Trampdan Körfəz ölkələrinə XƏBƏRDARLIQ: Noyabrın 4 də başlayırıq
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Körfəz ölkələrini noyabrın 4-dən etibarən İrana qarşı “qısa və intensiv hücum dalğası” ehtimalına hazır olmaları barədə xəbərdar etdiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, Körfəz ölkələrindən üç rəsmi şəxs Amerikanın MS NOW telekanalına açıqlamasında ABŞ-İran münasibətlərində gərginliyin artması ilə bağlı məlumat verib.
Rəsmilərin sözlərinə görə, Tramp administrasiyası Körfəz ölkələrini mümkün hərbi əməliyyat barədə məlumatlandırıb və onları noyabrın əvvəlində İrana qarşı “qısa və intensiv hücum dalğası”na hazır olmağa çağırıb.
Onlar həmçinin hücumların ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq Konqres seçkilərindən bir gün sonra başlaya biləcəyi barədə məlumat verildiyini iddia ediblər.
Digər bir rəsmi şəxs isə Körfəz ölkələrinin ABŞ-ın öz ərazilərində yerləşən hərbi bazalardan İrana qarşı hücumlar həyata keçirməsinə böyük ehtimalla etiraz edəcəklərini bildirib.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 31 Oktyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















