Icma.az
close
up
RU
Bakı və Riqa: strateji tərəfdaşlığın yeni üfüqləri

Bakı və Riqa: strateji tərəfdaşlığın yeni üfüqləri

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin tarixinə növbəti əhəmiyyətli səhifə kimi yazıldı. Bu səfər sadəcə iki dövlət başçısının yüksək səviyyəli görüşü deyil, həm də Cənubi Qafqaz və Baltikyanı regionlar arasında qurulan möhkəm körpünün daha da güclənməsinin rəmzidir. Səfər çərçivəsində aparılan müzakirələr və imzalanan sazişlər Azərbaycan-Latviya əməkdaşlığının gələcək onilliklərini müəyyən edən yeni perspektivlər vəd edir.

Azərbaycan və Latviya arasında diplomatik əlaqələr hər zaman qarşılıqlı hörmət, suverenlik və beynəlxalq hüququn prinsipləri üzərində qurulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çevik, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin əsas və etibarlı təminatçılarından birinə çevrilmişdir. Latviya isə Avropa İttifaqının fəal üzvü kimi Azərbaycanın Avropa məkanında ən yaxın müttəfiqlərindən biridir. İki ölkəni yaxınlaşdıran ən mühüm amillərdən biri hər iki xalqın öz müstəqilliyini hər şeydən əziz tutmasıdır. İstisnasız olaraq milli maraqlardan çıxış edən Bakı və Riqa, eyni zamanda Avrasiya məkanında sülhü, təhlükəsizliyi və iqtisadi fəallığı təşviq edən ortaq platformalarda çıxış edirlər.
Dövlət başçılarının bəyanatlarında xüsusi vurğulandığı kimi, ötən həftə Bakıda keçirilən Birgə Hökumətlərarası Komissiyanın iclası və bu səfər çərçivəsində təşkil olunan biznes-forum iqtisadi əlaqələrimiz üçün yeni imkanlar pəncərəsi açdı. Azərbaycanın qeyri-neft sektoruna olan xarici investisiya marağı və Latviya şirkətlərinin yüksək texnoloji təcrübəsi qarşılıqlı faydalı əməkdaşlıq üçün münbit şərait yaradır. Xüsusilə nəqliyyat, loqistika, kənd təsərrüfatı və “yaşıl enerji” sahələrindəki perspektivlər ticarət dövriyyəsinin kəskin artmasına xidmət edəcəkdir. Baltik dənizi ilə Xəzər dənizi arasındakı tranzit dəhlizlərinin optimallaşdırılması hər iki ölkəni mühüm loqistik mərkəzə çevirir.
Səfər zamanı əldə olunan ən praktik və vətəndaşyönümlü razılaşmalardan biri hava uçuşlarının sayının artırılması ilə bağlıdır. Bu addım sadəcə turizmin inkişafına deyil, həm də iş adamlarının gediş-gəlişinin asanlaşmasına, dolayısı ilə iqtisadiyyatın canlanmasına birbaşa təsir göstərəcəkdir.
Münasibətlərin humanitar ölçüsü də kifayət qədər zəngindir. Hazırda Latviyanın nüfuzlu ali təhsil müəssisələrində 450-dən çox azərbaycanlı tələbə təhsil alır. Bu gənclər ölkələrimiz arasında canlı bir mədəniyyət, elm və dostluq körpüsüdür. Onlar gələcəkdə iki xalqın bir-birinə daha da yaxınlaşmasında, ortaq intellektual dəyərlərin yaradılmasında əsas hərəkətverici qüvvə olacaqlar. Prezidentlərin qeyd etdiyi kimi, 20 ildən artıq davam edən şəxsi tanışlıq və yüksək səviyyəli siyasi dialoq Azərbaycan-Latviya əlaqələrinin sarsılmaz təməlini təşkil edir. İmzalanan yeni sənədlər paketi bu etimadı hüquqi müstəvidə daha da möhkəmləndirir və əməkdaşlığın strukturunu genişləndirir.
Ümumilikdə, Edqars Rinkeviçsin Bakı səfəri Azərbaycan-Latviya münasibətlərində yeni, daha dinamik bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Siyasi dialoq ən yüksək zirvədədir, indi qarşıda duran əsas vəzifə bu siyasi iradəni konkret iqtisadi layihələr, qarşılıqlı investisiyalar və texnoloji mübadilə ilə daha da dərinləşdirməkdir. Bu strateji xətt hər iki ölkə üçün həm regional, həm də beynəlxalq səviyyədə yeni güc mərkəzləri və əlavə imkanlar yaradacaqdır.

Anar Məmmədov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Aprel 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri