Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Strateji tərəfdaşlıq nümunəsi

Strateji tərəfdaşlıq nümunəsi

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

2025-ci ilin 22 avqust tarixində Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilmiş yüksək səviyyəli üçtərəfli sammit regionun siyasi, iqtisadi və nəqliyyat gündəminə mühüm töhfə verdi. Bu tarixi sammit təkcə imzalanan sənədlərlə deyil, həm də ifadə olunan fikir və çağırışlarla bölgənin yeni strateji konfiqurasiyasını müəyyənləşdirmə baxımından əlamətdar oldu. Prezident İlham Əliyevin çıxışında verdiyi bəyanatlar bu əməkdaşlığın həm geosiyasi, həm də insani yönlərini əhatə edən dərin məzmun daşıyırdı. O, ilk olaraq Türkmənistanın hazırkı inkişaf trayektoriyasına və ölkənin sabit idarəetmə modelinə diqqət çəkərək vurğuladı ki, bu gün Türkmənistan əmin əllərdədir. Onun ifadə etdiyi bu fikir, eyni zamanda Azərbaycan tərəfindən regiondakı tərəfdaş dövlətlərə göstərilən açıq etimadın və hörmətin rəmzi idi.

Türkmənistanın iqtisadi sabitliyi, infrastruktur layihələrinin ardıcıl icrası, sosial rifah göstəricilərinin yüksəlməsi və beynəlxalq siyasətdə fəal iştirakı bu etimadın real əsaslara söykəndiyini təsdiqləyir. Bu yüksək səviyyəli sammit zamanı Prezident İlham Əliyevin dilə gətirdiyi daha bir mühüm fikir isə Azərbaycanla Türkmənistanın mövqelərinin bütün əsas məsələlər üzrə üst-üstə düşdüyü barədə bəyanat idi. Bu həm ikitərəfli, həm də çoxtərəfli formatlarda siyasi razılaşmaların, ortaq maraqların və dostluğa əsaslanan strateji yönümlərin göstəricisidir. Azərbaycanın və Türkmənistanın bölgədəki proseslərə yanaşması, qarşılıqlı hörmət, suverenlik prinsipinə sadiqlik və daxili işlərə qarışmamaq kimi fundamental əsaslar üzərində qurulub. Bu isə onların yalnız siyasi partnyor deyil, həm də əsl qardaş ölkələr olduğunu sübut edir. Azərbaycan–Türkmənistan münasibətləri müasir dövrün çağırışlarına uyğun olaraq davamlı şəkildə inkişaf edir. Bu münasibətlər təkcə liderlər səviyyəsində sıx dialoqla məhdudlaşmır, eyni zamanda konkret sahələr üzrə əməkdaşlıq mexanizmləri ilə də dəstəklənir.
Energetika, nəqliyyat, ticarət, ekologiya, humanitar və mədəni sahələrdə əməkdaşlıq üzrə ikitərəfli və çoxtərəfli memorandumlar artıq uzun illərdir ki, müntəzəm şəkildə imzalanır və uğurla icra olunur. Xüsusilə enerji sahəsində əməkdaşlıq - Xəzər dənizindəki infrastruktur layihələri, alternativ enerji və enerji mübadiləsi sahəsində yeni təşəbbüslər tərəflər arasında qarşılıqlı asılılığı gücləndirməklə bərabər, regional enerji təhlükəsizliyinə də mühüm töhfə verir. Türkmənbaşı şəhərində keçirilən sammitin əsas siyasi və praktiki nailiyyəti isə üçtərəfli əməkdaşlığın rəsmi şəkildə rəsmiləşdirilməsidir. Liderlər tərəfindən imzalanan “Azərbaycan, Türkmənistan və Özbəkistan arasında Birgə Bəyanat” qarşılıqlı fəaliyyətin strateji istiqamətlərini müəyyən edir. Bu sənəd təkcə siyasi niyyət deyil, konkret məqsəd və prioritetlərin ifadəsidir. Onunla paralel imzalanan digər sənədlər – Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkmənhavayolları arasında Hava Əlaqələri üzrə Anlaşma Memorandumu; Azərbaycan və Türkmənistan Xarici İşlər Nazirlikləri arasında Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşmasını nəzərdə tutan sənəd; və nəhayət, üç ölkənin nəqliyyat nazirlikləri arasında Nəqliyyat və Logistika üzrə əməkdaşlıq memorandumu – bütün istiqamətlərdə əlaqələrin dərinləşdirilməsinə yönəlmiş real addımların təsdiqidir.
Xüsusilə Füzuli ilə Arxadağ arasında qardaşlaşma protokolu böyük rəmzi və strateji əhəmiyyət daşıyır. Füzuli şəhəri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən, bərpa və yenidənqurma mərhələsini yaşayan müasir şəhərlərdən biridir. Arxadağ isə Türkmənistanın ən yeni və innovativ texnologiyalarla inşa edilən şəhəridir. Bu iki şəhərin qardaşlaşması yalnız mədəniyyət və təcrübə mübadiləsi ilə məhdudlaşmır, həm də iki ölkə arasında yenidənqurma, şəhərsalma, ətraf mühitin mühafizəsi və ağıllı şəhər texnologiyalarının tətbiqi sahələrində əməkdaşlığın dərinləşməsinə zəmin yaradır. Sammitin strateji nəticələrindən biri də Orta Dəhliz çərçivəsində əməkdaşlığın intensivləşdirilməsi perspektivləri oldu. Azərbaycan, Türkmənistan və Özbəkistan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək Avrasiyanın mühüm logistika mərkəzlərindən biri olmağa iddialıdır. Bakı, Türkmənbaşı və digər liman şəhərləri vasitəsilə yükdaşımaların sürətləndirilməsi, dəhlizin rəqabət qabiliyyətinin artırılması, gömrük prosedurlarının asanlaşdırılması kimi təşəbbüslər bu üç ölkənin nəqliyyat sistemlərini qarşılıqlı əlaqəli və daha funksional hala gətirə bilər. Prezident İlham Əliyevin də çıxışında vurğuladığı kimi, bu ölkələr coğrafi baxımdan Avropanı Asiya ilə, Şimalı Cənubla birləşdirən əsas ölkələrdir və onların təşəbbüsləri təkcə regional deyil, həm də qlobal əhəmiyyət daşıyır. İmzalanan sənədlərlə yanaşı, görüş zamanı Prezident İlham Əliyevin bir daha vurğuladığı məqam, bu əməkdaşlıq formatının birdəfəlik tədbir deyil, davamlı və institusional əməkdaşlığa çevrilməsi niyyətidir. Dövlət başçısı qeyd etdi ki, artıq əlaqədar qurumlara bu istiqamətdə konkret tapşırıqlar verilib və yaxın gələcəkdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı real addımlar atılacaq. Bu isə, öz növbəsində, həm siyasi sabitliyin qorunmasına, həm də iqtisadi inkişafın qarşılıqlı fayda əsasında daha da genişlənməsinə gətirib çıxaracaq.
Nəticə etibarilə, Türkmənistanın ev sahibliyi etdiyi bu sammit, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında dostluq və qardaşlığa əsaslanan əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Liderlərin ortaq iradəsi, strateji baxışları və konkret sənədlərlə ifadə olunan məqsədləri göstərir ki, bu üç ölkə təkcə regional sabitlik və rifah üçün deyil, həm də daha ədalətli və bərabərhüquqlu beynəlxalq sistemin qurulması üçün mühüm tərəfdaşlıq nümunəsi formalaşdırır. Bu görüş bir daha sübut etdi ki, ortaq tarix, mədəni dəyərlər, geosiyasi baxışlar və qarşılıqlı maraqlar əsasında formalaşan dostluq əlaqələri gələcəkdə regionun inkişafında və qlobal sistemdə mövqeyinin möhkəmlənməsində həlledici rol oynaya bilər.

Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see627

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see324

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see228

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see216

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see212

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see208

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri