Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

“Samsunspor” yenə “Qalatasaray”la bacarmadı

“Samsunspor” yenə “Qalatasaray”la bacarmadı

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Turun mərkəzi oyunu cümə günü keçirildi.

"Football-plus.az" xəbər verir ki, bu mövsüm avrokuboklarda Türkiyəni yetərincə yaxşı təmsil edən və sentyabrın ortalarından bəri heç bir rəsmi oyunda uduzmayan “Samsunspor” “Qalatasaray”ın qonağı idi.
Oyun son çempion üçün gözləniləndən də uğurlu başladı. Ötən tur derbidə oyunu ilə diqqəti çəkən Sane bu dəfə də əla performans sərgilədi. Almaniyalı ulduz əvvəlcə 8-ci dəqiqədə topu yerlə uzaq küncə göndərməklə özü fərqləndisə, yarım saatın tamamında Osimhenin fərqlənməsinə şərait yaratdı. Amma İstanbul nəhəngi üçün ÇL ərəfəsində minimum güclə maksimum nəticə əldə etmək mümkün olımadı. Leminanın zədələnməsi və Arda Ünyayın fasilədən sonra oyuna qoşulmasıyla “Qalatasaray”ın müdafiəsi “axsamağa” başladı. Gənc müdafiəçi ötən tur derbidə də meydana çıxandan sonra Duranın qoluna mane ola bilməmişdi. İkinci yarını üstün keçirən “Samsunspor” son anlarda hesabı bərabərləşdirməyə müvəffəq oldu. Okan Buruk Arda Ünyayı oyundan alaraq İkardini meydana buraxdı. Amma qəhrəman yenə Osimhen oldu. Nigeriyalı əsas vaxta əlavə olunan 2-ci dəqiqədə başı üzərindən vurduğu mükəmməl akrobatik zərbə ilə yerli fanatları sevincdən dəli olmaq həddinə çatdırdı. Son anlarda isə böyük müzakirələrə səbəb olan epizod yaşandı. Qonaqların sağ cinahdan hücumu zamanı top açıq-aşkar Kazımcanın əlinə dəydi. Oyun bir neçə dəqiqəliyə dayansa da, VAR qəribə şəkildə hakimi monitora dəvət etmədi! Beləcə “Qalatasaray” həm əzmkarlığın, həm Osimhenin, həm bəxtin, həm də hakimin hesabına həftəni çox mühüm qələbə ilə başa vurdu.
Şənbə günü meydana çıxan klubların hər biri hesabına 1 qol və 1 xal yazdı. “Çaykur Rizəspor” Konyada Rəcəp Uçarın debüt matçından bərabərliklə ayrıldı. 1:1 son vaxtlar “Fənərbaxça”nın ən sevimli hesabına çevrilib. AL-də “Ferentsvaroş”la oyundan və “Qalatasaray”la derbidən bu nəticə ilə ayrılan İstanbul nəhənginin ardıcıl 3-cü matçında 1:1 qeydə alındı. Amma əvvəlki iki oyundan fərqli budəfəki xal itkisi komandanın çox ziyanına işlədi. Ümumilikdə Domeniko Tedeskonun kollektivi gözlənilən performansı sərgiləyə bilmədi. Təkcə başakşəhərlilərin qapıya 18 zərbə endirdiyini xatırlatmaq kifayətdi. Belə zəif futbolun qarşılığında ikinci hissənin ortalarında Asensionun künc zərbəsindən asması zamanı Şkrinyarın başla vurduğu qol “sarı-lacivərdlilər” üçün göydəndüşmə oldu. Amma komanda heç bu üstünlüyü də qoruya bilmədi. 81-ci dəqiqədə adi bir cinah asması zamanı top təcrübəli Edersonun başının üzərindən keçdi və Bertuğ Yıldırım başla boş qapını dəqiq nişan aldı. “Fənər”in bu rəqibə qarşı 6 oyunluq qələbə seriyası başa çatdı. “Fənər”lilər üçün yeganə təsəlli komandanın 15-ci həftəni də məğlubiyyətsiz tamamlaması oldu. Amma liderlə xal fərqinin artması azmış kimi, 2-ci pillə də əldən çıxdı!
Bazar günü “Gənclərbirliyi” “Fatih Karagümrük”ü darmadağın etdisə, “Kasımpaşa” Əmrə Belözoğlunun debüt oyununda Kocaelidən qolsuz bərabərliklə qayıtdı. “Gənclər”in qələbəsinə baxmayaraq, baş məşqçi Volkan Dəmirəl klubda baş verən növbədənkənar seçki və onu bu vəzifəyə gətirən başqan Mehmet Kayanın istefa verməsi üzündən matçın ardından istefa verdiyini bildirdi. Turun daha bir önəmli oyunu İzmirdə keçirildi. İnamlı mövsüm keçirən “Trabzonspor” səfərdə “Göztəpə”ni məğlub etməklə iddiasını ortaya qoydu. Halbuki bu mövsüm “Fənərbaxça” ilə “Beşiktaş” İzmirdə qələbə qazanmaq bir yana, heç qol da vura bilməmişdilər. Oyunda əsas hadisələr ikinci hissəyə təsadüf etdi. Əla formada olan Muçi dubl edərək komandasına həyat verdi. Vaqner Pina 79-cu dəqiqədə qırmızı vərəqə almaqla qaradənizliləri azlıqda qoydu. Amma “Göztəpə”nin gücü yalnız fərqi minimuma endirməyə yetdi. 2022-nin martından bəri ilk dəfə superliqada 10 oyunluq məğlubiyyətsiz seriya yaxalayan Fatih Təkkənin komandası bu dəyərli qələbə sayəsində “Fənərbaxça”nı 2-ci pillədən sıxışdırdı.
15-ci tur
Qalatasaray – Samsunspor 3:2

Sane, 8. Osimhen, 29; 90+2 – Musaba, 56. Əmrə Kılınc, 88.
Qalatasaray: Uğurcan Çakır, Sançes, Lemina (Arda Ünyay, 46/İkardi, 90+1), Əbdülkərim Bardakcı, Kazımcan Karataş, Torreyra, Sara (Berkan Kutlu, 84), Sane, İlkay Gündoğan (Yunus Akgün, 68), Barış Alpər Yılmaz, Osimhen.
Samsunspor: Okan Kocuk, Zəki Yavru, Borevkoviç, Van Drongelen, Tomasson (Muandilmaci, 81), Makumbu, Holse, Eyüp Aydın (Nçam, 46), Əmrə Kılınc, Musaba, Ndiaye (Yunus Əmrə Çift, 90+1).
İstanbul BŞ - Fənərbaxça 1:1
Bertuğ Yıldırım, 81 – Şkrinyar, 64.
İstanbul BŞ: Muhammed Şengezər, Ömər Əli Şahinər (Ebosele, 85), Duarte, Ba, Operi, Kemen, Umut Günəş (Onur Ərgün, 86), Fayzullayev (Bertuğ Yıldırım, 71), Şomurodov, Arit, Da Kosta (Brniç, 78).
Fənərbaxça: Ederson, Semedo (Kərəm Aktürkoğlu, 20), Şkrinyar, Yiğit Efe Dəmir, Ləvənt Mercan, Fred (İsmayıl Yüksək, 78), Alvares, Oğuz Aydın, Asensio, Talişka (Nene, 57), Duran (Ən-Nəsiri, 57).
Beşiktaş – Qaziantep 2:2
Ture, 35. Abraham, 70 – Bayo, 7; 66.
Göztəpə - Trabzonspor 1:2
Dennis, 85 – Muçi, 46; 76.
Trabzonspor: Onana, Pina, Sərdar Saatçı, Bataqov, Mustafa Eskihellaç (Sikan, 90+4), Ozan Tufan, Jabol-Folkarelli, Zubkov (Arif Boşluk, 84), Muçi, Olaiqbe (Auqusto, 69), Onuaçu.
Gənclərbirliyi – Fatih Karagümrük 3:0
Oğulcan Ulqun, 29. Koyta, 65. Metehan Mimaroğlu, 74.
Eyüpspor – Kayserispor 1:1
Əmrə Akbaba, 51 – Beneş, 70.
Konyaspor – Çaykur Rizəspor 1:1
Umut Nayır, 66-p. – Samet Akaydın, 45+1.
Alanyaspor – Antalyaspor 0:0
Kocaelispor – Kasımpaşa 0:0

1. Qalatasaray 15 11 3 1 32-11 36
2. Trabzonspor 15 10 4 1 27-13 34
3. Fənərbaxça 15 9 6 0 32-14 33
4. Göztəpə 15 7 5 3 18-9 26
5. Beşiktaş 15 7 4 4 26-19 25
6. Samsunspor 15 6 7 2 22-16 25
7. Qaziantep 15 6 5 4 23-24 23
8. Kocaelispor 15 5 4 6 12-15 19
9. İstanbul BŞ 15 4 5 6 20-17 17
10. Alanyaspor 15 3 8 4 14-15 17
11. Konyaspor 15 4 4 7 20-24 16
12. Çaykur Rizəspor 15 3 6 6 17-23 15
13. Antalyaspor 15 4 3 8 14-25 15
14. Gənclərbirliyi 15 4 2 9 17-21 14
15. Kasımpaşa 15 3 5 7 14-21 14
16. Eyüpspor 15 3 4 8 10-18 13
17. Kayserispor 15 2 7 6 15-32 13
18. Fatih Karagümrük 15 2 2 11 13-29 8
Bombardirlər: Onuaçu (Trabzonspor) – 11, Şomurodov (İstanbul BŞ) – 10, Ən-Nəsiri (Fənərbaxça), İkardi (Qalatasaray), Umut Nayır (Konyaspor) – 7.
Turun rəqəmi
9 - “Samsunspor” heç cür “Qalatasaray”a qarşı uğursuz seriyaya son qoya bilmir. Təsəvvür edin, Samsun təmsilçisi İstanbulun digər nəhəgləri - “Beşiktaş” və “Fənərbaxça”ya qarşı keçirdiyi son 5 superliqa matçının hamısından bərabərliklə ayrılıb. Bu mövsüm Avropa səhnəsində də bu komandanın mühüm nəticələr əldə etməsi heç kimə sirr deyil. Amma “Samsunspor” “Qalatasaray”a qarşı superliqada ardıcıl 9-cu (!) oyunda məğlub oldu. Bu rəqibi samsunlular sonuncu dəfə 2005-ci ildə məğlub edib.
Turun ulduzu
Ernest Muçi (Trabzonspor) – Osimhen də var, ancaq üstünlüyü albaniyalıya veririk. Həm “Göztəpə”nin buna qədər bu mövsüm evdə uduzmadığını, həm də Muçinin son həftələrdə komandası üçün önəmli qollar vurduğunu nəzərə alsaq, istedadlı futbolçu bu ada layiqdi. Müqavilə ilə “Beşiktaş”a məxsus olan 24 yaşlı yarımmüdafiəçi Türkiyə karyerasında ilk dəfə ardıcıl 3 turda qol vurmağı bacardı. Özü də o, ardıcıl 2-ci səfər oyununda dubl etdi! Maraq üçün bildirək ki, “Trabzonspor”un heyətində superliqada ardıcıl 2 səfər oyununda ən azı iki qol vuran sonuncu futbolçu 2010-un dekabrında Burak Yılmaz olmuşdu.
Turun sitatı
Yüksəl Yıldırım, “Samsunspor”un prezidenti:

“Hətta kor hakim belə o epizodda topun ələ dəydiyini görərdi. Bu gün meydanda bizi yox etdilər. Xərclədiyim bütün pullar haram olsun! Ötən tur derbidən sonra “Qalatasaray” cəbhəsi çox şey söylədi. İndi də çıxıb danışsınlar! 1 xalımızı əlimizdən aldılar. TFF prezidenti dərhal istefa verməlidi. Çünki dediklərinin heç birini etmir. Ötən mövsüm də bu stadionda haqsızlığa məruz qalmışdıq. “Qalatasaray”a bu stadionda hakimlər yardım edir. Avropada hakimlər haqqımıza girmədiyi üçün yaxşı nəticələr əldə edirik və liderik. Dekabrın 5-i Türkiyə futbolu tarixinə qara cümə kimi düşdü”.


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Hər kəsin son anlardakı penalti epizodundan danışdığını bilirəm. Əslində bizim də hakimdən narazı qalmaq üçün yetərincə əsasımız var. Lehimizə iki penalti və bir qırmızı vərəqə verilə bilərdi. Həmin epizodda Kazımcanın qolunun təbii vəziyyətdə olduğunu düşünürəm. Çempionlar Liqasında da buna bənzər epizodlar olur. Səhv etmirəmsə, “Real”ın oyununda belə epizod olmuşdu. Düzdü, hakim penalti versə, heç kim bir söz deməzdi. Amma hər epizod hakimlər tərəfindən eyni qiymətləndirilmir. Kazımcanın qolu açıq kimi görünsə də, bilərəkdən əllə oynamadı. Eyni şəkildə rəqib Sançesin ayağına bassa da, qırmızı vərəqə almadı. “Samsunspor”un ikinci qolundan öncə hakim xeyrimizə qayda pozuntusu verə bilərdi. Hakimin hər qərarına hörmətlə yanaşmaq lazımdı. Arda Ünyayı sırf taktiki gediş naminə əvəzlədim. Gənc oyunçu olduğu üçün üzgünlüyünü anlayıram. Amma bu addım komanda naminə atıldı. Zatən iki hücumçulu sxemlə oynayandan sonra qələbə qolunu vurduq”.


Domeniko Tedesko, “Fənərbaxça”nın baş məşqçisi:

“Bizim üçün uğurlu qarşılaşma olmadı. İlk 15 dəqiqədə üstün idik və həmin anlarda iki real qol fürsətindən yararlana bilmədik. Əvəzetmələr hansısa futbolçuların zəif oyunundan qaynaqlanmadı. Sadəcə oyunumuzda qan dəyişikliyinə ehtiyac var idi. Asmaların qarşısını kəsə bilsəydik, bu matçdan 3 xalla ayrılardıq. Talişka və Duranın timsalında iki hücumçulu taktika ilə oynadıq. Bu sistemlə daha təhlükəli oluruq. “Qalatasaray”la derbidə də iki hücumçuyla oynamağa başlayandan sonra qol vurmuşduq. Həm də Talişka ilə Duran bir-birini yaxşı anlayır. Hücumçularımızın hərəsinin bir problemi var. Duran fiziki cəhətdən istədiyimiz səviyyədə deyil. Ən-Nəsiri az qol vurduğu üçün psixoloji problemlər yaşayır. Amma onların səviyyəsinə inanırıq. Bəzən kənardan oyuna çox qapılıram və duyğusal oluram. Bu gün dördüncü hakim mənimlə çox yaxşı davrandı və bütün epizodları ətraflı izah etdi. Duyğusal anlarda da məni sakitləşdirdi”.


Fatih Təkkə, “Trabzonspor”un baş məşqçisi:

“Daha bir mühüm maneənin öhdəsindən gəldik. Komandam alqışa layiqdi. Mübarizə əzminə görə oyunçularıma təşəkkür edirəm və onlarla qürur duyuram. “Göztəpə”nin oyun planını hələ ilk yarıda pozduq. Heyətdəki itkilərə baxmayaraq, yaxşı təsir bağışladıq və oyuna nəzarət etdik. İkinci hissədə bəzi sadə səhvlərə yol verdik. Azlıqda qaldıq və rəqib təzyiqi artırdı. Müdafiədə sıxıntılar yaşadığımız üçün Onuaçunu geri çəkməli olduq. Çəx dəyərli 3 xal qazandıq. Fanatlarımız bizə güvənməkdə, dəstək verməkdə davam etsinlər. Yeni qurulmuş komanda olaraq, qısa müddətdə önəmli nəticələr əldə etmişik. Hər kəsin böyük şübhə ilə baxdığı bir komandadan hər kəsin qorxduğu komandaya çevrilmişik. “Qalatasaray” – “Samsunspor” matçındakı epizod? Fikrimcə, hər kəsin həmin epizodla bağlı rəyi eynidi. Belə məqamlarda insanların etibarı sarsılır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:438
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Dekabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri