Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Strateji tərəfdaşlıq və qlobal inkişafın prioritetləri

Strateji tərəfdaşlıq və qlobal inkişafın prioritetləri

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətində yeni bir eranın başlandığını göstərən ən mühüm hadisələrdən biri, ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Bakıya rəsmi səfəri və bu səfər çərçivəsində aparılan yüksək səviyyəli müzakirələrdir. Bu tarixi görüş, həm regionun təhlükəsizlik arxitekturasını, həm də qlobal iqtisadi marşrutların gələcəyini müəyyən edən strateji bir mərhələ kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında qeyd etdiyi kimi, Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir. Bu layihə sadəcə bir nəqliyyat dəhlizi deyil, eyni zamanda Xəzər hövzəsi ilə Qərb dünyasını birləşdirən, sülhün iqtisadi təməllərini möhkəmləndirən qlobal bir təşəbbüsdür. TRIPP vasitəsilə Azərbaycan özünün tranzit potensialını ən yüksək səviyyəyə çatdıraraq, Şərqlə Qərb arasında əvəzedilməz körpü rolunu daha da gücləndirir. Bu səfərin ən mühüm hüquqi və siyasi nəticəsi kimi Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanmasını xüsusi vurğulamaq lazımdır. Bu sənəd iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni müstəviyə daşıyır və gələcək əməkdaşlığın yol xəritəsini müəyyən edir. Prezident İlham Əliyev bəyanatında açıq şəkildə ifadə etmişdir ki, Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq. Bu minnətdarlıq qarşılıqlı hörmətə, suverenliyin tanınmasına və ortaq maraqlara söykənən bir dostluğun təzahürüdür. Azərbaycan dövləti üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir və bu tərəfdaşlıq hər iki xalqın rifahına xidmət edir. Vitse-prezident Vensin səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti baxımından tarixidir. Bu tarixilik həm də xartiyanın daxilində əks olunan konkret fəaliyyət istiqamətləri ilə möhkəmlənir. Sənədin I bölməsi olan  "Regional Bağlantılar, o cümlədən Enerji, Ticarət və Tranzit" hissəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu təsdiqləyir və yeni infrastruktur layihələrinin dəstəklənməsini nəzərdə tutur. Enerji resurslarının şaxələndirilməsi və ticarət həcminin artırılması bu əməkdaşlığın ana xəttini təşkil edir. II bölmə olan "İqtisadi Sərmayələr, o cümlədən Süni İntellekt (AI) və Rəqəmsal İnfrastruktur" isə tərəfdaşlığın müasir çağırışlara uyğunlaşdığını göstərir. ABŞ-ın texnoloji nəhənglərinin Azərbaycana investisiya qoyması, AI texnologiyalarının tətbiqi və rəqəmsal iqtisadiyyatın qurulması ölkəmizin innovativ inkişafına böyük təkan verəcəkdir. Təhlükəsizlik məsələləri də diqqətdən kənarda qalmamışdır. III bölmədə: "Təhlükəsizlik Əməkdaşlığı" çərçivəsində terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik və regional sabitliyin qorunması istiqamətində birgə addımların atılması razılaşdırılıb. Bu, Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm zəmanətdir. Bütün bu proseslərin şəffaf və effektiv idarə olunması isə IV bölmədə əks olunub: "İnstitusional Çərçivə və Tətbiq" hissəsi xüsusi əhəmiyyət kəsb edir. Bu bölmə razılaşmaların kağız üzərində qalmaması, konkret icra mexanizmləri vasitəsilə həyata keçirilməsini təmin edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və ABŞ arasındakı bu yeni ittifaq, həm iki ölkə, həm də bütün region üçün daha parlaq, stabil və firavan gələcəyin təməlini qoyur. Əminliklə söyləmək olar ki, bu Xartiya Azərbaycanın gələcək inkişaf perspektivləri üçün xüsusi əhəmiyyət kəsb edən yeni bir yol xəritəsinə çevriləcək, müstəqil və suveren ölkəmizin inkişafında xüsusi rol oynayacaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Fevral 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri