Icma.az
close
up
RU
Stokholmda seçki tərəddüdü 7əKlükəsizlik məsələsi n plandadır

Stokholmda seçki tərəddüdü 7əKlükəsizlik məsələsi n plandadır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Təhlükəsizlik məsələsi ön plandadır 

Bundan öncəki yazımızda qeyd etmişdik ki, Avropada seçki kampaniyalarının taleyini artıq iqtisadiyyat, sosial rifah və ya miqrasiya siyasəti müəyyən etmir. Son illər seçkilərin ayrılmaz hissəsinə çevrilən başqa bir amil də var. Söhbət xarici təsirlərdən, daha dəqiq desək, Rusiya fobiyasından gedir. Moskvanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra bu məsələ Avropa dövlətləri üçün nəzəri müzakirə mövzusu olmaqdan çıxaraq milli təhlükəsizlik gündəliyinin əsas elementlərindən birinə çevrilib. İsveçdə sentyabrın 13-də keçiriləcək parlament seçkiləri ərəfəsində yaranan qalmaqal da məhz həmin reallığın növbəti təzahürü kimi görünür.

Seçki kampaniyasının son günlərində diqqət İsveç Demokratları Partiyasında çalışan Polina Malaberq ətrafında yaranan iddialara yönəlib. İsveçin araşdırma nəşri “Expo” onun uzun illər ərzində Kremlin mövqeyinə yaxın fikirlər paylaşdığını, Rusiyaya təşkil edilmiş səfərlərdə iştirak etdiyini və onun dövlət strukturları ilə əlaqəli çevrələrdə fəaliyyət göstərdiyini iddia edib. Məsələni daha həssaslaşdıran amil isə Malaberqin İsveç Demokratlarının ən nüfuzlu funksionerlərindən biri hesab edilən Qustav Gellerbrantın həyat yoldaşı olmasıdır. Gellerbrant hakim koalisiyanın fəaliyyətində mühüm rol oynayan şəxslərdən biri kimi tanınır. Yəni müzakirə olunan məsələ dövlət idarəçiliyinə yaxın mövqedə çalışan şəxslərin təhlükəsizlik baxımından yaratdığı risklərlə bağlıdır. Ona görə də Sosial Demokrat Partiyasının lideri Magdalena Andersson hadisəni milli təhlükəsizlik məsələsi kimi təqdim edir. Onun fikrincə, seçkilər ərəfəsində bu iddialar hərtərəfli araşdırılmalı, hökumət ictimaiyyətə aydın izahat verməlidir. Anderssonun bununla həm də seçicilərdə təhlükəsizliklə bağlı narahatlıqları gücləndirməyə çalışır.
Xatırladaq ki, İsveç uzun illər hərbi bitərəflik siyasəti yürütsə də, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumu Şimali Avropanın təhlükəsizlik arxitekturasını kökündən dəyişdi. Helsinki və Stokholm onilliklər boyu qoruduqları təhlükəsizlik modelindən imtina edərək NATO-ya üz tutdular. İsveçin alyansa qoşulması Rusiyanın potensial təhlükə kimi qəbul edildiyini rəsmiləşdirən siyasi qərar idi. Təbii ki, belə bir şəraitdə Kremlin təsiri ilə bağlı hər hansı iddia birbaşa seçki kampaniyasının əsas mövzusuna çevrilir. Əgər bir neçə il əvvəl belə məlumatlar partiyadaxili qalmaqal kimi qiymətləndirilə bilərdisə, indi məsələ dövlət təhlükəsizliyi prizmasından dəyərləndirilir. Bu da siyasi reaksiyaların daha sərt olmasını şərtləndirir.
Bundan başqa, hadisəyə, sadəcə, təhlükəsizlik məsələsi kimi yanaşmaq düzgün olmaz. Son sorğular göstərir ki, Magdalena Anderssonun rəhbərlik etdiyi mərkəz-sol blok hələ də müəyyən üstünlüyə malik olsa da, fərq sürətlə azalır. Ulf Kristerssonun rəhbərlik etdiyi sağçı düşərgə son həftələr mövqelərini gücləndirib. Belə bir məqamda təhlükəsizlik mövzusu seçki kampaniyasının istiqamətini dəyişə biləcək azsaylı amillərdəndir. 
İsveç Demokratlarının ilk dəfə hökumətdə təmsil olunmaq perspektivi fonunda məsələ daha böyük əhəmiyyət qazanır. Əgər sağ blok qalib gəlsə, İsveç Demokratlarının hakimiyyət strukturlarında rolu əhəmiyyətli dərəcədə artacaq. Bu səbəbdən partiyanın ətrafında gələcək hökumətin legitimliyi ilə bağlı müzakirələr gedir. Daha bir diqqət yetirilməli məqam İsveç Demokratlarının son illərdə siyasi imicini dəyişdirməyə çalışmasıdır. Partiya uzun müddət Avropadakı populist və millətçi hərəkatlarla eyni sırada qiymətləndirilsə də, Ukrayna müharibəsindən sonra açıq şəkildə Kiyevə dəstək verib, NATO üzvlüyünü müdafiə edib və Rusiyaya qarşı sərt ritorika nümayiş etdirib. Bu baxımdan partiyanın rəsmi mövqeyi ilə hazırda ortaya atılan iddialar arasında müəyyən ziddiyyət yaranır.
Avropa İttifaqında son illərdə Rusiyanın təsir əməliyyatları ilə bağlı aparılan müzakirələr də bu hadisəyə əlavə fon yaradır. Fransa, Almaniya, Rumıniya və digər ölkələrdə müxtəlif vaxtlarda Kremlin seçki proseslərinə müdaxilə cəhdləri, dezinformasiya kampaniyaları və siyasi əlaqələr barədə iddialar gündəmə gəlib. Bu səbəbdən İsveçdə baş verənlər daha geniş Avropa kontekstinin bir hissəsi kimi görünür.
İsveç Sosial Demokratlarının müdafiə siyasəti üzrə sözçüsü, keçmiş müdafiə naziri ­Peter Hultqvist məsələni sırf İsveç Demokratları daxilində yaranmış qalmaqal kimi qiymətləndirməyib. Onun fikrincə, Malaberglə bağlı üzə çıxan məlumatlar daha geniş təhlükəsizlik suallarını gündəmə gətirir və əsas məsələ belə bir şəxsin əvvəllər İsveç parlamentində və daha sonra hökumət strukturları ilə əlaqəli mühitdə fəaliyyət göstərə bilməsidir. Hultqvist bunu İsveçin təhlükəsizliyi baxımından ciddi böhran kimi xarakterizə edib və xüsusilə baş nazirin ofisi daxilində mümkün təhlükəsizlik boşluqlarının araşdırılmasını tələb edib: “Malabergin keçmiş fəaliyyəti onun həyat yoldaşı Gustav Gellerbrantın hökumət strukturlarındakı mövqeyi ilə kəsişir. Gellerbrant İsveç Demokratlarının hökumətlə əməkdaşlığının qurulmasında mühüm rol oynayan şəxslərdən biridir və 2022-ci ildən Baş nazirlik Aparatında fəaliyyət göstərir. Bu səbəbdən məsələyə həssas dövlət strukturlarına çıxış və təhlükəsizlik yoxlamalarının effektivliyi baxımından yanaşmaq vacibdir. Çünki belə əlaqələr hökumətin ən yüksək səviyyələrinə qədər uzana bilər”.
Sonda Polina Malaberq ətrafında yaranan qalmaqalın seçkinin nəticəsinə təsir edib-etməyəcəyini indidən söyləmək çətindir. Bununla belə, bu məsələ siyasi seçimlərə müəyyən təsir göstərə bilər. Partiyanın Kremlə münasibəti və xarici müdaxilə ilə bağlı iddiaların gündəmə gəlməsinin seçki kampaniyasında əlavə təzyiqlər yaratması ehtimalı da yüksəkdir. Görünür, qalmaqalın seçkilərə təsiri onun nə qədər geniş ictimai rezonans doğuracağından və partiyanın sözügedən iddialara necə cavab verəcəyindən asılı olacaq.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Sentyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri