Icma.az
close
up
RU
Strateji tərəfdaşlar yeni əməkdaşlıq mexanizmləri axtarışında

Strateji tərəfdaşlar yeni əməkdaşlıq mexanizmləri axtarışında

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bratislava Bakının Avropaya enerji dəstəyinə güvənir

Cənubi Qafqazın postmünaqişə mərhələsinə qədəm qoyduğu bir dövrdə regionda təhlükəsizlik anlayışı artıq ənənəvi hərbi konsepsiyadan daha geniş iqtisadi-texnoloji platformaya çevrilir. Dövlətlər yeni geosiyasi çağırışları diplomatiya ilə bərabər həm də sənaye gücü, innovasiya imkanları və istehsal şəbəkələri vasitəsilə qarşılayırlar. Bu fonda Azərbaycanla Avropa ölkələri arasında müdafiə sənayesi sahəsində ortaya çıxan əməkdaşlıq formatları həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan diqqəti cəlb edir.

Məhz belə bir məqamda dekabrın 8-də Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri xüsusi çəkisi olan siyasi hadisə kimi yadda qaldı. Dövlətimizin başçısının və Slovakiya Prezidenti Peter Pelleqrininin mətbuata birgə bəyanatları əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən mühüm mesajları ehtiva edirdi. Elə buna görə də Bratislava bəyanatları yeni strateji xəttin konturları kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyev çıxışında 2024-cü ildə imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni xatırladaraq bildirdi ki, həmin sənəd Azərbaycan–Slovakiya əlaqələrini ən yüksək siyasi səviyyəyə qaldırmaqla yanaşı, sonrakı mərhələdə bütün istiqamətlər üzrə çox dinamik əməkdaşlıq üçün zəmin yaratdı. Dövlətimizin başçısının vurğuladığı kimi, sənəd imzalandıqdan sonra həm siyasi dialoq intensivləşib, həm də iqtisadi və texnoloji sahələrdə yeni əməkdaşlıq mexanizmləri aktivləşib.

Prezident İlham Əliyev çıxışında müdafiə sənayesini ayrıca qeyd etməklə bu sahənin strateji mahiyyətini daha aydın şəkildə ortaya qoydu: “Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq”. Buradan da aydın olduğu kimi, həm Slovakiyanın texnoloji potensialı, həm də Azərbaycanın maliyyə və istehsal imkanları ortaq platformada birləşərək qarşıdakı dövrdə müdafiə sənayesi sahəsində yeni sinergiya yaratmaqdadır.

Slovakiya Prezidenti Peter Pelleqrini də, öz növbəsində, bu məsələni xüsusi vurğulayaraq bildirdi ki, müdafiə sənayesi çox vacib sahədir: “Biz bu sahəni inkişaf etdiririk. Biz, sadəcə olaraq, Azərbaycana silah satmaq niyyətində deyilik. Bildiyiniz kimi, bu sahə Slovakiyada çox inkişaf edib. Biz özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində də böyük təcrübəyə malikik. Biz Azərbaycanla texnologiya ötürülməsi, Azərbaycanın maliyyəsindən istifadə edilməsi və birgə istehsalın üzərində işləyə və birlikdə istehsal etdiyimiz məhsulları üçüncü ölkələrə sata bilərik”. P.Pelleqrininin səsləndirdiyi bu fikirlər Slovakiyanın Azərbaycanla münasibətlərə sırf ticarət-logistika kontekstindən deyil, daha geniş sənaye sinergiyası prizmasından baxdığını göstərir. Başqa sözlə, Bratislava Bakı ilə əməkdaşlığı təkcə hazır məhsul ixracı kimi deyil, həm də hər iki ölkənin güclü tərəflərini bir platformada birləşdirən uzunmüddətli strateji layihə kimi qiymətləndirir. Məhz bu baxımdan, Slovakiyanın təqdim etdiyi model həm rəqabətqabiliyyətli texnologiyanın Azərbaycanda lokallaşdırılmasını, həm də istehsal zəncirinin bir hissəsinin Bakıya daşınmasını nəzərdə tutur.

Slovakiya texnologiyası ilə Azərbaycan maliyyə və istehsal imkanlarının birləşməsi həm hər iki ölkənin müdafiə sənayesi xəttini genişləndirir, həm də onların beynəlxalq bazarlarda mövqelərini gücləndirir. Əlavə olaraq, Slovakiyanın NATO standartlarına uyğun artilleriya və sursat istehsalı sahəsində yığdığı təcrübənin Azərbaycanda tətbiqi yerli sənaye infrastrukturu üçün yeni keyfiyyət mərhələsi deməkdir. Çünki belə əməkdaşlıq modeli Azərbaycana yalnız texnologiya deyil, həm də yeni istehsal mədəniyyəti, modulyar modernizasiya imkanları və ixracyönümlü sənaye strategiyası qazandırır. Nəticə etibarilə, ortaya həm iqtisadi baxımdan səmərəli, həm də siyasi baxımdan gücləndirici bir tərəfdaşlıq formatı çıxır.

Slovakiyanın müdafiə sənayesi son illər Mərkəzi Avropa məkanında diqqətçəkən dirçəliş mərhələsinə daxil olub. Bunun əsas səbəblərindən biri özüyeriyən artilleriya qurğuları, sursat və elektron-optik sistemlər üzrə istehsal xətlərinin ardıcıl modernləşdirilməsidir. Bu, həm ölkənin milli müdafiə prioritetlərinə uyğundur, həm də Aİ tərəfindən dəstəklənən “European Defence Industrial Strategy” çərçivəsi ilə paralel hərəkət edir. Bu mənada, Bratislavanın hazırladığı “Zuzana” artilleriya sistemləri NATO standartlarına uyğunluğu, modullarının çevik yenilənməsi və ixrac qabiliyyəti ilə seçilir. Məhz bu xüsusiyyətlər Slovakiyanın regiondakı müdafiə sənayesi xəttini rəqabətli edir və onu yeni tərəfdaşlıqlara açıq hala gətirir. Elə buna görə də Slovakiya üçün Azərbaycanla ortaq istehsal modelinin çəkisi getdikcə artır. Çünki Azərbaycan həm maliyyə dayanıqlığı, həm də regionlararası logistik mövqeyi ilə istehsalın genişlənməsini daha funksional edir. Bu amillər birgə layihələrin həm iqtisadi səmərəsini yüksəldir, həm də bazara çıxış imkanlarını genişləndirir.

Ölkənin artan ixrac göstəriciləri də bu tendensiyanı təsdiqləyir. 2024-cü ildə Slovakiyanın silah ixracı 1,15 milyard avroya çatıb ki, bu da əvvəlki illə müqayisədə təxminən iki dəfə çoxdur.

Azərbaycan üçün bu əməkdaşlıq təkcə müdafiə sənayesinin genişlənməsi deyil, həm də müstəqil istehsal modeli qurulması deməkdir. Son illərdə dövlət tərəfindən qəbul edilən hərbi-texnoloji modernizasiya xətti göstərir ki, ölkə hazır məhsuldan çox, texnologiyanın özünü mənimsəməyə, daha doğrusu, daxili istehsal gücünün formalaşmasına üstünlük verir. Bu isə tərəfdaş ölkələrin konkret sənaye təcrübəsi ilə mümkündür. Bratislavanın təqdim etdiyi model də məhz buna uyğundur: texnologiya Azərbaycanda lokallaşdırılır, investisiya isə Bakının imkanlarına əsaslanır.

Burada diqqətdən qaçmayan daha incə məqam ondan ibarətdir ki, Avropa dövlətləri Azərbaycanla əməkdaşlığı artıq son illərdə ölkədə formalaşmış siyasi sabitlik, davamlı iqtisadi artım və çoxvektorlu diplomatiya ilə əlaqələndirirlər. Postmünaqişə mərhələsində regionun əsas istiqamətlərini müəyyənləşdirən aktor kimi Bakı tranzit, enerji və təhlükəsizlik sahələrində ardıcıl siyasət yürüdür və bununla da yeni geosiyasi balansın formalaşmasına təsir göstərir. Prezident İlham Əliyevin həyata keçirdiyi bu strateji kurs nəticəsində Azərbaycanın tərəfdaşlıq çərçivələri təkcə regionla məhdudlaşmır, artıq Şərqi Avropanı və daha geniş geosiyasi məkanı əhatə edir. Slovakiyanın mövqeyi də məhz bu reallığı təsdiq edir: Bratislava Bakının yaratdığı sabitlik mühitinə güvəndiyi üçün uzunmüddətli sənaye əməkdaşlığına açıq yanaşır.

Nəticə etibarilə Bratislavada verilən bəyanatlar Avropa təhlükəsizlik arxitekturasının yeni mərhələsində Azərbaycanın oynadığı rolun növbəti təsdiqidir. Regionda formalaşan sabitlik və inkişaf modeli Prezident İlham Əliyevin illərdir davam etdirdiyi ardıcıl strateji kurs sayəsində mümkün olub və Slovakiya kimi ölkələrin əməkdaşlığa açıq yanaşması da məhz həmin modelin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir.

Tacir SADIQOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri