Ştaynmayer Ərdoğanla görüşdə: Trampın fələstinlilərlə bağlı sözləri qəbuledilməzdir
Mia.az saytına istinadən Icma.az xəbər verir.
"Trampın) fələstinlilərin yaşadıqları ərazidən çıxarılması ilə bağlı sözləri böyük narahatlıq yaradıb. Bu, həm də beynəlxalq hüquq baxımından qəbuledilməzdir".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ankarada səfərdə olan Almaniya Prezidenti Frank Valter Ştaynmayer prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra birgə mətbuat konfransında deyib.
O bildirib ki, ölkəsi Yaxın Şərqdə sülhə çalışır: "Biz Almaniya və Türkiyə olaraq bütün bunlara müxtəlif prizmadan baxırıq, lakin bizim ortaq marağımız var, o da bölgədə daimi sülhün bərqərar olmasıdır. Türkiyə bunun üçün çox mühüm aktordur. Biz bu məsələdə prezident Ərdoğanla həmfikirik. Bütün bu gərginliklər qarşısında imkanları dəyərləndirməliyik, bölgədə sülhün olmasını istəyirik.
Qaldı fələstinlilərin Qəzza zolağından köçürülməsi və ya sürgünə göndərilməsi ilə bağlı iddiaya, bu, böyük narahatlıq və qorxu yaradır. Bu cür təkliflər beynəlxalq hüquq baxımından qəbuledilməzdir. ABŞ administrasiyası ilə gələcək danışıqlar üçün zəmin yaradılmalıdır. Biz də Almaniya olaraq iki dövlətli həllin tərəfdarıyıq".
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 06 Fevral 2025 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















