Icma.az
close
up
RU
Stokholmda əfsanəvi Kungstredgorden qarağacı kəsiləcək

Stokholmda əfsanəvi Kungstredgorden qarağacı kəsiləcək

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Stokholm, 6 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Stokholmda artıq yüzlərlə ağacın ölümünə səbəb olan “Holland qarağac xəstəliyi"nin yayılması davam edir.

AZƏRTAC xəbər verir ki, Stokholmun baş bağbanı Elizabet Elfström İsveç Kənd Təsərrüfatı Universitetinin apardığı təhlil nəticəsində xəstəliyin aşkarlandığını təsdiqləyib. Onun sözlərinə görə, hakimiyyət orqanları göbələklərin qonşu qaraağaclara yayılmasının qarşısını almaq üçün ağacı kəsmək qərarına gəlib, çünki ağaclar ümumi kök kütləsinə bağlıdır.

"Ağacı kökündən kəsə bilərdik, amma buna cəsarət etmədik. Zərəri minimuma endirmək və başqalarını yoluxdurmamaq üçün “kökündən kəsməyi" seçdik. Qalan qarağacların yoluxmadığına zəmanət yoxdur, lakin onlarda hələ ki, xəstəliyin əlamətləri özünü büruzə verməyib”, - deyə o izah edib.

Bu gün İsveçin paytaxtında 800-ə yaxın yoluxmuş ağac var və proqnozlar əlverişsiz olaraq qalır. Zamanla, peyvənd və xəstəliyin qarşısını almaq üçün davam edən tədbirlərə baxmayaraq, şəhərin bütün qarağacları məhv ola bilər.

Kungstredgorden mərkəzi parkında möcüzəvi şəkildə 1971-ci ildə “Qarağaclar uğrunda döyüşdən" sağ çıxan ən məşhur qarağaclardan biri də xəstəliyə yoluxub.

1967-ci ilin may ayında şəhər meriyasındakı siyasətçilər Stokholm üçün “City 67” adlı inkişaf planını təqdim ediblər, hansı ki, metroya giriş və bilet salonu və ticarət meydançalarının tikintisini nəzərdə tutub. Kungstredgorden parkında 13 qarağacın kəsilməsi planlaşdırılmışdı, şəhər bağbanının dediyinə görə, onlar xəstəliyə yoluxmuşdu. Lakin sonradan məlum olduğu kimi, bu doğru deyil. Hökumətin bu qərarı kütləvi etirazlara səbəb oldu.

Buna görə, qaraağacların 1971-ci il mayın 12-nə keçən gecə, ehtimal ki, parkda az adam olacağı vaxt gizli şəkildə kəsilməsi qərara alındı. Amma etirazçılar yenə də bu barədə xəbər tutdular.

“Alternativ şəhər” hərəkatı əvvəlcədən telefon şəbəkəsi təşkil etmişdi və bunun sayəsində minə yaxın insan ağacları qorumaq üçün parka toplaşdı. Etirazçılarla polis arasında toqquşma oldu, bir neçə nəfər yaralandı, lakin sonda hakimiyyət onların kəsilməsindən imtina etdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:272
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Sentyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri