Starmer: Avstraliya Ukraynaya sülhü təmin etmək istəyən koalisiyaya kömək etməyə hazırdır
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə Starmerin Avstraliya hökumətinin başçısı Entoni Albanese ilə söhbətindən sonra Baş Nazirlik Ofisinin yaydığı bəyanatda deyilir.
"Starmer, Baş nazir Albanesenin Ukraynada sülhü təmin etmək istəyənlərin koalisiyasına kömək etmək barədə düşünməyə hazır olduğunu ifadə etməsini alqışlayıb", - deyə sənəddə edilir.
Tərəflər həmçinin öz hərbi qulluqçularının sülhməramlı kimi Ukraynaya göndərilməsi imkanlarını öyrənən ölkələrin müdafiə nazirliklərinin rəhbərlərinin martın 11-də Parisdə keçiriləcək görüşünü də müzakirə ediblər. Liderlər həmçinin ABŞ, Böyük Britaniya və Avstraliyanın daxil olduğu AUKUS hərbi bloku çərçivəsində iki ölkənin tərəfdaşlığını müzakirə ediblər.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 08 Mart 2025 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















