Icma.az
close
up
RU
“Strasburq Rusiyanın müxalifətə qarşı sistemli repressiyalar apardığını təsdiqləyib“ “Deutsche Welle“

“Strasburq Rusiyanın müxalifətə qarşı sistemli repressiyalar apardığını təsdiqləyib“ “Deutsche Welle“

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Avropa İnsan Hüquqları Məhkəməsi Navalnı və Korrupsiyaya Qarşı Mübarizə Fonduna qarşı təqibi siyasi motivli hesab edib..."

Avropa İnsan Hüquqları Məhkəməsi Rusiya müxalifətçisi Aleksey Navalnını, onun yaratdığı Korrupsiyaya Qarşı Mübarizə Fondunu və tərəfdarlarını siyasi motivlərlə təqib etdiyini rəsmən tanıyıb.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

Navalnının koloniyada həlak olmasından 22 ay sonra qəbul edilən qərarda məhkəmə Rusiyanı Avropa İnsan Hüquqları Konvensiyasının bir sıra maddələrini pozmaqda günahkar bilib.

Genişmiqyaslı repressiyalar

Fransanın Strasburq şəhərində yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 16 dekabr tarixli yekdil qərarında bildirilir ki, Rusiya hakimiyyətinin koordinasiyalı addımları şəxsi həyatın toxunulmazlığı, ifadə azadlığı və toplaşmaq azadlığı kimi fundamental hüquqları kobud şəkildə pozub. Məhkəmə həmçinin Konvensiyanın siyasi təqibi qadağan edən 18-ci maddəsinin də pozulduğunu tanıyıb.

Hakimlərin qənaətinə görə, Rusiya hakimiyyətinin Navalnı ətrafında formalaşan təşkilatlanmış demokratik müxalifəti aradan qaldırmaq məqsədi daşıyan addımları misilsiz miqyasda və məqsədli xarakter daşıyıb. Pul yuyulması və ya ekstremizmlə mübarizə kimi rəsmi izahların isə əsassız olduğu və müstəqil siyasi və vətəndaş strukturlarını sıradan çıxarmaq üçün bəhanə kimi istifadə edildiyi vurğulanıb.

139 ərizəçi Navalnının adından iddia qaldırıb

Qərar 139 fiziki və hüquqi şəxsin şikayətini əhatə edir. İddiaçılar arasında Aleksey Navalnının dul xanımı Yuliya Navalnaya da yer alıb və o, məhkəmə prosesini həyat yoldaşının adından davam etdirib.

AİHM-in qərarında qeyd olunur ki, 2019-cu ildən etibarən iddiaçılar inzibati və maliyyə təzyiqlərinin hədəfinə çevrilib. Bu tədbirlərə kütləvi ev və ofis axtarışları, əmlakın müsadirəsi, bank hesablarının dondurulması, yüksək vəzifəli Rusiya rəsmilərinin korrupsiya faktlarını ifşa edən Korrupsiyaya qarşı Mübarizə Fondunun (KMF) "xarici agent" elan edilməsi daxil olub.

"Putin üzərində məhkəmə qələbəsi"

Məhkəmə iddiaçılara əsasən mənəvi zərərə görə 5 min avrodan 30 min avroyadək kompensasiya təyin edib. Lakin Rusiyanın Avropa Şurasından çıxması və AİHM qərarlarını tanımaması səbəbindən bu vəsaitlərin faktiki ödənilməsi ehtimalı az qiymətləndirilir. Navalnının silahdaşları qərarı şərh edərkən bunu "Vladimir Putin üzərində məhkəmə qələbəsi" adlandırıb.

Onların sözlərinə görə, AİHM 2019-cu ildən bəri Rusiyanın qanuni siyasi müxalifətə qarşı axtarışlar, hesabların dondurulması, seçkilərdə iştirakın qadağan edilməsi, "xarici agent" və "ekstremist" statuslarının verilməsi yolu ilə sistemli siyasi təqib apardığını tam təsdiqləyib.

Aktivistlər bildirib ki, bu iş KMF-nin AİHM-də qazandığı ən iri məhkəmə işi kimi tarixə düşüb. Aleksey Navalnı 16 fevral 2024-cü ildə Şimal qütbünə yaxın ərazidə yerləşən koloniyada dünyasını dəyişib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Dekabr 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri