Icma.az
close
up
RU
Siyasi etimad və strateji tərəfdaşlıq nümunəsi

Siyasi etimad və strateji tərəfdaşlıq nümunəsi

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan - Çexiya: Qarşılıqlı münasibətlər yüksələn xətlə inkişaf edir

Azərbaycana daha bir yüksəksəviyyəli qonağın səfəri uğurla baş tutub. Söhbət Çexiyanın Baş naziri Andrey Babişin aprelin 26-da respublikamıza  reallaşan rəsmi səfərindən gedir. Səfər çərçivəsində Prezident İlham Əliyevlə Baş nazir Andrey Babiş bir sıra məsələlərlə bağlı önəmli müzakirələr aparıblar.

Azərbaycanla Çexiya arasında əlaqələr müxtəlif istiqamətləri əhatə etməklə çoxvektorlu səciyyə daşıyır. Hər iki tərəf qarşılıqlı maraqları əsas götürməklə münasibətlərin daha da möhkəmlənməsinə güclü siyasi iradə nümayiş etdirir və buna uyğun olaraq da əlaqələr genişlənir.

Azərbaycanın artan beynəlxalq nüfuzu və liderlərin Qəbələdə qarşılanmasının özəlliyi

Hazırda dünyada izlənilən geosiyasi proseslər fonunda Cənubi Qafqaza maraq əhəmiyyətli dərəcədə artıb ki, bu da təsadüfi deyil. Xüsusilə də yaxın Şərqdə və Şərqi Avropada müharibələrin alovlanması, Şimal marşrutlarından, Hörmüz boğazından keçidlərin təhlükəli hala gəlməsi sabit məkan kimi Cəbubi Qafqazı diqqət mərkəzinə gətirib. Buradan keçən Orta Dəhlizin funksionallığının getdikcə artması bunu əyani şəkildə təsdiqləyir. Mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycan regionda izlənilən proseslərin əsas aktoru qismində çıxış edir. Ölkə uzunmüddətli sabitliyə, nümunəvi təhlükəsizlik mühitinə malikdir. Böyük investisiya qoyuluşu hesabına yaradılan yüksəksəviyyəli nəqliyyat-logistika infrastrukturu, qonşularlla yaxşı münasibətlər tranzit daşımaları üçün ideal şəraiti təmin edir. Azərbaycan, həmçinin qazandığı parlaq qələbələr sayəsində regionda müharibə risklərini aradan qaldırıb. Ölkəmizin postmüharibə dövründə müəyyənləşdirdiyi sülh gündəliyi milli maraqları təmin etməklə yanaşı, həm də regional və qlobal əməkdaşlıq üçün böyük perspektivlər açıb. Ötən il avqustun 8-də Vaşinqton zirvə görüşündə əldə olunan razılaşmalar onun təsdiqidir ki, dünya Azərbaycanın sülh gündəliyini təqdir edir.

Beləliklə, regionda müşahidə edilən diplomatik fəallıq fonunda dünya ölkələri, ayrı-ayrı beynəlxalq təşkilatlar respublikamıza böyük maraq göstərirlər. Qürurverici haldır ki, liderlər  fəal və nəticəyönümlü diplomatiyanın müəllifi olan Prezident İlham Əliyevlə müzakirələr aparmağa ehtiyac duyurlar. Son aylarda Litvanın Baş naziri İnqa Ruqinienenin, Latviya Prezidenti Edqars Rinkeviçsin və Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfərləri bu dinamikanın təsadüfi olmadığını göstərir. Bu proseslər beynəlxalq arenada Azərbaycanın artıq yalnız enerji tərəfdaşı deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edildiyini təsdiqləyir. Xüsusilə Avropa ölkələrinin Azərbaycana artan marağı onların regionda sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizləri ilə bağlı strateji hədəflərindən irəli gəlir. Qeyd edək ki, Andrey Babiş Avropa İttifaqından (Aİ) kənar ölkələrin respublikamıza səfərə gələn ilk Baş nazirdir. Andrey Babişin  respublikamıza səfəri fonunda aydın olur ki, Azərbaycan artıq regional deyil, daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul olunur.

Azərbaycan Prezidentinin liderləri Qəbələdə qarşılaması da xüsusi özəlliyə malikdir. Bu, bilavasitə Azərbaycanın spesifik inkişaf strategiyası ilə bağlı olan bir məsələdir. Məlumdur ki, respublikamızda Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildən başlayaraq məqsədli regional inkişaf proqramları reallaşdırılıb. Bunun da nəticəsində ölkənin regionlarının da sürətli sosial-iqtisadi inkişafı təmin edilib. Qəbələdə ayrı-ayrı ölkələrin dövlət və hökumət başçılarının qarşılanması Azərbaycanın regional inkişaf proqramlarının kifayət qədər uğurlu olmasının bariz göstəricisidir. Ukrayna Prezidentinin və Çexiya Baş nazirinin Qəbələdə qarşılanması yeni protokol yanaşmasının göstəricisi olmaqla yanaşı, regionların diplomatik xəritədə rolunun artırılması siyasətinin tərkib hissəsidir. Daha əvvəl Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün də Qəbələdə keçirilməsi bu şəhərin strateji əhəmiyyətini artırıb. Bu isə o deməkdir ki, Qəbələ artıq Bakı və Şuşa ilə yanaşı, yeni diplomatik mərkəz kimi formalaşır.

Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələyə keçid

Çex Respublikası Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 27 yanvar 1993-cü ildə qurulub. Azərbaycanın Çexiyadakı Səfirliyi 31 oktyabr 2005-ci il, Çexiyanın respublikamızdakı Səfirliyi isə 24 sentyabr 2019-cu il tarixlərində təsis edilib. Prezident İlham Əliyevin 12 avqust 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Çex Respublikasının Karlovı Varı şəhərində fəxri konsulu təyin edilib.

Qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişafına dövlət başçılarının səfərləri güclü impuls verir. İndiyədək Azərbaycan Prezidentinin Çexiyaya 5 səfəri baş tutub. Sonuncu səfər (işgüzar) Prezident İlham Əliyev tərəfindən 6-7 oktyabr 2022-ci il tarixlərində həyata keçirilib.  Öz növbəsində Çexiya Prezidentinin Azərbaycan 2 rəsmi səfəri baş tutub. Sonuncu səfər Miloş Zeman tərəfindən 15-17 sentyabr 2015-ci il tarixlərində reallaşdırılıb. Bundan başqa, hər iki ölkənin digər yüksəksəviyyəli rəsmilərinin də tez-tez qarşılıqlı səfərləri baş tutur. Parlamentlərarası əlaqələr də yüksək səviyyədədir.  Milli Məclisdə Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, həmçinin Çexiya parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Çexiya-Azərbaycan münasibətlərinin institusional bazası kifayət qədər möhkəmdir. 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu münasibətlərin institusional əsasını təşkil edir. 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. Bu sənəd yalnız siyasi deyil, həm də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Eyni zamanda, beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə dəstək bu tərəfdaşlığın dəyərlər əsaslı olduğunu göstərir. 

Qarşılıqlı münasibətlərini strateji tərəfdaşlığın ruhuna uyğun şəkildə inkişaf etdirməkdə maraqlı olan Azərbaycanla Çexiya beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Avropa İttifaqı çərçivəsndə də sıx əməkdaşlıq edirlər. Cexiya hər zaman Azərbaycanın ərazi bütövlüyünə, ölkəmizin Aİ ilə əlaqələrinin genişlənməsinə dəstək verib.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Aprel 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri