir qarşıdurması illər sonra Hollivudun məşhur simalarının şəxsi münasibətlərinə qədər uzanan uzunmüddətli hekayəyə çevrilib.

N.Talıblı

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Oktyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri