Icma.az
close
up
RU
Strateji əməkdaşlıq və yeni geosiyasi reallıqlar: Azərbaycan Çin münasibətlərinin yeni mərhələsi

Strateji əməkdaşlıq və yeni geosiyasi reallıqlar: Azərbaycan Çin münasibətlərinin yeni mərhələsi

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Bugünkü reallıq ondan ibarətdir ki, aparılan düzgün, əsaslı siyasət nəticəsində Azərbaycan dövləti dünya miqyasında sayılan, seçilən, hörmət göstərilən dövlətlərdən biridir. Bu baxımdan beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər Azərbaycanla qarşılıqlı etimad əsasında siyasi, iqtisadi, diplomatik əlaqələr qurmağa, əməkdaşlıq müqavilələri imzalamağa daha çox maraq göstərirlər. Haqlı olaraq Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın beynəlxalq arenada özünə layiq yerini tutduğunu bildirib: “Xarici tərəfdaşlarımızın, dostlarımızın sayı gündən-günə artır. Azərbaycan çox gözəl beynəlxalq imicə malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycan dövləti güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın”.

Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlar, xüsusən də dünyanın aparıcı ölkələri ilə milli maraqlara əsaslanan yüksək səviyyəli münasibətləri ölkəmizə yeni-yeni nailiyyətlər gətirir. Təbii ki, qazanılan uğurlar, əldə olunan nailiyyətlər dövrün tələbinə uyğun olaraq hər dəfə yenilənir və bu da əlaqələrin daha da möhkəmlənməsinə təkan verir. Çin Xalq Respublikası ilə Azərbaycan arasında əlaqələrin müasir dövrün tələbinə uyğun olaraq yenilənməsi hər iki dövlətin və xalqlarının mövcud əlaqələrinin inkişafına təkan verir. Çin Xalq Respublikası Azərbaycanın dövlət müstəqilliyinin ilk tanıyan və əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlı olduğunu bəyan edən dövlətlərdəndir. Mövcud əlaqələrin genişləndirilməsi məqsədilə 2009-cu ilin mayında Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. 2012-ci ildə Pekində, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olaraq beynəlxalq iqtisadi layihələrə daha sıx inteqrasiya edib. Azərbaycanın "Bir kəmər və bir yol" təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həm Azərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafına xidmət edir.
Azərbaycanın “Kəmər və yol” təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həm Azərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafına xidmət edir. Çin hökuməti bu dəmir yolunun istifadəyə verilməsini və tikintisində Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirib. Çin həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir. Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşruta çevrilib. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub və bu göstərici 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.
2022-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksək səviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib. Ötən müddət ərzində iki dövlət arasında əlaqələr qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq prinsiplərinə əsaslanıb və inkişaf etdirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin iki ölkə arasında əlaqələrin inkişafına böyük önəm verirlər. Dövlət başçılarının siyasi iradəsi nəticəsində iki ölkənin milli maraqlarına əsaslanan məqsədyönlü fəaliyyət həyata keçirilib, çoxsaylı müqavilələr imzalanıb. 2024-cü ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu çox önəmli addım kimi böyük əhəmiyyətə malikdir. Bəyannamədə qeyd edildiyi kimi, tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini irəlilətməyə dair razılıq əldə etmişlər. Prezident İlham Əliyev sözügedən müsahibəsində Birgə Bəyannamənin tarixi əhəmiyyət daşıdığını diqqətə çatdıraraq bu sənədin Azərbaycan-Çin münasibətlərində yeni səhifə açdığını qeyd edib. 2025-ci il aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin nüfuzlu Sinxua agentliyinə verdiyi müsahibə Azərbaycan-Çin münasibətlərinin strateji xəttini, gələcək prioritetlərini geniş və əhatəli şəkildə nümayiş etdirdi. Müsahibədə Azərbaycan-Çin əməkdaşlığının beynəlxalq əhəmiyyət daşıdığını, iki ölkənin əlaqələrinin qlobal miqyas aldığını göstərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfəri əlaqələrin daha da genişlənməsinə töhfə verəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”, “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə", "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı" və digər sənədlər imzalanıb.
Ölkələrimiz arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanlar var və artıq Azərbaycanın müvafiq qurumları ilə Çin şirkətləri arasında bu sahədə çoxsaylı sənədlər imzalanıb, Ticarət dövriyyəsi son dövrlərdə 20 faizdən çox artıb. Bərpa olunan enerji sahəsində əməkdaşlığa dair isə 6 sənəd imzalanıb. Bu sənədlər ümumilikdə 260 meqavat gücündə günəş elektrik stansiyaları, 100 meqavatlıq üzən günəş elektrik stansiyası, 30 meqavat gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 qiqavat gücündə külək elektrik stansiyasının inşası, daha 2 meqavat gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir. İmzalanan sənədlər sırasında İnvestisiya Müqaviləsi Qobustan rayonunda 100 meqavat gücündə günəş elektrik stansiyasının tikintisini və istismarını nəzərdə tutur. 2026-cı ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 39 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkan verəcək. Bu layihə üzrə Çin şirkəti ilə əməkdaşlıq hərrac vasitəsi ilə müəyyənləşdirilib.
"Bərpaolunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması"na dair Anlaşma Memorandumu isə Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında imzalanıb. Memorandum 2028-ci ildən sonrakı dövr üzrə bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası ilə əlaqədar ötürücü şəbəkədə müvafiq araşdırmaların aparılmasını nəzərdə tutur. Araşdırmaların nəticələrinə əsasən, texniki və iqtisadi baxımdan səmərəli həllərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması planlaşdırılır. İmzalanan bu və ya digər sənədlər dövlətlərarası bərpaolunan enerji sahəsində əməkdaşlığa öz töhfəsini verəcəkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü zamanı ötən il Astanada keçirilmiş görüş əsnasında ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan birgə bəyanat məmnunluqla xatırlanıb. Sözügedən sənəddə qarşılıqlı hörmət, bərabər səviyyədə etimad, bir-birinə dəstək və əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın qurulması ifadə olunub. Bu, iki ölkə arasında münasibətlərin tarixində mühüm mərhələni təşkil edən sənəddir. Əməkdaşlığı gələcəkdə də genişləndirmək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə etmək, eləcə də regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq etmək kimi məsələlər yer almışdır. Qəbul olunan Bəyanat ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirib. Görüş zamanı ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunulub.
Çin Xalq Respublikasının Sədri Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinə (AQEM) sədrliyini məmnunluqla vurğulayaraq, bu xüsusda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. Görüşdə Azərbaycanın və Çinin daim bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulanıb. Dövlətimizin başçısı “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini qeyd edib. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olunub.
Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib. Görüşdə Hökumətlərarası Komissiyanın sonuncu iclasına toxunulub, humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri diqqətə çəkilib.
Hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirib və səmimi, dostluq mühitində danışıqlar aparıblar. Dövlətlər bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul ediblər. Bəyanatda qeyd olunur ki, tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır. Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. Sənəddə o da qeyd olunur ki, tərəflər müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün “Kəmər və yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşıblar.
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında bütün sahələri əhatə edən əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr Prezident İlham Əliyevin Çinə səfəri zamanı keçirdiyi yüksək səviyyəli görüşlər, dövllətlərarası müqavilələrin imzalanması ilə daha da genişlənəcəkdir. Bütün bunlar Çin-Azərbaycan əlaqələrinin strateji müttəfiqliq müstəvisinə yüksəldiyini göstərir. Təbii ki, əlaqələrin möhkəmlənməsi, münasibətlərin daha sabit və davamlı olmasından qazanan hər iki dövlət və xalqlarıdır.

Eldar İbrahimov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Aprel 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see131

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see114

Maskın təklifi

08 İyun 2025 04:23see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see112

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri