Icma.az
close
up
RU
​SU EHTİYATLARIMIZ SÜRƏTLƏ AZALIR... Azərbaycanı hansı təhlükələr gözləyir?

​SU EHTİYATLARIMIZ SÜRƏTLƏ AZALIR... Azərbaycanı hansı təhlükələr gözləyir?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

İqlim dəyişiklikləri, yağıntıların qeyri-bərabər paylanması və su ehtiyatlarından səmərəsiz istifadə dünyada su təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Azərbaycanda da çayların sululuğunun azalması, su anbarlarının vəziyyəti və kənd təsərrüfatında yüksək su tələbatı bu məsələyə diqqəti artırır. Mövcud tendensiyaların davam etməsi gələcəkdə həm əhalinin içməli su təminatına, həm də iqtisadi fəaliyyətə ciddi təsir göstərə bilər.

Bəs Azərbaycanın su ehtiyatları yaxın illərdə ölkənin tələbatını ödəmək baxımından hansı risklərlə üzləşə bilər? Gələcəkdə içməli su qıtlığının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Bu barədə “AzPolitika”ya açıqlamasında ekoloq Cavid Hüseynov deyib ki, Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirlərini ən çox hiss edən və su qıtlığı riskinə məruz qalan həssas coğrafi zonalardan biridir.

Onun sözlərinə görə, ölkənin su təhlükəsizliyi ilə bağlı qarşılaşdığı əsas risklər və onların aradan qaldırılması istiqamətində görülməli tədbirlər bir neçə mühüm istiqamətdə təhlil edilə bilər: “Yaxın illərdə Azərbaycanın su ehtiyatlarını gözləyən əsas risklər sırasında ilk növbədə transsərhəd çaylardan asılılıq dayanır. Ölkənin su ehtiyatlarının 70 faizdən çoxu Azərbaycan hüdudlarından kənarda – Kür və Araz çayları başda olmaqla qonşu dövlətlərin ərazisində formalaşır. Yuxarı axında yerləşən ölkələrdə su ehtiyatlarının intensiv istifadəsi, yeni hidroqurğuların tikilməsi və qlobal istiləşmə səbəbindən buzlaqların əriməsi gələcəkdə ölkəyə daxil olan suyun həcminin kəskin azalması riski yaradır”.

Ekoloq qeyd edib ki, bununla yanaşı, daxili su ehtiyatları, eləcə də çayların sululuğu nəzərəçarpacaq dərəcədə azalıb: “Son onilliklər ərzində yağıntı rejiminin pozulması fonunda Azərbaycanın ümumi su ehtiyatları təqribən 15-20 faiz azalıb, kiçik dağ çaylarında yaz-yay mövsümündə yarana biləcək axınlar zəifləyib. Digər tərəfdən, kənd təsərrüfatı ölkədəki su ehtiyatlarının təxminən 70-75 faizini istehlak edir və ənənəvi suvarma üsulları səbəbindən nəqletmə və tətbiq zamanı böyük su itkiləri baş verir. Temperaturun artması su anbarlarında səth buxarlanmasını gücləndirir, səth sularının azalması isə yeraltı su mənbələrinə olan tələbatı artırırmaqla yanaşı, qrunt sularının da şorlaşmasına gətirib çıxarır”.

C.Hüseynov əlavə edib ki, içməli su qıtlığının və iqtisadi risklərin qarşısını almaq üçün kompleks və strateji addımlar atılmalıdır: “Kənd təsərrüfatında ənənəvi suvarma üsullarından damcı və çiləmə (yağışyağdırma) kimi modern, suya qənaət edə biləcək texnologiyalara sürətli keçid təmin edilməli, su kanalları beton örtüklərə alınmalı və ya boru kəmərlərinə keçirilməlidir. Payız və qış mövsümündə axan daşqın sularının toplanması üçün yeni su anbarlarının inşası davam etdirilməli, dəniz suyunun duzsuzlaşdırılması (desalinizasiya) kimi alternativ texnologiyalar xüsusilə Abşeron yarımadasında genişləndirilməlidir”.

Ekspert sonda vurğulayıb ki, ayrıca, sənaye və məişət çirkab sularının təmizlənərək təkrar dövriyyəyə (yaşıllıqların suvarılması və texniki istifadə) qaytarılması, şəbəkələrdəki qəza və sızmaların qarşısını almaq üçün smart-sayğaclar və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi vacibdir: “Nəhayət, ən vacib tədbirlərdən olan cəmiyyətdə suya qənaət mədəniyyətinin gücləndirilməsi və transsərhəd çayların səmərəli idarə olunması üçün qonşu dövlətlərlə regional əməkdaşlıq mexanizmləri inkişaf etdirilməlidir”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Noyabr 2026 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri