Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

Miri Yusiflə Aiseldən yeni layihə

Hələ də inana bilmirəm

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Su çanağı suda sınar

Su çanağı suda sınar

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Marin Le Penin üzləşdiyi durum Avropa Parlamentində “korrupsiya karuseli”nin mövcudluğunun sübutudur

Fransanın ifrat sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen və Avropa Parlamentinin daha 8 deputatı, həmçinin 12 parlament köməkçisi bu qanunverici orqanın vəsaitlərini mənimsəməkdə təqsirli bilinib. Müvafiq qərarı Paris İslah Məhkəməsi verib.

Qeyd edək ki, 2024-cü ilin noyabrında dövlət ittihamçısı Marin Le Penə 2 il həbs və 3 il şərti cəza verilməsini, həmçinin 300 min avro cərimə ödəməsini və siyasətçiyə 5 il ərzində seçkili vəzifə tutmasına qadağa qoyulmasını istəmişdi. Məhkəmə martın 31-də vəsatəti qismən təmin edərək partiya liderini iki il elektron qolbaq taxmaqla, dörd il müddətinə həbs və 100 min avro cərimə cəzasına məhkum edib. O, həmçinin növbəti prezident seçkilərində namizədliyini irəli sürməkdən, habelə 5 il müddətinə siyasətlə məşğul olmaqdan məhrum edilib.

Ümumilikdə, bu iş üzrə 27 nəfər mühakimə olunub. Müttəhimlər kürsüsündə Marin Le Pendən başqa, onun bacısı Yan və keçmiş tərəfdaşı Lui Alio da əyləşib. Marin Le Penin atası, 96 yaşlı Jan-Mari Le Pen də müttəhimlər siyahısında idi. Lakin ona səhhətinə görə dinləmələrdə iştirak etməməsinə icazə verilmişdi. 2025-ci ilin yanvarında isə o vəfat edib.

Marin Le Pen parlament köməkçilərinin yalandan işə götürülməsi ilə bağlı cinayət işində dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinib. İş üzrə vurulan ümumi zərərin təxminən 7 milyon avro olduğu bildirilir. Məhkəmə Marin Le Penin Avropa Parlamentinin bu qədər vəsaitini özünün Milli Birlik Partiyasının üzvlərinə ödəmək üçün istifadə etdiyinə qərar verib. Yəni, Le Pen və digər 24 partiya üzvü Avropa Parlamentinin vəsaitlərindən partiyanın Fransadakı fəaliyyətini maliyyələşdirmək üçün deputatların köməkçilərinə ödəmək üçün sui-istifadə ediblər. İş materiallarına görə, Le Pen və onun tərəfdaşları 2004-2016-cı illər ərzində parlament köməkçilərinə maaş vermək üçün nəzərdə tutulan vəsaitlərin partiyanın Fransadakı fəaliyyətini maliyyələşdirmək üçün istifadə olunduğu sxemini təşkil ediblər.

Marin Le Pen özünü təqsirli bilməyib. O, məhkəmə prosesinin ilk günlərindən işin qurama olduğunu deyib, prokurorluğu siyasi motivli ittiham aktı düzüb-qoşmaqda suçlayıb. Bildirib ki, irəli sürülən ittihamların məqsədi onun Fransa prezidenti olmasına əngəl törətməkdir. Müdafiə tərəfi iddia edir ki, ittihamlar bürokratik anlaşılmazlıqlarla bağlıdır və korrupsiya ilə heç bir əlaqəsi yoxdur. Le Pen və müttəfiqlərinin hökmdən apellyasiya şikayəti verəcəyi gözlənilir.

Proses başa çatdıqdan sonra Fransanın TF1 telekanalına müsahibə verən Le Pen məhkəmənin qərarını siyasi sifariş adlandırıb: “Bu, siyasi qərardır. Qəbul edilən qərarla qanunun aliliyi prinsipləri tamamilə pozulub. Hökm Avropa İnsan Hüquqları Konvensiyasının tələb etdiyi kimi, effektiv apellyasiya şikayətinə imkan vermir”.

Beləliklə, Marin Le Pen beş il müddətinə siyasətdən uzaqlaşdırılıb. Bu isə onun 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edə bilməməsi deməkdir. Halbuki, onun seçkidə iştirak və qalib gəlmək şansları yüksək qiymətləndirilirdi. Fransanın “Ifop” ictimai rəy institutunun “Journal du Dimanche” qəzeti üçün keçirdiyi sorğuya əsasən, fransızların 34-37 faizi 2027-ci il prezident seçkilərinin ilk turunda Marin Le Penə səs verməyə hazırdır. Digər namizədlərin daxil olduğu müxtəlif ssenarilərdə də onun dəstəyi sabit qalır. Məsələn, keçmiş baş nazir Eduard Filip (21 faiz) və daxili işlər naziri Bruno Retayo (11 faiz) namizəd olsalar, Le Pen 34 faiz səs alacaqdı. Qabriel Attalın (20 faiz) və Loran Vokyenin (8 faiz) lider olduğu halda isə onun dəstəyi 37 faizə çatır.

Hələ ötən ilin dekabrında Marin Le Pen müsahibəsində Fransa prezidenti Emmanuel Makronun bir siyasətçi kimi tükəndiyini bildirmişdi. 2017 və 2022-ci illərdə keçirilən prezident seçkilərində hazırkı Fransa prezidentinin əsas rəqibi olan Marin Le Pen demişdi: “Makronun prezidentlik müddəti bitib. Mən keçirilməsi labüd olan növbədənkənar seçkilərə hazırlaşıram. Ümumiyyətlə, Makron bir siyasətçi kimi tükənib. Onun reytinqi həm ölkə daxilində, həm də xaricdə çox aşağı düşüb. Vəziyyət o yerə çatıb ki, Makron artıq Avropa İttifaqı çərçivəsində də bütün təsir imkanlarından məhrum olub”.

Yelisey sarayı Le Penin bəyanatına şərh verməsə də, bundan az sonra Fransa lideri istefaya getməyəcəyini açıqlamışdı.

Fransada baş verənlər dünyanın da diqqət mərkəzindədir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Marin Le Penlə bağlı çıxarılan qərarı Fransanın daxili işi hesab edir. Onun sözlərinə görə, Le Pen barədə məhkəmə qərarı Fransanın demokratiyaya az arxalandığını göstərir: “Ümumilikdə belə qənaətə gəlmək olar ki, Avropa siyasi proseslərdə demokratiyaya getdikcə daha az arxalanır. Avropa paytaxtları getdikcə daha çox demokratik normaları tapdalamaq yolu ilə gedirlər. Təbii ki, biz Fransanın daxili işlərinə qarışmaq istəmirik, bunu heç vaxt etməmişik və bu, Fransanın daxili işidir. Amma ümumilikdə, Avropa paytaxtları ilə bağlı apardığımız müşahidələr göstərir ki, onlar siyasi proses zamanı demokratiyanın hüdudlarından kənara çıxmaqdan çəkinmirlər”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Le Penə verilən hökm liberal demokratiyanın aqoniyasını (ölümqabağı əzab-əziyyət–S.H.) göstərir.

Macarıstanın Baş naziri Viktor Orban Le Peni dəstəkləyib. Orban “X” sosial şəbəkəsindəki səhifəsində fransızca yazıb: “Mən Marinəm!”

İtaliya Nazirlər Şurası Sədrinin müavini Matteo Salvini bildirib: “Seçicilərin qərarlarından qorxanlar tez-tez məhkəmələrin qərarları ilə arxayınlıq tapırlar. Onlar Parisdə Marin Le Peni mühakimə etdilər və onu siyasi həyatdan uzaqlaşdırmaq istədilər. Bu, digər ölkələrdə, məsələn Rumıniyada görə biləcəyimiz pis kinodur”.

Onun sözlərinə görə, “Milli Birlik” rəhbərinə qarşı qərar Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və Fransa prezidenti Emmanuel Makronun döyüş impulslarının qorxuya düşdüyü bir vaxtda Brüsselin “müharibə” elan etməsidir. Salvini əlavə edib ki, “bizi qorxutmaq, dayandırmaq olmaz”.

Avstriyanın sabiq xarici işlər naziri Karin Knaysl deyib ki, Fransa gözlənilməz girdaba sürüklənir və prezidentlik yarışının birinci turunun qalibi Kelin Corceskunun namizədliyini irəli sürməsinə qadağa qoyulduqdan sonra Rumıniyada olduğu kimi etirazlarla üzləşə bilər: “Ən pis ssenari parlament münaqişəsinin parlamentdənkənar qarşıdurmaya çevrilməsi, yəni küçələrə çıxmasıdır. Bu, bir çox Aİ ölkələri üçün müəyyən şəxslərin siyasi vəzifələrdə iştirakına qadağa qoyulması üçün təhlükə yaradır. Biz bunu Rumıniyada gördük”.

Bir Azərbaycan vətəndaşı olaraq bizim bu məsələyə dair münasibətimizin necə olduğuna gəldikdə isə deməliyik ki, Fransanın rəsmi siyasəti kimi, müxalifətinin də ölkəmizlə bağlı baxışları üst-üstə düşür. Hər bir məsələ ilə bağlı doğru-düzgün mülahizələr yürüdən Prezident İlham Əliyev bu barədə də öz fikirlərini açıqlamışdır. Dövlətimizin başçısı 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində demişdir: “Əgər fransız siyasi səhnəsində konsensus varsa, həmin konsensus yalnız azərbaycanofobiya zəminində olur. Təəssüf ki, təkcə hazırkı hakimiyyət deyil, hakimiyyətə iddialı olanlar da bir-birindən o qədər də fərqlənmirlər. Hələ Rusiya sülhməramlılarının olduğu dövrdə Qarabağa qanunsuz səfərləri xatırlamaq kifayətdir. Axı, onlar Fransanın indiki prezidentinin rəqibləri idi, Paris meri də, yeri gəlmişkən, o, seçkilərdə namizədliyini irəli sürmüşdü. Parisin daxil olduğu regionun qubernatoru da seçkilərdə prezident Makronun rəqibi idi və bu yaxınlarda qısa müddətdə baş nazir vəzifəsini tutmuş cənab Barnye də bu məsələdə fərqlənir. Yəni, onlar özlərini göstərməli idilər. Burada məsələnin kökünün, necə deyərlər, nədən ibarət olduğunu demək mənim üçün çətindir, amma yəqin ki, hansısa sintez var. İslamofobiya və prinsipcə ksenofobiya fransız siyasi sinfinin fərqli cəhətləridir. Amma təkcə bunlar deyil, yeri gəlmişkən, antisemitizm də. Bu, hamıya yaxşı məlumdur. Üstəlik, erməni təsiri, erməni lobbisi və hər kəs erməni icmaları qarşısında fərqlənməyə və həm indi, həm də gələcəkdə hansısa dividendlər əldə etməyə çalışır. Onlar başa düşürlər ki, hakimiyyətdə qısa müddətdə qalacaqlar, bəzilərində isə bu, ani xarakter daşıyır. Yəni, gələcək üçün dəstək almaq və “mən sizdənəm” demək, yəqin ki, həmin amillərdən biridir”.

Bəli, özünü demokratiyanın “beşiyi” adlandıran, başqa ölkələrə və xalqlara necə yaşamaq lazım olduğunu öyrətməyə çalışan Fransada hakimiyyət düşərgəsinin əsas rəqibi seçkidə iştirak imkanından məhrum edilir. Fransanın və Avropa Parlamentinin son illərdə ölkəmizlə bağlı yürütdükləri siyasət fonunda baş verənlər bizə təəccüblü gəlməməlidir. Rəsmi Paris və Brüssel Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla, böhtan atmaqla, qərəzli siyasət yürütməklə məşğuldurlar. İndi isə Fransada baş verənlər Avropa Parlamentinin özünün dəhlizlərində korrupsiyanın baş alıb getdiyini göstəricisidir. Ona görə baş alıb gedir yazırıq ki, bu, ilk hadisə deyil. İndi isə bu hadisə Fransanın ifrat sağ təmayüllü partiyasının liderinin başına gəlir. Necə deyərlər, su çanağı suda sınar. Marin Le Penin üzləşdiyi durum Avropa Parlamentində korrupsiya “karuseli”nin mövcudluğunun daha bir sübutudur.

İlyas HÜSEYNOV,
politoloq:

– Fransada baş verən proseslər deməyə əsas verir ki, Makron cəsarətsiz və qorxaq siyasətçi olduğunu bir daha təsdiqləyir. Bir neçə seçkidir ki, sağçılar Makrona qarşı güclü müqavimət nümayiş etdirirlər. Bütövlükdə, Avropa məkanında sağçılar və radikal sağçılar arasında gərgin münasibətlər mövcuddur. Əvvəlki dövrlərdə onlar ancaq miqrantlar əleyhinə radikal, şovinist düşüncələri bölüşərək, bu istiqamətdə fikirlər səsləndirərək təkcə parlamentlərə mandat qazanırdılarsa, bu gün siyasi olimplərə doğru marş edirlər. Bu isə Makron kimi siyasətçiləri qorxudur. Hətta, Makron Avropa Parlamentinə keçirilən seçkilərdən sonra növbədənkənar parlament seçkilərini keçirməyə məcbur oldu.

Yaranmış indiki durumda isə Makronun istefası tələb olunsa da, o, hakimiyyəti qəsb etməkdən əl çəkmir. Marin Le Penə qarşı çox sərt cəzanın çıxarılması da Fransada demokratiyadan əsər-əlamət qalmadığını nümayiş etdirir. Özünün əsas rəqibinə qarşı bu cür sərt mövqedən çıxış etmək Makronun siyasi çəkisini daha da aşağı salır. Həmçinin onun rəqiblərini daha da aqressivləşdirir. Düşünürəm ki, bu siyasət nəticəsində təkcə Fransada deyil, bütün dünyada sağçıların geniş etiraz dalğası müşahidə oluna bilər.

Le Penin ittiham olunması və hökm çıxarılması ilə bağlı epizoda nəzər salanda isə görürük ki, Avropa İttifaqı və Avropa Parlamenti daxilində korrupsiya mexanizmləri geniş vüsət alır. Bundan öncə dəfələrlə bu cür qalmaqallar olub. Biz Avropa Parlamentinin Yunanıstandan olan sədr müavini Yeva Kailidən tutmuş “Qatargeyt” hadisələrinə qədər AP-də çirkin korrupsiya mexanizmlərinin mövcudluğunun şahidi olmuşuq. Le Penlə bağlı məsələdə isə müxtəlif şəxslərin işə cəlb olunması, onların saxlanılması adı ilə pulların mənimsənilməsi halı mövcuddur. Bu hadisə Avropa məkanındakı dövlətlər üçün yeni bir qalmaqal nümunəsi sayıla bilər. Düşünürəm ki, biz qarşıdakı dövrdə müxtəlif cür korrupsiya hallarına və qalmaqallarına şahidlik edə bilərik.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see9781

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see570

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see266

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see238

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see233

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see198

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see161

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see157

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see140

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see140

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see138

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see132

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see131

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see129

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see128

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see125

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see124

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see123

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see122

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri