Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Strateji tərəfdaşlığın siyasi gücü

Strateji tərəfdaşlığın siyasi gücü

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qlobal siyasi nizamın dəyişdiyi, beynəlxalq münasibətlər sistemində etimad böhranının dərinləşdiyi bir dövrdə yeni dialoq platformalarına ehtiyac strateji zərurətə çevrilib. Münaqişələrin dondurulduğu deyil, həll edildiyi, qarşıdurmaların idarə olunduğu deyil, aradan qaldırıldığı siyasi modellər bu gün dünya üçün ən aktual çağırışdır. Məhz bu mürəkkəb və ziddiyyətli beynəlxalq mühitdə Azərbaycan özünü təkcə regional güc kimi deyil, yeni beynəlxalq dialoq platforması və postmünaqişə siyasi modelinin müəllifi kimi təqdim edir. Bu model artıq siyasi leksikonda “Bakı modeli” anlayışı ilə ifadə olunur. “Bakı modeli”nin əsas dayaqlarından biri Azərbaycanın strateji tərəfdaşlıqlara söykənən xarici siyasət xəttidir. Son illərdə ölkəmizin Avropa məkanı, türk dövlətləri ilə yanaşı, ərəb dünyası ilə münasibətləri də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və çoxşaxəli diplomatiya Azərbaycanın bu coğrafiyada etibarlı, praqmatik və prinsipial tərəfdaş kimi qəbul edilməsini təmin edib.

Bu baxımdan Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xüsusi siyasi məna daşıyır.
Azərbaycan–BƏƏ əlaqələrinin yüksələn xətlə inkişafı sadəcə diplomatik statistika deyil, yeni geosiyasi reallığın göstəricisidir. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri zamanı işğaldan azad edilmiş Füzuli Beynəlxalq Hava Limanında qarşılanması və görüşlərin Şuşada keçirilməsi mühüm siyasi mesaj idi. Bu, Qarabağın yeni statusunun, Azərbaycanın suverenliyinin və postmünaqişə reallıqlarının açıq beynəlxalq təsdiqi kimi tarixə düşdü. Şuşada imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə iki ölkə arasında münasibətləri uzunmüddətli siyasi yol xəritəsi ilə təmin etdi. Cənab Prezident İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə etdiyi işgüzar səfər bu strateji xəttin ardıcıl davamı oldu. Əbu-Dabidə keçirilən yüksək səviyyəli görüşlərdə Azərbaycan–BƏƏ münasibətlərinin təkcə iqtisadi deyil, siyasi, təhlükəsizlik, enerji, bərpaolunan enerji, humanitar və mədəni sahələri əhatə edən çoxşaxəli xarakteri bir daha təsdiqləndi. Bu əməkdaşlıq modeli Bakı modelinin beynəlxalq dialoq platforması kimi rolunu gücləndirən real mexanizmdir. Xüsusi qeyd etmək lazımdır ki, səfər çərçivəsində Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirildi. Bu tədbir Azərbaycanın multikulturalizm, insan qardaşlığı və dialoq prinsiplərinə sadiqliyini beynəlxalq platformada nümayiş etdirdi və Bakı modelinin yalnız siyasi deyil, həm də humanitar və mədəni aspektdə dünyada nümunəvi model olduğunu təsdiqlədi. Azərbaycan–BƏƏ strateji tərəfdaşlığı Bakı modelinin enerji və iqlim diplomatiyası sütunlarını da möhkəmləndirir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, yaşıl enerji gündəliyinə verdiyi töhfələr və Qaradağ Günəş Elektrik Stansiyası kimi layihələr bu əməkdaşlığın yalnız iqtisadi deyil, siyasi-strateji mahiyyət daşıdığını göstərir. COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın məhz BƏƏ-də qəbul olunması isə bu iki ölkə arasında formalaşmış yüksək siyasi etimadın qlobal miqyasda təsdiqidir. Bakı modelinin mühüm komponentlərindən biri də təhlükəsizlik və sülhün təminində ortaq məsuliyyət yanaşmasıdır. “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimləri Azərbaycan və BƏƏ-nin regional və beynəlxalq təhlükəsizliyə töhfə vermək iradəsini nümayiş etdirdi. Antiterror, ictimai təhlükəsizlik və humanitar əməliyyatları əhatə edən bu təlimlər Bakı modelinin yalnız siyasi deyil, praktik təhlükəsizlik mexanizmlərinə söykəndiyini göstərir.

Postmünaqişə dövründə Bakı modelinin əsas mahiyyəti sülhün yalnız bəyanatlarla deyil, real addımlarla qurulmasıdır. Bu baxımdan cənab Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşləri, o cümlədən BƏƏ-də baş tutan təmaslar Azərbaycanın sülh diplomatiyasının beynəlxalq təqdimatının tərkib hissəsidir. Normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsi, ticarət və tranzit əlaqələrinin bərpası, humanitar təmasların təşviqi sülhün gündəlik həyatla uzlaşdırıldığını göstərir. Azərbaycanın sülh diplomatiyasının gücü ondadır ki, o, qalib mövqedən diktə dili ilə yox, hüquqa, ədalətə və qarşılıqlı maraqlara əsaslanan yanaşma ilə çıxış edir. Məhz buna görə Bakı bu gün regionda deyil, daha geniş coğrafiyada etimadla qarşılanan dialoq mərkəzinə çevrilir. Azərbaycanın ABŞ, Avropa İttifaqı, İslam dünyası və Qoşulmama Hərəkatı ilə paralel və bərabərhüquqlu münasibətləri Bakı modelini unikal edir.

Nəticə etibarilə, strateji tərəfdaşlığa əsaslanan Azərbaycan–BƏƏ əlaqələri postmünaqişə dövründə formalaşan Bakı modelinin real dayaqlarından biridir. Bu tərəfdaşlıq sübut edir ki, müasir beynəlxalq münasibətlərdə uğurlu siyasi model yalnız gücə deyil, dialoqa, əməkdaşlığa və sülh iradəsinə əsaslanmalıdır. Azərbaycan bu gün təkcə regional proseslərin iştirakçısı deyil, beynəlxalq dialoq memarı, sülh təşəbbüslərinin müəllifi və qlobal məsuliyyət daşıyan dövlətdir. Bakı modeli isə bu siyasətin məntiqi nəticəsi və beynəlxalq ictimaiyyət üçün alternativ yol xəritəsidir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Fevral 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see282

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see274

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see269

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see265

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see263

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see259

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see249

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see244

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see229

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see219

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see218

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see208

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see206

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see205

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see202

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see202

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see198

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see196

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see190

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri