ABŞ İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qətər mətbuatı ABŞ və İran arasında aparılan dolayı danışıqlarda irəliləyiş əldə olunduğunu və Amerika nümayəndə heyətinin iranlı rəsmilərlə birbaşa görüşlər keçirmək üçün Dohaya səfər edəcəyini iddia edib.
Sherg.az xəbər verir ki, Qətərdə nəşr olunan “Al-Araby Al-Jadeed” qəzeti mənbələrə istinadən Vaşinqton və Tehran arasında İranın nüvə proqramı, Hörmüz boğazında gəmiçilik azadlığı və İrana maliyyə təşviqləri məsələlərində ilkin razılaşmaların əldə olunduğunu yazıb.
Məlumata görə, Qətər nümayəndə heyətinin Tehranda 12 saatdan çox davam edən görüşlərindən sonra İran nümayəndə heyəti Dohaya yollanıb. ABŞ nümayəndə heyətinin də birbaşa danışıqlara qatılması gözlənilir.
Nəşr mümkün razılaşmada Çin və Rusiyanın təminatçı qismində çıxış edə biləcəyini də iddia edib. ABŞ nümayəndə heyətinin tərkibi barədə isə məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 31 Oktyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















