Icma.az
close
up
RU
ABŞ la tərəfdaşlığın strateji üfüqləri

ABŞ la tərəfdaşlığın strateji üfüqləri

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Odlar yurdu”nun “Dünya nəhəngi” ilə əməkdaşlığı regional və qlobal önəm daşıyır

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 8-də Vaşinqtonda media nümayəndələrinə verdiyi müsahibə ölkəmizin qarşıdakı illərdə enerji siyasəti, rəqəmsal inkişaf və ABŞ-la tərəfdaşlığının strateji perspektivləri baxımından xüsusi önəm daşıyır. Dövlət başçısının səsləndirdiyi fikirlər yalnız cari reallıqları deyil, həm də gələcəkdə respublikamızı gözləyən yeni iqtisadi, texnoloji və geosiyasi imkanların aydın mənzərəsini göstərir.

Ölkə rəhbərinin müsahibəsi bir daha təsdiqlədi ki, Azərbaycan qlobal enerji siyasətində əsas oyunçulardan biri olaraq mövqelərini daha da möhkəmləndirmək, eyni zamanda, yeni dövrün çağırışlarına, xüsusilə də “yaşıl” enerjiyə və rəqəmsal transformasiyaya uyğun cavab vermək niyyətindədir. ABŞ Prezidenti Donald Trampla imzalanan memorandumun mühüm istiqamətlərindən biri olan enerji əməkdaşlığına xüsusi diqqət ayrılması da məhz bu baxımdan diqqət çəkir. Belə bir əməkdaşlıq təkcə ənənəvi enerji resursları – neft və qaz sahəsində deyil, həm də bərpa olunan enerji mənbələrinin inkişafında yeni imkanlar açır.

Azərbaycan artıq uzun illərdir ki, dünya enerji bazarında sabit və etibarlı tərəfdaş kimi tanınır. “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla həyata keçirilməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyində strateji rolunu artırır. Lakin indi gündəlikdə daha mühüm bir məsələ – enerji keçidi dayanır. Belə bir məsələnin sürətlə gerçəkləşdirilməsi – bərpaolunan enerji sahəsinin sürətlə inkişaf etdirilməsi Azərbaycanın yalnız karbohidrogen ixracatçısı yox, həm də təmiz enerji istehsalçısı kimi beynəlxalq nüfuzunun getdikcə möhkəmlənməsinə mühüm zəmin yaradır. Burada ABŞ-ın qabaqcıl texnologiyalarından, eləcə də investisiya potensialından yararlanmaq imkanları da ön plana çıxır. Amerika şirkətlərinin Azərbaycanla Günəş, külək və digər bərpa olunan enerji layihələrində iştirak etməsi isə ölkəmiz üçün həm iqtisadi, həm də ekoloji baxımdan mühüm perspektivlər açır.

Enerji əməkdaşlığı ilə yanaşı, dövlətimizin başçısının müsahibəsində vurğuladığı digər mühüm istiqamət rəqəmsal inkişafdır. Azərbaycan artıq “Dördüncü Sənaye İnqilabı” gündəliyini reallaşdıran ölkələr sırasındadır. ABŞ-la bu sahədə tərəfdaşlıq ölkəmizə böyük üstünlüklər qazandırır. Süni intellekt, rəqəmsal idarəetmə, “ağıllı” şəhər və kənd layihələri, kibertəhlükəsizlik və rəqəmsal iqtisadiyyatın inkişafı sahələrində Amerika texnologiyalarının tətbiqi Azərbaycan iqtisadiyyatının gələcək dayanıqlığını şərtləndirir. Bundan başqa, rəqəmsal transformasiya ölkəmizdə biznes mühitini daha da yaxşılaşdırır, startap ekosistemini gücləndirir və qeyri-neft sektorunun rəqabət qabiliyyətini artırır. Bu isə respublikamızın iqtisadi şaxələndirmə strategiyasının mühüm tərkib hissəsidir.

Ekspertlərin fikrincə, Azərbaycan – ABŞ rəqəmsal əməkdaşlıq planları gələcəkdə daha da genişlənəcək. İlk növbədə, tətbiq olunan süni zəka əsaslı idarəetmə sistemləri və avtomatlaşdırma həlləri sənaye, kənd təsərrüfatı və xidmət sektorlarında səmərəliliyi artıracaq. Rəqəmsal texnologiyalar sahəsində ixtisaslaşmış kadrlar üçün minlərlə yeni iş imkanı yaranacaq. Yerli informasiya texnologiyalar və startap şirkətlərinin ABŞ bazarına çıxışı asanlaşacaq, Azərbaycan regional texnoloji mərkəz statusu qazana biləcək. Amerika texnologiyalarının tətbiqi ilə dövlət və özəl sektorda məlumat təhlükəsizliyi səviyyəsi yüksələcək. Eyni zamanda, “Fintech” sahəsində əməkdaşlıq isə nağdsız ödənişlərin və elektron kommersiyanın daha sürətli inkişafına şərait yaradacaq.

Azərbaycanın qaz ixracı üzrə genişlənən coğrafiyası, qlobal enerji təhlükəsizliyində artan rolu isə ölkəmizi yalnız regionun deyil, həm də beynəlxalq sistemin mühüm aktorlarından birinə çevirir. Prezident İlham Əliyevin sözügedən müsahibəsində bu barədə bəhs etdiyi əsas məqamlardan biri – Azərbaycanın hazırkı qaz ixracı coğrafiyası ilə bağlı fikirləri diqqət çəkir. Dövlətimizin başçısının sözlərinə görə, hazırda ölkəmiz NATO-nun 10 üzvünü və ABŞ-ın 10 müttəfiqini təbii qazla təmin edir. Ümumilikdə, boru kəməri ilə qaz ixracı 14 ölkəni əhatə edir ki, bu da respublikamızı dünya üzrə qaz nəqlində aparıcı mövqelərdən birinə çıxarır.

Bu statistik göstəricilər isə Azərbaycanın enerji diplomatiyasının uğurlarının parlaq ifadəsidir. Xüsusilə, Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın oynadığı rol artıq strateji əhəmiyyət daşıyır. İndiki geosiyasi şəraitdə etibarlı enerji tərəfdaşı statusu isə ölkəmizə həm siyasi, həm də iqtisadi dividendlər qazandırır.

Prezident İlham Əliyevin açıqlamasında diqqətçəkən başqa bir məqam isə Suriyaya təbii qaz ixracı ilə bağlı idi. Bu, Azərbaycanın enerji ixrac coğrafiyasına Yaxın Şərqi də əlavə etməsi deməkdir. Bu addım yalnız kommersiya baxımından deyil, həm də geosiyasi baxımdan əhəmiyyətlidir.

Yaxın Şərq bazarına daxil olmaq Azərbaycanın regional enerji xəritəsində mövqelərini daha da gücləndirəcək. Bu proses həm də ölkəmizin nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, yeni kəmər və infrastruktur layihələrinin reallaşdırılması ilə paralel gedəcək.

Yeri gəlmişkən, qardaş Türkiyənin Kilis vilayəti vasitəsilə Suriyaya ötürülən Azərbaycan qazı mərkəzi Homs vilayətindəki “Cender Qaz” qazpaylama stansiyasına çatıb, oradan paytaxt Dəməşq yaxınlığındakı “Nasiriyə” və “Təşrin” istilik elektrik stansiyalarına yönləndiriləcək.

Suriyanın energetika nazirinin müavini Qayas Diyabın sözlərinə görə, qaz kəmərinin ötürücülük qabiliyyəti sutkada 3,4 milyon kubmetrdir. Hazırda kəmərlə 1,4 milyon kubmetr Azərbaycan qazı nəql olunur ki, bu da 250 meqavat elektrik enerjisi istehsal etməyə imkan verəcək. Nazir müavini Azərbaycan qazının Türkiyə üzərindən nəqlini Suriyanın sabitliyinə mühüm töhfə adlandırıb.

Qeyd edək ki, Azərbaycan – ABŞ münasibətlərində enerji sahəsi ilə yanaşı, siyasi dialoq, təhlükəsizlik, nəqliyyat və kommunikasiya, rəqəmsal əməkdaşlıq, eləcə də iqlim dəyişikliyi ilə mübarizə kimi sahələr də gündəlikdədir. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı məqamlar isə bu tərəfdaşlığın qarşıdakı illərdə daha da dərinləşəcəyini göstərir.

Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert

Son günlərdə həm regional, həm də beynəlxalq aləmdə baş verən hadisələr Cənubi Qafqazda yeni mərhələnin başlandığını göstərir. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı irəliləyişlər, eyni zamanda, ABŞ-da Prezident Donald Trampın yürütdüyü siyasət regionun gələcəyi üçün əhəmiyyətli mesajlar verir. Azərbaycan və Ermənistan liderlərinin ABŞ görüşlərində sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat yollarının açılması və qarşılıqlı etimadın bərpası kimi məsələlərdə razılaşmalar əldə olunması isə təkcə siyasi sabitlik üçün deyil, iqtisadi inkişaf baxımından da mühüm hadisədir.

Qeyd edim ki, əgər sülh bərqərar olarsa, Azərbaycan Qarabağın bərpasını və Naxçıvanla əlaqəni daha sürətli şəkildə həyata keçirəcək. Ermənistan isə təcriddən çıxaraq Türkiyə və Azərbaycanla iqtisadi münasibətlər qurmaq imkanı əldə edəcək. ABŞ-ın yeni yanaşması da diqqət çəkir. Donald Trampın ABŞ-a yenidən rəhbərlik etməsi ilə Vaşinqtonun xarici siyasətində daha çox iqtisadi maraqlar və güc balansı önə çıxır. Tramp administrasiyası Cənubi Qafqazda sabitlik və əməkdaşlığı dəstəkləməsi ilə regionda investisiya və ticarət imkanlarının genişlənəcəyi gözlənilir. Mümkün iqtisadi təsirlərə gəldikdə isə qeyd edim ki, yaxın gələcəkdə ABŞ sərmayələrinin artması, enerji və infrastruktur layihələrində Qərb şirkətlərinin iştirakı, eləcə də Azərbaycan və Ermənistanın qlobal ticarətə inteqrasiyası proqnozlaşdırılır.

Region üçün, necə deyərlər, bu cür fürsət pəncərəsi açılandan sonra ilk dəfədir ki, həm beynəlxalq dəstək, həm də tərəflər arasında qarşılıqlı razılaşma eyni vaxtda müşahidə olunur. Bu şəraitdən düzgün istifadə olunacağı təqdirdə isə Cənubi Qafqaz gərginlik zonası deyil, əməkdaşlıq məkanı kimi tanınacaq. Gənclər üçün yeni iş yerlərinin açılması, investisiya axını, eləcə də turizm və ticarət canlanması gerçəkləşəcək. Bir sözlə, sülh prosesi iki ölkə arasında münasibətlərin normallaşması ilə bərabər, eyni zamanda, regionun beynəlxalq iqtisadi sistemə daha səmərəli inteqrasiyasını sürətləndirəcək.

Beləliklə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etməsi, üstəlik ABŞ kimi böyük gücün regionda sabitliyi dəstəkləməsi həm ölkələrimizin iqtisadi rifahı, həm də bölgədəki ümumi inkişaf üçün heç vaxt nəzərə çarpmayan bir fürsətdir. Bir sözlə, sülh sadəcə siyasi qərar deyil, iqtisadi tərəqqiyə açılan qapıdır.

V.BİNYATOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Avqust 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see234

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see233

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see222

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see218

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see205

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see199

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see198

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see197

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see195

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see193

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see190

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see188

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see181

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see179

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see175

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see172

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see169

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see161

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see153

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri