Yohan Vadeful: Almaniya Azərbaycanla münasibətlərini yeni, strateji əsas üzərində qurub
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Berlin, 17 noyabr, AZƏRTAC
Cənubi Qafqaz hazırda dönüş mərhələsindədir. Onilliklər boyu davam edən müharibəyə, zorakılığa və məcburi köçkünlüyə birdəfəlik son qoymaq üçün tarixi fürsət yaranıb.
AZƏRTAC xəbər verir ki, bu fikri Almaniyanın xarici işlər naziri Yohan Vadeful Cənubi Qafqaza səfərdən əvvəl açıqlayıb.
“Ötən il sülh müqaviləsinin paraflanması bu yolda mühüm mərhələ oldu. İndi əsas məsələ bu istiqamətdə qətiyyətlə irəliləməkdir. Uzunmüddətli perspektivdə bu, bütün region xalqları arasında qarşılıqlı etimadın formalaşmasına imkan yarada bilər”, - deyə nazir qeyd edib.
O, Almaniyanın bu prosesdə hər iki ölkənin yanında etibarlı tərəfdaş və dost kimi dayandığını vurğulayıb.
Y.Vadeful əsas məqsədin gərginliyin azaldılması və sülh istiqamətində atılan addımlara dəstək imkanlarının müzakirəsi olduğunu bildirib.
“Almaniya ötən il Ermənistan və Azərbaycanla münasibətlərini yeni, strateji əsas üzərində qurub. Hər iki dövlətlə birgə razılaşdırılmış strateji gündəliyi indi konkret praktiki layihələr vasitəsilə həyata keçirmək istəyirik. Cənubi Qafqaz regionu tarixən Avropa ilə Asiya arasında mühüm strateji qovşaq rolunu oynayıb. Bu mövqe bu gün də ticarət, enerji tərəfdaşlığı və yeni nəqliyyat əlaqələri baxımından böyük potensial yaradır. Davamlı sülh və açıq sərhədlər yalnız region xalqları üçün deyil, bütün Avropa qonşuluğumuzun təhlükəsizliyi və sabitliyi üçün də faydalı olardı”, - deyə Almaniyanın xarici işlər naziri bildirib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 17 Noyabr 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















