Icma.az
close
up
RU
Stress kişilərdə xərçəng yaradır

Stress kişilərdə xərçəng yaradır

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Son illərdə prostat vəzi xərçəngi diaqnozu qoyulan kişilərin sayı artıb.

Milli.Az xəbər verir ki, uroloq Sergey Artemenko bunu iki əsas səbəblə izah edir. Birinci səbəb xəstəliyin daha erkən mərhələdə aşkarlanmasıdır. İkinci səbəb isə kişilərin həyat tərzində baş verən dəyişikliklərdir.

Prostat vəzi xərçəngi qırx yaşdan yuxarı kişilərdə ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir. Sığorta şirkətlərinin məlumatına əsasən bu xəstəlik kişilər arasında ən çox rast gəlinən ikinci onkoloji diaqnozdur. Birinci yerdə qadınlarda döş vəzi xərçəngi dayanır. Onkoloji sığorta üzrə müraciətlərin təxminən onda biri prostat vəzi xərçənginə aiddir.

2020 ci ildə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi dünya üzrə bir milyon dördyüz mindən çox prostat vəzi xərçəngi hadisəsi qeydə alındığını açıqlamışdı. 2023 cü ildə dərc olunan elmi araşdırmaya əsasən 2040 cı ildə bu rəqəmin iki milyon altı yüz minə qədər artacağı ehtimal olunur.

Həkim bildirir ki bu məlumatlar iki nəticə çıxarmağa imkan verir. Birinci nəticə odur ki müasir diaqnostika imkanlarının genişlənməsi xəstəliyi daha erkən mərhələdə aşkar etməyə kömək edir. Bu isə müalicənin uğur şansını xeyli artırır. İkinci nəticə isə o qədər də sevindirici deyil. Stresli həyat tərzi yanlış qidalanma və zərərli vərdişlərin artması kişilərin sağlamlığına mənfi təsir göstərir. Bundan başqa ekologiyanın pisləşməsi də risk faktorlarından biridir.

Həkim vurğulayır ki narahatlığa əsas yoxdur. Uroloqa mütəmadi şəkildə müraciət etmək xəstəliyin qarşısını almaqda mühüm rol oynayır. Müasir tibb isə onkoloji xəstəliklərin müalicəsində böyük irəliləyiş əldə edib.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Noyabr 2025 07:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri