Icma.az
close
up
RU
Starmer Ukraynada sülhməramlı missiya ilə bağlı yeni görüş planlaşdırır

Starmer Ukraynada sülhməramlı missiya ilə bağlı yeni görüş planlaşdırır

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Böyük Britaniyanın baş naziri Kir Starmer müttəfiqlərin Ukraynaya mümkün sülhməramlı qoşunların göndərilməsini müzakirə edəcəyi ikinci görüşü planlaşdırır.  

Qaynarinfo "Bloomberg"ə istinadla xəbər verir ki, şənbə günü baş tutması gözlənilən virtual görüş NATO və Aİ ölkələrinin liderlərini bir araya gətirəcək. Bu dövlətlər Ukraynada sülhü qorumaq üçün hərbi qüvvələr ayırmağa hazır olan "istəklilər koalisiyası"na daxildir. Bu barədə baş nazirin mətbuat katibi Deyv Pares məlumat verib.  

Bildirildiyinə görə, məqsəd ondan ibarətdir ki, əgər ABŞ prezidenti Donald Tramp Ukraynada üç il əvvəl Rusiyanın işğalı nəticəsində yaranmış uzunmüddətli münaqişəni dayandırmaq üçün vasitəçilik səylərində uğur qazansa, bu qoşunlar sülhü qorumağa kömək etsin.  

Paresin sözlərinə görə, liderlərin görüşü həftənin əvvəlində keçiriləcək bir sıra görüşlərdən sonra baş tutacaq. Böyük Britaniyanın Silahlı Qüvvələr Baş Qərargah rəisi admiral Toni Radakin çərşənbə axşamı Parisə səfər edərək koalisiya rəsmiləri səviyyəsində görüş keçirəcək. Müdafiə naziri Con Hili isə bir gün sonra Fransaya gedərək Fransa, Almaniya, İtaliya və Polşa müdafiə nazirləri ilə görüşəcək. Eyni zamanda, Böyük Britaniyanın xarici işlər naziri Devid Lämmi bu həftə G7 ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Kanadaya gedəcək.  

"Biz Ukraynanın dəstəklənməsinə, onun suveren və təhlükəsiz qalmasını təmin etməyə və davamlı sülhə nail olmaq üçün təkliflər üzərində işləməyə diqqət yetiririk", – Pares bildirib.  

Polşa və Rumıniya isə beynəlxalq təhlükəsizlik zəmanətləri və Ukraynada gözlənilən sülhün dəstəklənməsi ilə bağlı təşəbbüslərdə iştirak etdiklərini təsdiqləyiblər. Onlar bəzi ölkələr kimi Ukrayna ərazisinə qoşun göndərməyəcəklər, lakin mümkün beynəlxalq sülh qüvvələrinə arxa cəbhədə dəstək verəcəklərini vəd ediblər.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Mart 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri