Su ehtiyatları iqlim dəyişikliklərinin ciddi təzyiqi ilə üzləşir
Icma.az, 525.az saytına istinadən bildirir.
Azərbaycanın su ehtiyatları iqlim dəyişikliklərinin təzyiqi altındadır.
525.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini Xəyyam Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-nın (BCAW 2026) ikincü günüdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, daha uzunmüddətli quraqlıqlar, daha şiddətli sel və daşqın hadisələri, eləcə də intensiv yağıntılar iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən kənd təsərrüfatına, şəhər infrastrukturuna və əhalinin rifahına ciddi təsir göstərir: "Eyni zamanda, bütün dünyada sürətlə gedən urbanizasiya və köhnələn infrastruktur bu hadisələrin nəticələrini getdikcə daha da mürəkkəbləşdirir. Bu kontekstdə erkən xəbərdarlıq sistemlərinin tətbiqi yalnız texnoloji yenilik deyil, həm də iqlimə dayanıqlılığın artırılması və fəlakət risklərinin azaldılması tədbirlərinin mühüm tərkib hissəsidir".
X. Məmmədov bildirib ki, Azərbaycanda da su ehtiyatlarının iqlim dəyişmələrinə həssaslığı fonunda adaptasiya tədbirlərinin həyata keçirilməsi xüsusilə aktualdır: "Ölkəmiz transsərhəd çaylardan kəskin asılıdır və iqlim dəyişikliyi yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni çətinliklər yaradır. Eyni zamanda, Xəzər dənizinin səviyyəsindəki tərəddüdlər, regionun su ehtiyatlarının azalması, buzlaqların sahəsinin və həcminin kiçilməsi, yağıntı rejimlərinin dəyişməsi kimi amillər su ehtiyatlarına əlavə təzyiq yaradır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 08 Sentyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















