Icma.az
close
up
RU
“Stres uşağın həyatını məhdudlaşdırmamalıdır” PSİXOLOQ

“Stres uşağın həyatını məhdudlaşdırmamalıdır” PSİXOLOQ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Məktəb, imtahan və gələcəklə bağlı müəyyən qədər narahatlıq uşaqlar və yeniyetmələr üçün normaldır". Bu fikirləri SİA-ya açıqlamasında İngla Kids and Preschool-un direktor müavini,Uşaq və Yeniyetmə psixoloqu Aysu Həsənzadə deyib.

Onun sözlərinə görə, hətta bu stres bəzən diqqəti toplamağa, məsuliyyət hissini artırmağa və nəticəyə hazırlaşmağa kömək edir: "Problem stressin olmasında deyil, uşağın gündəlik həyatını idarə etməyə başlamasındadır.

Uşaq imtahandan əvvəl həyəcanlanır, amma yata, qidalana, məktəbə gedə, dostları ilə ünsiyyət qura və imtahandan sonra əvvəlki vəziyyətinə qayıda bilirsə, bu, daha çox normal narahatlıqdır. Narahatlıq həftələrlə davam edirsə, səbəb aradan qalxdıqdan sonra da azalmırsa, məktəbə getməkdən və ya imtahana girməkdən qaçmağa səbəb olursa, artıq buna daha ciddi yanaşmaq lazımdır.

Valideynlərin gözdən qaçırdığı əsas məqamlardan biri odur ki, uşaqlarda psixoloji gərginlik həmişə qorxu və kədər şəklində görünmür. Xüsusilə yeniyetmələrdə qəfil əsəbilik, aqressiv cavablar, otağa çəkilmək, ailədən və dostlardan uzaqlaşmaq, əvvəllər zövq aldığı fəaliyyətlərə marağın azalması daxili gərginliyin əlaməti ola bilər.

Bəzi uşaqlarda isə stress özünü bədən vasitəsilə göstərir. Xüsusilə məktəb səhərləri başlayan qarın ağrısı, ürəkbulanma, baş ağrısı, ürəkdöyünmə kimi şikayətlər bunun göstəricisi ola bilər. Bu əlamətləri dərhal bəhanə kimi qiymətləndirmək düzgün deyil, çünki güclü narahatlıq real fiziki simptomlar yarada bilir.

Digər vacib siqnal uşağın nəticə ilə öz dəyərini eyniləşdirməyə başlamasıdır. Bir aşağı qiyməti sadəcə uğursuz nəticə deyil, özünün bacarıqsız olduğunun sübutu kimi görürsə, kiçik səhvləri böyüdürsə, daim başqaları ilə özünü müqayisə edirsə, burada sadəcə imtahan həyəcanından daha artıq bir vəziyyət ola bilər.

Maraqlıdır ki, ciddi stres yaşayan uşaq həmişə dərsdən qaçan uşaq olmur. Bəzən, əksinə, həddindən artıq dərs oxuyan, özünə istirahət verməyən, yüksək nəticə alsa belə bundan məmnun qalmayan uşaqlar daha böyük daxili təzyiq yaşayırlar. Ona görə yüksək qiymətlər uşağın psixoloji baxımdan yaxşı olduğunun göstəricisi hesab edilməməlidir.

Valideyn üçün əsas meyar narahatlığın uşağın həyatında nəyi dəyişdirdiyidir. Yuxu və iştah uzun müddət pozulursa, məktəbə getmək çətinləşirsə, sosial münasibətlər azalırsa, dərs göstəricilərində ciddi dəyişiklik yaranırsa və uşaq əvvəl rahat etdiyi şeylərdən qaçmağa başlayırsa, peşəkar dəstəyə ehtiyac olub-olmadığını qiymətləndirmək vacibdir.

Valideynin reaksiyası da burada böyük rol oynayır. “Narahat olma, bunda qorxulu heç nə yoxdur, hamı imtahan verir” kimi yanaşmalar uşağı sakitləşdirmək əvəzinə onun hisslərini gizlətməsinə səbəb ola bilər. Uşaq əvvəlcə başa düşüldüyünü hiss etməlidir.

Ən ciddi siqnallar isə davamlı ümidsizlik, özünü dəyərsiz hesab etmək, özünə zərər vermək və ya yaşamaq istəməmək barədə danışmaqdır. Belə ifadələri diqqət çəkmək cəhdi və ya yeniyetməlik kaprizi kimi qəbul etmək olmaz.

Əslində, normal streslə psixoloji problem arasındakı əsas sərhəd uşağın nə qədər narahat olması deyil, həmin narahatlığın onun həyatını nə qədər məhdudlaşdırmağa başlamasıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Avqust 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri