Icma.az
close
up
RU
Starlink ə imkanın yaradılması ciddi məsələdir Osman Gündüz

Starlink ə imkanın yaradılması ciddi məsələdir Osman Gündüz

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu peyk interneti baha olsa da, dünyada daha müstəqil və hökumətlərin müdaxiləsindən daha az asılı bağlantı hesab olunur


“Bununla da, ölkədə informasiya azadlığı və internet azadlığının daha da inkişaf edəcəyini proqnozlaşdırmaq olar”


Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib. Bu barədə şəbəkənin “X” hesabında paylaşım edilib. Bildirilib ki, artıq Azərbaycanda “Starlink”in yüksəksürətli və aşağı gecikməli internet xidməti mövcuddur.

Qeyd edək ki, artıq yeni peyk şəbəkəsi ilə bağlı sosial şəbəkələrdə müzakirələr başlayıb. Vətəndaşlar bu şəbəkəyə qoşulmaq üçün aylıq məbləğin minimum 80 AZN olduğunu, bu səbəbdən yerli provayderlərin də qiymətləri qaldıracağını güman etdiklərini bildiriblər. İnternet üçün standart “Starlink” modemi 670 AZN, qurğunun çatdırılması isə 50 AZN-dir. Bu xidmət mobil nömrə, optik xətt olmadan birbaşa peyk vasitəsilə internetə çıxışı təmin edir.

Maraqlıdır, "Starlink" Azərbaycanın internet məkanında nəyi dəyişəcək? 


Bu barədə “Sherg.az”a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, uzun müddət "Starlink"in Azərbaycan bazarına daxil ola bilməməsi, tənzimləyici qurumlardan, qanunvericilikdə nəzərdə tutulan qaydada DTX-dan icazə məsələləri də müzakirə predmeti olmuşdu:

“Nəhayət, hökumət həm də 4-cü magistral operator hesab olunacaq bir provayderin - "Starlink"in internet bazarına girişinə icazə verib. Bu, çox şeyi dəyişəcək. "Starlink" sadəcə yeni bir internet provayderi deyil. Bu, Azərbaycan internetinin daha da müstəqilləşməsi, alternativliyin artması və həm də, necə deyərlər, rəqəmsal ədalətin genişlənməsi deməkdir. "Starlink" peyk interneti baha olsa da, dünyada daha müstəqil və hökumətlərin müdaxiləsindən daha az asılı bağlantı hesab olunur. Əlbəttə, əgər hökumət icazə veribsə, düşünmək olar ki, "Starlink"lə də sorğu əsasında qanunvericilikdə nəzərdə tutulan məlumatların hökumətə təqdim edilməsi məqamları nəzərə alınıb. Amma istənilən halda hökumətin ölkədə belə bir imkan yaratması ciddi məsələdir. Bununla da, ölkədə informasiya azadlığı və internet azadlığının daha da inkişaf edəcəyini proqnozlaşdırmaq olar. Eyni zamanda ölkəmizdə ucqar kəndlər, dağlıq bölgələr, sərhəd əraziləri üçün həyat dəyişəcək. İllərlə keyfiyyətli internetdən məhrum olmuş ucqar məktəblər, bələdiyyələr, mədəniyyət evləri, kitabxanalar, dənizdəki platformalar, tikinti-kəşfiyyat sahələri, aqro təsərrüfatlar qlobal şəbəkəyə çıxış əldə edə biləcəklər. Bu isə ölkədə  rəqəmsal transformasiyaya daha da təkan verəcək”.


O.Gündüzün sözlərinə görə, Azərbaycanda indiyədək 3 bəkbon (magistral) provayder olub. Yəni ölkəyə interneti 3 qurum gətirirdi. İndi isə bunların sayı 4 oldu:

“Starlink" ölkəmizdə magistral provayder hesab oluna biləcək bir operatordur. Biz 16 noyabr 2015-ci il ildə "Delta Telecom"da baş verən partlayışla ölkəyə daxil olan internetin bir nöqtədən asılı olmasının ciddi fəsadlarını görmüşük. Daha müstəqil 4-cü magistralın, "Starlink"in ölkəmizdə fəaliyyətə başlaması Azərbaycan internetinin dayanıqlığı və informasiya təhlükəsizliyi üçün də mühüm addımdır. Düşünürəm ki, "Starlink"in bazara daxil olması internet və mobil sektorda rəqabət və keyfiyyətin artmasına da müsbət təsir göstərəcək. Doğrudur, RİNN-in ölkə üzrə internet problemini həll edəndən sonra "Starlink"i Azərbaycan bazarına buraxması da diqqət cəlb edəndir. Görünən odur ki, mobil operatorlar hər gün bəsit xidmətlərinin tariflərini qaldırılar, keyfiyyətə və yeni xidmətlrə, 5G-yə etinasız yanaşırlar. Bəzən müşahidə edirik ki, bəzi ənənəvi provayderlər xidmət göstərdikləri ərazilərdə alternativlərin olmamasından sui-istifadə etməkdə, inhisarçılıq yaratmaqda maraqlı olurlar. Güman ki, "Starlink" belə halların qarşısının alınmasında da ciddi rol oynayacaq. Beləliklə, qlobal bir operatorun, gec də olsa, Azərbaycan bazarına daxil olması ciddi hadisədir. Bu, ölkədə innovasiyaların, transformasiyanın inkişafına xeyli müsbət təsir göstərəcək. Xatırlayıram ki, nazir Rəşad Nəbiyev bir neçə dəfə "Starlink" rəsmiləri ilə görüşmüşdülər. Hökumətin, RİNN-in bu istiqamətdə səyləri təqdirəlayiqdir”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Aprel 2025 06:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri