Icma.az
close
up
RU
Stolüstü tennis üzrə Azərbaycan Kuboku yekunlaşıb FOTO

Stolüstü tennis üzrə Azərbaycan Kuboku yekunlaşıb FOTO

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Stolüstü tennis üzrə Azərbaycan kuboku başa çatıb.

İdman.Biz xəbər verir ki, paytaxt Bakı ilə yanaşı müxtəlif şəhər və rayonları təmsil edən idmançıların qatıldığı yarışda 14 və 18 yaşadək stolüstü tennisçilər mübarizə aparıblar.

"Şüa İdman Kompleksi"ndə təşkil olunan turnirin nəticələrinə əsasən, "Sumqayıt 1" 2011-ci il və daha kiçik təvəllüdlü qızların komanda yarışının qalibi olub.

Oğlanların mübarizəsi 13 Nömrəli İOEUGİM-in qələbəsi ilə nəticələnib.

Qoşa yarışlarında Yağmur Məmmədli – Sofiya Trofimenko və Onur Quluzadə - Əliəkbər Mirzəliyev tandemi birinci olub.

Qarışıq-qoşa növündə isə Onur Quluzadə - Yağmur Məmmədli cütü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yağmur Məmmədli ilə Onur Quluzadə şəxsi yarışlarda da bütün rəqiblərinə qalib gəlib.

2007-2010-cu il təvəllüdlü idmançıların komanda yarışlarında "Sumqayıt 1" qızların, "13 nömrəli İOEUGİM" oğlanların mübarizəsində ən yaxşı nəticəyə imza atıb.

Qoşa yarışlarında Mərziyyə Nurmətova – Aylin Əsgərova və Uğur Nəzərli – Toğrul Məhəmmədov dueti birinci yeri tutub.

Qarışıq-qoşa növündə Adil Əhmədzadə ilə Mərziyyə Nurmətova qalib adını qazanıb. Şəxsi mübarizə isə Aylin Əsgərova ilə Adil Əhmədzadənin qələbəsi ilə başa çatıb.

Fəxri kürsüdə yer alan idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları və Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Noyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri