Strateji tərəfdaşlığın üfüqləri
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri ortaq tarixi köklər, mədəni yaxınlıq və qarşılıqlı etimada əsaslanaraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu gün region dövlətləri arasında əməkdaşlıq siyasi dialoqdan iqtisadiyyat, enerji, nəqliyyat, investisiya, mədəni-humanitar əlaqələr və rəqəmsal transformasiyaya qədər geniş sahələri əhatə edir.
Oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin region dövlətləri ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı qardaş xalqlar arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın inkişafı baxımından bu görüşün mühüm mərhələ olacağına əminliyini ifadə edib.
Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin dərinləşməsi regionun artan geosiyasi və geoiqtisadi əhəmiyyəti ilə də bağlıdır. Əlverişli coğrafi mövqeyimiz ölkəmizin Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirir. Bu baxımdan Orta Dəhlizin inkişafı, tranzit imkanlarının genişləndirilməsi və yeni iqtisadi əlaqələrin qurulması qarşılıqlı fayda yaradan strateji istiqamətlərdir.
Energetika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Mərkəzi Asiyanın enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında mühüm tranzit imkanlarına malikdir. Türkmənistan və Qazaxıstanla enerji sahəsində əlaqələrin inkişafı, eləcə də bərpaolunan enerji istiqamətində birgə təşəbbüslər regionun uzunmüddətli iqtisadi potensialını artırır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində əməkdaşlıq isə gələcək üçün yeni imkanlar açır.
Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişlənməsi Azərbaycanın türk dünyasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfənin də mühüm göstəricisidir. Ortaq dil, mədəniyyət və tarixi yaddaş dövlətlərimiz arasında qarşılıqlı anlaşmanı gücləndirir, siyasi və iqtisadi tərəfdaşlığın inkişafına möhkəm zəmin yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə, regional əməkdaşlığın genişlənməsinə və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq əlaqələrinin inkişafına yönəlib. Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü də bu əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Bu gün Azərbaycan və Mərkəzi Asiya ölkələri yalnız coğrafi yaxınlıqla deyil, həm də ortaq strateji maraqlar, iqtisadi imkanlar və gələcəyə yönəlmiş təşəbbüslərlə bir-birinə daha sıx bağlanır. Bu tərəfdaşlığın dərinləşməsi regional sabitliyə, iqtisadi inkişafın sürətlənməsinə və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Strateji tərəfdaşlığın genişlənən üfüqləri Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını artırmaqla yanaşı, bütün region üçün yeni inkişaf perspektivləri yaradır.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 13 Oktyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















