Icma.az
close
up
RU
Strateji baxış və dinamik tərəfdaşlıq

Strateji baxış və dinamik tərəfdaşlıq

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan - BƏƏ əlaqələri Qlobal Cənubun inkişafına mühüm töhfələr vəd edir

Azərbaycanın həyata keçirdiyi ardıcıl və praqmatik xarici siyasət kursu ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, etibarlı tərəfdaş kimi qəbul olunmasına geniş imkanlar yaradıb. Milli maraqlara söykənən, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət Azərbaycanın həm regional, həm də qlobal miqyasda təsir imkanlarını artırır. Xüsusilə formalaşmaqda olan yeni dünya nizamında Qlobal Cənub ölkələri ilə münasibətlərin dərinləşdirilməsi Bakının xarici siyasət prioritetlərində mühüm yer tutur. Azərbaycan bu platformada yalnız iqtisadi maraqlarını deyil, həm də ədalətli beynəlxalq münasibətlər, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərini fəal şəkildə təşviq edir.

Qlobal Cənubun aparıcı dövlətləri ilə qurulan tərəfdaşlıq modeli Azərbaycanın müstəqil siyasət yürütmək əzminin, geosiyasi proseslərdə öz sözünü demək potensialının göstəricisidir. Bu kontekstdə Yaxın Şərq regionunun mühüm aktorlarından biri olan Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xüsusi diqqət çəkir. Son dövrlərdə Azərbaycan-BƏƏ əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq sürətli inkişaf dinamikası nümayiş etdirir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan strateji sənədlər və genişlənən iqtisadi-investisiya əməkdaşlığı bu münasibətlərin möhkəm siyasi təməl üzərində qurulduğunu təsdiqləyir. Energetika, bərpaolunan enerji, logistika, kənd təsərrüfatı, maliyyə və yüksək texnologiyalar sahələrində birgə layihələr iki ölkə arasında əməkdaşlığın real məzmununu daha da zənginləşdirir. Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma proseslərinə BƏƏ şirkətlərinin maraq göstərməsi də tərəfdaşlığın strateji xarakter daşıdığını göstərir. Beləliklə, Azərbaycan - BƏƏ münasibətləri Qlobal Cənub çərçivəsində formalaşan yeni əməkdaşlıq modelinin uğurlu nümunəsi kimi çıxış edərək, Bakının qlobal siyasətdə artan rolunu bir daha ön plana çıxarır.

Qeyd edək ki, BƏƏ Azərbaycanın müstəqilliyini 1992-ci ildə əsası qoyulan diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildən, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr çoxşaxəli və dinamikdir. Siyasi dialoqun qurulması enerji və iqtisadi əlaqələrin də inkişafına mühüm təsirlər göstərib.

Qarşılıqlı siyasi dialoq, dostluq münasibətləri, inam və etimad...

Azərbaycan Respublikası Birləşmiş Ərəb Əmirlikləri ilə sürətlə inkişaf edən strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir. Son illərdə ikitərəfli əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib, dövlət başçıları arasında mövcud münasibətlər bütün sahələrdə əməkdaşlığın inkişafına təkan verir. Qarşılıqlı səfərlər isə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir, iqtisadi, siyasi və humanitar əməkdaşlıq üçün geniş imkanlar yaradır. Xatırladaq ki, Prezident İlham Əliyev indiyədək Birləşmiş Ərəb Əmirliklərinə 6 dəfə, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan isə Azərbaycana 3 dəfə səfər edib. Bu səfərlər iki ölkə arasında strateji dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsində mühüm rol oynayıb. Səfərlər zamanı imzalanan sənədlər və razılaşmalar əməkdaşlığın strukturunu və gələcək hədəflərini dəqiqləşdirir. Belə ki, 2024-cü ilin yanvarında BƏƏ Prezidentinin Azərbaycana ilk rəsmi səfəri zamanı “Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb, 2025-ci ilin sentyabrında isə “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” qüvvəyə minib. Bu sənədlər Azərbaycan və BƏƏ arasında ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıraraq strateji tərəfdaşlığın bütün sahələrdə möhkəmlənməsinə xidmət edir. Xüsusilə siyasət, iqtisadiyyat, ticarət, enerji və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsini təmin edir, qarşılıqlı faydalı layihələrin daha səmərəli və davamlı şəkildə həyata keçirilməsi üçün mükəmməl hüquqi və institusional zəmin yaradır. Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsi iki ölkə arasında etimadın artırılmasına, qarşılıqlı dialoqun intensivləşdirilməsinə və uzunmüddətli əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsinə imkan verir.

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə səfəri həm də 2025-ci il iyulun 9-da imzalanmış “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin həyata keçirilməsini sürətləndirir. Bu saziş ticarət həcmlərinin artırılması, investisiya axınlarının şaxələndirilməsi, innovasiya və yaşıl texnologiyalar sahələrində əməkdaşlığı genişləndirir. Eyni zamanda, biznes dairələri arasında əlaqələrin möhkəmlənməsinə dəstək olur və ikitərəfli iqtisadi münasibətlərin dərinləşməsini təmin edir.

Hərtərəfli strateji tərəfdaşlıq...

Ümumilikdə, bugünədək Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi, iqtisadi, enerji, humanitar və mədəni sahələri əhatə edən 50-dən çox ikitərəfli sənəd imzalanıb ki, bu da münasibətlərin institusional əsaslar üzərində inkişaf etdiyini göstərir. Parlamentlərarası əlaqələr də dinamik xarakter daşıyır və qarşılıqlı siyasi dialoqun mühüm tərkib hissəsi kimi çıxış edir. Bu ilin sentyabrında BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri zamanı 14 sənədin imzalanması tərəflərin dostluq münasibətlərinin göstəricisidir. İlk növbədə, “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”nin əhəmiyyətini qeyd etmək lazımdır. Bəyannamədə iki dövlət arasındakı iqtisadi və siyasi münasibətlərin inkişaf etdirilməsinin zəruriliyi vurğulanır və inkişafın tərəflər üçün faydalı olduğu nəzərə çatdırılır. Bəyannamədə ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın davam edəcəyi öz əksini tapıb. “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” daha geniş əməkdaşqlıq spektri formalaşdırmaqdadır. Bəyannamə iki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlığın sistemli şəkildə genişləndirilməsini nəzərdə tutur. İmzalanan sənədlər sırasında xüsusilə enerji, o cümlədən “yaşıl enerji”, investisiya, nəqliyyat, turizm, prokurorluq, media və süni intellekt sahəsində əməkdaşlığa dair razılaşmalar diqqət çəkir. Bunlarla yanaşı, Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında sənəd də mühüm əhəmiyyətə malikdir. Bu razılaşmalar iki ölkə arasında əlaqələrin yalnız ənənəvi sahələrlə məhdudlaşmadığını, eyni zamanda, müasir texnologiyalar və gələcəkyönümlü sahələrdə də əməkdaşlıq potensialının gücləndirildiyini göstərir.

İqtisadi partnyorluq ildən-ilə yüksəlir...

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi sahədə əməkdaşlıq son illərdə dinamik inkişaf edir və konkret rəqəmlərdə öz təsdiqini tapır. Belə ki, cari ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artaraq 147,49 milyon ABŞ dollarına çatıb. Bu artım qarşılıqlı iqtisadi maraqların genişləndiyini, eyni zamanda, imzalanmış sazişlərin real nəticələr verdiyini göstərir. İnvestisiya sahəsində isə Azərbaycan İnvestisiya Holdinqi ilə Əbu-Dabi İnkişaf Holdinqi tərəfindən yaradılmış Birgə İnvestisiya Fondu bir sıra prioritet layihələrin maliyyələşdirilməsinə və uzunmüddətli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır.

Ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı üçün bir sıra mexanizmlər tətbiq olunur. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin Ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsulların BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendini BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Hazırda Azərbaycanda çox sayda BƏƏ investisiyalı kommersiya qurumu (sahələr: sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət) qeydiyyatdadır. Bu əlaqələri yeni mərhələdə daha da inkişaf etdirmək üçün olduqca münbit bir zəmin mövcuddur.

Alternativ enerji sahəsi üzrə dinamik tərəfdaşlıq

İki ölkə arasında müasir çağırışlara əsaslanan, yeni perspektiv yaradan sahələr üzrə tərəfdaşlıq əlaqələri də güclənməkdədir. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri Azərbaycanın strateji tərəfdaşı kimi enerji və iqtisadi inkişafa töhfə verir. Bu ölkənin nəhəng investoru “Masdar” Azərbaycanda ən potensial investorlardan biridir, şirkət 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasına 262 milyon dollarlıq sərmayə yatırıb və stansiya ötən il istifadəyə verilib. “Masdar”la imzalanmış digər sazişlərə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşası nəzərdə tutulur. Ümumi sərmayə dəyəri 1 milyard dollar məbləğində qiymətləndirilən 3 layihənin təməlinin atılması bərpaolunan enerji sektorunda böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər. Bundan başqa, “Masdar”la SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpaolunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Şirkət azərbaycanlı şirkətlərlə birgə Xəzər dənizində 3,5 qiqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində işləyir. İnvestisiya planına əsasən, Azərbaycanın bərpaolunan enerji sahəsinə 2 milyard dollardan artıq sərmayə yatırılacaq. Bu iri layihələr nəhəng investisiya portfelinin göstəricisi kimi, BƏƏ şirkətlərinin Azərbaycana olan yüksək münasibətini əks etdirir.

Humanitar əlaqələr yüksək səviyyədədir...

Əlaqələrimiz humanitar müstəvidə də dinamik inkişaf yaşayır. Bu mənada turizm sahəsini vurğulamaq olar - Bakı ilə Əbu-Dabi, Dubay və Şarja şəhərləri arasında həyata keçirilən birbaşa uçuşlar insanların gediş-gəlişini asanlaşdırmaqla yanaşı, humanitar təmasların genişlənməsinə də töhfə verir. Cari il ərzində təxminən 39 min BƏƏ vətəndaşının Azərbaycana səfəri turizm əlaqələrinin artan xətt üzrə inkişaf etdiyini göstərir. Bununla yanaşı, iki ölkə arasında tranzit daşımaların həcmi 20 faizdən çox artıb.

Eyni zamanda, BƏƏ hökumətinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə fəaliyyətinə dəstək məqsədlə ANAMA-ya 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayırması postmünaqişə dövründə təhlükəsizliyin təmin olunmasına, bərpa və yenidənqurma proseslərinin sürətləndirilməsinə mühüm töhfədir.

Təhsil istiqamətində əlaqələr münasibətlərdə xüsusi yer tutur - 2024-cü ildə Azərbaycan Dillər Universitetində Şeyx Zayed adına ərəb dili auditoriyasının açılması iki ölkə arasında təhsil və mədəni əməkdaşlığın mühüm nümunələrindən biri hesab olunur. Azərbaycanın və BƏƏ-nin aparıcı ali təhsil müəssisələri arasında imzalanmış anlaşma memorandumları akademik mübadilənin, birgə elmi tədqiqatların və təcrübə proqramlarının genişləndirilməsinə imkan yaradır.

İki ölkə arasında mədəni əlaqələr də dinamik inkişafa malikdir - keçirilən mədəniyyət günləri, sərgilər və təqdimatlar xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verir. Xüsusilə 2024-cü ildə Əbu-Dabi şəhərində təşkil olunmuş “Şuşa günləri” adlı tədbir Azərbaycanın zəngin tarixi və mədəni irsinin BƏƏ ictimaiyyətinə çatdırılması baxımından əlamətdar hadisə kimi dəyərləndirilir.

Beləliklə, Azərbaycanın BƏƏ ilə əlaqələrinin güclənməsi həm də Qlobal Cənubun inkişafına olduqca vacib komponentlər üzrə müsbət təsir göstərir. Qeyd edək ki, rəsmi Bakı son illərdə öz xarici siyasətində “Qlobal Cənub” adlanan inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığa xüsusi önəm verir - BƏƏ isə Yaxın Şərqdə Qlobal Cənubun aparıcı iqtisadi güclərindən biri sayılır. Bu nöqteyi-nəzərdən daha da sıx xarakter daşıyacaq əməkdaşlıq Qlobal Cənub üçün Cənub-Cənub əməkdaşlığının iqtisadi formatını təyin edə bilər.

Pərviz SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:25
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Dekabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see235

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see213

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see210

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see199

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see195

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see183

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see168

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see168

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see165

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see151

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see149

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri